“Ədəbiyyat İnstitutunda gənc alimlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir

 

Gülnar Yunusova:“Gənc alimlərin elmi konfranssimpoziumlarda iştirak etməsi, seminar, təlim və digər tədbirlərə cəlb olunmasına yardım etmək, onlar üçün həlledici amillərdəndir”

 

Layihə çərçivəsində müsahibimiz Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi “Yapon dili və ədəbiyyatı” şöbəsinin bakalavrmagistr dərəcələrinin fərqlənmə diplomu ilə məzunu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Dünya ədəbiyyatı və komparativistika şöbəsinin elmi işçisi və dissertantı Gülnar İlham qızı Yunusovadır. Gülnar Yunusova AMEA Nizami adına Ədəbiyyat İnstitutunun ilk və yeganə yapon ədəbiyyatı mütəxəssisi sayılır. Onun elmi mövzusuMüasir Azərbaycan və yapon bədii nəsrində postmodernizmdir (K. Abdulla və H. Murakaminin yaradıcılığı əsasında )”. Elmi rəhbəri isə akademik İsa Həbibbəylidir.

-Hazırda gənc alimlərin hansı problemləri var? Bu problemləri necə təsvir edərdiniz?

-Hal-hazırda gənc alimlər bəzi diqqət yetiriləsi problemlərlə üzləşirlər. Bu problemlərin kökündə elmi-təşkilati, iqtisadi digər məsələlər dayanır. Dissertantların fəaliyyət göstərdiyi təşkilatlarda maddi-texniki bazanın hələ tamamilə beynəlxalq standartlara uyğun olmaması elmi işlərin səviyyəsinə , şübhəsiz ki, təsirsiz ötüşmür. Bundan başqa, bu gün gənc alimlərin sosial problemlərinin, maaş mənzil məsələlərinin yüksək səviyyədə təmin edilməsi gündəmdədir. Bu barədə dövlət akademiya səviyyəsində müzakirələr aparılır. Bu baxımdan sözügedən problemlərin gələcəkdə həllini tapacağına ümid edirik.

-Gənc alimlərin elmi-tədqiqatlarla kifayət qədər məşğul olmaları üçün hansı şərtlər mövcuddur?

- Gənc alimlərin səmərəli şəkildə elmi-tədqiqatlarla məşğul olmalarının bir sıra şərtləri mövcuddur: baza təhsili, mövzu seçiminin elmi potensial elmin gələcək perspektivlərinə doğru istiqamətləndirilməsi, mövcud elmi mühitlə sıx əlaqəsi, elmi rəhbər ilə intensiv ünsiyyət, elmi ezamiyyətlərin reallaşdırılmasına şərait, tədqiqat işi üçün lazım olan materialların əldə olunmasına şərait yaradılması, stimullaşdırıcı amillərin olması sair amillər.

Gənc elmi-tədqiqatçılar üçün ən önəmli məsələlərdən biri onların sərbəst düşüncə özünəməxsus araşdırmaçı kimi yetişməsi üçün əlverişli mühit formalaşdırmaqdan ibarətdir. Təzyiqlər, stereotiplər, söz azadlığı sərbəst elmi təfəkkürün ifadəsinə törədilən maneələr olarsa, tədqiqatçının formalaşması mümkün deyildir.

-Gənc alimlərin yetərincə elmi-tədqiqatlarla məşğul olmaları effektiv fəaliyyət göstərmələri üçün nələri təklif edərdiniz?

- Gənc alimlərin effektiv fəaliyyət göstərmələri üçün elmi elmi-təşkilati işləri intensivləşdirmək daha mütəşəkkil etmək lazımdır. Elmi işlər daha çox tədqiqatçının sərbəst fəaliyyət sahəsinə daxildir. Yəni araşdırdığı problemi daha ətraflı öyrənmək, bu sahədəki elmi mülahizələri təhlil etmək, mövzunu geniş planda öyrənmək gənc araşdırmaçının öz üzərinə düşən məslələrdəndir. Sözsüz ki, burada da elmi rəhbər elmi mühitin mühüm rolu vardır. Elmi-təşkilati işlər isə müəssisələrin üzərinə düşür. Burada elmi ezamiyyətlərin təşkil olunması xüsusilə prioritet sahələrdən olmalıdır. Gənc alimlərin elmi konfrans simpoziumlarda iştirak etməsi, seminar, təlim digər tədbirlərə cəlb olunmasına yardım etmək, onlar üçün həlledici amillərdəndir.

-Gənc tədqiqatçıların əsas məsələlərindən biri elmi dərəcə almaq üçün bəzi hallarda bürokratik əngəllərlə qarşılaşmaları ilə bağlıdır. Bu barədə hansı fikirləriniz təklifləriniz var?

- Günümüzün ən aktual problemlərindəndir. Çox təəssüf ki, hələ sərhədləri aşa bilmirik. Bu sahədə dünyaya inteqrasiya edəriksə, həmin bürokratik əngəllər aradan qalxar. Elmi-tədqiqat işlərinin hazırlanması prosesində təşkilati işlərin həddindən çox olması, bəzi sənədlərin hazırlanması təsdiqinin lazım olduğundan artıq zaman alması həm əngəl yaradır, həm bu sahəyə marağı azaldