“Xaricdə təhsil alan
gənclərimiz gördükləri yenilikləri ölkəmizə
gətirmək potensialına sahibdirlər”
Rəsul Məmmədov:“Xaricdə
təhsil alan hər bir
azərbaycanlı gənc, ölkəmizin tarixi
həqiqətlərini dünyaya
çatdıran təbliğat
maşınıdır”
Son zamanlar Polşada təhsil alan gənclərimiz də öz elmi və ictimai fəaliyyətləri ilə diqqəti çəkirlər. Elə müsahibimiz Rəsul Məmmədov da Polşada bu baxımdan aktiv gənclərimizdəndir. Qeyd edək ki, R.Məmmədov Bakı şəhərində anadan olub. Hazırda Varşava Universitetində "Maliyyə, investisiya və mühasibat" ixtisası üzrə təhsil alır. Polşaya getdikdən dörd ay sonra orada ictimai fəaliyyətə başlayıb; 20 Yanvar, Xocalı soyqırımının tanıdılması istiqamətində müxtəlif işlər görüb. Həmçinin digər tədbirlərdə də iştirak edib. Hazırda isə Polşada fəaliyyət göstərən "Polşada Azərbaycanlı Gənclər Şurası"nda sədr müavini vəzifəsini icra edir.
- Varşava Universiteti
hansı özəlliyi
ilə seçilir?
-Varşava Universitetini
digər universitetlərdən
fərqləndirən ən
əsas cəhət Polşa sıralamasında
birinci, Avropa sıralamasında isə
156-cı olmasıdır. Mənim ixtisasım
üzrə isə Avropa universitetləri arasında ilk 100-lükdə olması
səbəbi ilə deyə bilərəm ki, yaxşı universitetdir.
- Varşava
Universitetinin təhsil
səviyyəsindən razısınızmı?
-Ümumi olaraq nəzər yetirdikdə, bəli, razıyam. Bundan əvvəlki sualda da qeyd etdiyim
kimi, ixtisasım üzrə sıralamada Avropa universitetləri arasında ilk 100-lükdə olmağı
bilavasitə burada işləyən müəllim
və professor heyətinin
də hansı səviyyədə olduğundan
xəbər verməkdədir.
Müəllim və professor heyətinin həm tələbəyə
verdiyi bilik, həm imtahan proseduru məni razı salmaqdadır.
-Varşava
Universitetindəki gənclərimiz
təşkilatlana biliblərmi? Bu istiqamətdə hansı addımlar atırsız?
-İstədiyimiz səviyyədə
olmasa da, ümumilikdə, bəli, adıçəkilən universitetdə
təhsil alan gənclər olaraq təşkilatlanmışıq, amma təkcə Varşava Universitetində
təhsil alan gənclərimiz yox, ümumilikdə Polşa Respublikasında yaşayan
gənclərimizi daha
yaxşı təşkilatlandırmaq
məqsədi ilə
“Polşada Azərbaycanlı
Gənclər Şurası”nı
yaratdıq və ölkəmizin tarixini, mədəniyyətini, həmçinin
regionumuzdakı tarixi həqiqətləri Polşa
ictimaiyyətinə çatdırmaq
üçün var gücümüzlə çalışmağa
başlamışıq.
“Polşada Azərbaycanlı
Gənclər Şurası”
yaranmamışdan əvvəl
də bu yöndə işlər görülüb, amma görülən işlər
sırf fərdlər
tərəfindən görülmüşdür. Bundan sonra
isə düşünürəm
ki, daha uğurlu işlərə
imza ata biləcəyik.
-Ölkəmizin təbliğini
yetərincə apara bilirsizmi?
-Ölkəmizi təbliğ
etmək məqsədi
ilə əlimizdən
gələni edirik. 20 Yanvar hadisələri,
Qarabağ problemi, Xocalı soyqırımı
haqqında bacardığımız
qədər Polşa ictimaiyyətini məlumatlandırırıq.
Həmçinin milli adət-ənənələrimiz,
musiqimiz, milli bayramlarımız, bir sözlə, mədəniyyətimiz
haqqında da təbliğat aparmaqdayıq.
Bununla yanaşı,
ölkəmizin turizm potensialını da Polşa ictiamiyyətinə
çatdıraraq, ölkəmizi
təbliğ etmək
üçün canla-başla
çalışırıq.
“Polşada Azərbaycanlı
Gənclər Şurası”
olaraq Polşada yaşayan aktiv azərbaycanlı gəncləri
ətrafımıza toplamışıq
və toplayırıq. Beləliklə, daha keyfiyyətli və daha uğurlu
nəticələnən işlərə
imza atırıq.
-Yeni fəaliyyətə başlayan
"Polşada Azərbaycanlı
Gənclər Şurası"
nəyi hədəfləyib?
-Beş əsas hədəfimiz mövcuddur.
1. Polşada Azərbaycan
diasporunun inkişafına
dəstək olmaq.
2. Polşada Azərbaycan
musiqisini, mədəniyyətini
və adət-ənənələrini
təbliğ etmək.
3. Polşada yaşayan
azərbaycanlı gəncləri
vahid mərkəz altında birləşdirmək.
4. Polşada yaşayan
azərbaycanlı gənclərə
ölkənin mühitinə
uyğunlaşmaları üçün
ödənişsiz polyak
dili kurslarını təşkil etmək. 5. Polşada yaşayan azərbaycanlı tələbələrə
müvəqqəti yaşayış
kartının alınmasında
hüquqi yardım göstərmək.
Yuxarıda sadaladıqlarım bizim, şura olaraq əsas hədəflərimizdir. Bundan başqa,
Polşada yaşayan azərbaycanlı gəncləri
ətrafımızda toplayaraq,
onlarla birlikdə ölkəmizi, vətənimizi
tanıtmaq və tarixi həqiqətləri
Polşa ictimaiyyətinə
çatdırmaq məqsədi
ilə müxtəlif
işlər görməkdəyik.
Bundan öncəki suallardan birində də bu barədə danışdım, indi də əlavə etmək istəyirəm ki, azərbaycanlı gəncləri bu formada öz ətrafına toplayan, onları birləşdirən
hər hansısa bir təşkilat mövcud deyildi. Bu səbəbdən də Polşada yaşayan gənclərimiz
fərdi şəkildə
çalışırdılar ki, ölkəmizi burada layiqincə təbliğ etsinlər.
Biz də fərdi
şəkildə çalışan
gənclərimizi bir yerə toplayıb, hamımız birlikdə hərəkət etmək
məqsədini öz
qarşımıza qoymuşuq
və bunun üçün çalışırıq.
-Universitetdəki digər xalqların tələbələri
ilə münasiətləriniz
necədir? Yəni onlara ölkəmizlə
bağlı məlumatlar
verə bilirsizmi?
-Bəli, çalışıram
ki, dialoq qurduğum hər bir xarici vətəndaşa
ölkəmiz və onun tarixi haqqında
məlumat verim. Universitetimizdə müxtəlif ölkələrdən
tələbələr təhsil
alır. Məsələn,
Avropadan Fransa, İspaniya, Portuqaliya, İtaliya və Almaniyadan olan tələbələr tanıyıram.
Amerikadan
isə Kanada, ABŞ və Meksikadan olan tələbələrlə
əlaqəm var. Afrikadan
Zimbabve və Nigeriyadan, Asiyadan isə Vyetnam, Çin, Əfqanıstan,
İran və qazaxıstanlı tələbələri
tanıyıram.
Bir hadisəni
də qeyd etmək istəyirəm. Varşavada bir
sorğu keçirmək
fikrim var idi, şəhərin mərkəzində Bakının
şəklini insanlara
göstərib, onlardan
bu şəhəri tanıyıb-tanımadıqlarını soruşmaq istəyirdim.
Bu işi reallaşdırdım
və bu işi reallaşdırmağa
mənə azərbaycanlı
tələbə ilə
yanaşı, həmin
Zimbabvedən olan tələbə də könüllü şəkildə
kömək etdi.
Qeyd edim ki, həmin
videoçarx “YouTube” kanalımda
mövcuddur. Kanalın adı
isə “PlAzeTV”dir.
-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi
üçün hansı
perspektivi var?
-Gənclərimizin xaricdə
təhsil alması ölkəmiz üçün
gözəl haldır.
Həmin
gənclər, xaricdə
peşəkar mütəxəssis
kimi yetişib, xarici ölkələrdə
gördükləri yenilikləri
ölkəmizə gətirmək
potensialına sahibdirlər.
Bu vasitə ilə
ölkəmizin inkişafına
həmin gənclər
də öz töhfələrini vermiş
olurlar.
Həmçinin xaricdə yaşayan hər bir azərbaycanlı,
istər gənc, istər yaşlı, istər təhsil alsın, istərsə işləsin, hər bir azərbaycanlı bir gücdür, bir təbliğat maşınıdır. Bu yöndə, xüsusilə
gəncləri qeyd etmək istəyirəm.
Xaricdə təhsil alan hər
bir azərbaycanlı gənc, ölkəmizin tarixi həqiqətlərini
dünyaya çatdıran
bir şəxsdir. Gənclərimizin xaricdə təhsil
alması Azərbaycanımıza
iki müsbət hadisə bəxş etməkdədir. 1. Gələcəyin
savadlı kadrı. 2.
Hal-hazırkı təbliğat
maşını.
- Ölkəmizdə
elm və təhsilin inkişafı istiqamətində
hansı töhfələr
vermək istərdiniz?
- Peşəkar mütəxəssis
kimi formalaşdıqdan
sonra ixtisasım üzrə kitablar çap etdirərək, məncə, elm və təhsilimizin inkişafına
öz töhfəmi verə bilərəm.
Təkcə ölkəmizin elm və təhsilinin inkişafı
istiqamətinə deyil,
eyni zamanda ixtisasım üzrə işləyərək, ölkəmizə
öz bilik və bacarıqlarım vasitəsilə töhfələr
verəcəyimə inanıram.
-Sizcə, azərbaycanlı gənclər
təhsil səviyyəsinə
görə nə dərəcədə Qərb
gənclərinə nümunədir?
-Belə bir şey
deyim, bir dəfə dərsdə olanda, mühasibat dərsimiz idi, müəllim müxtəlif
rəqəmlərin toplanılmasını
istəmişdi. Tələbə yoldaşlarım kalkulyator
vasitəsi ilə hesablayana qədər mən artıq özüm hesablayıb, cavabı demişdim.
Fuad Hüseynzadə
Palitra.-2016.-30 mart.-S.11.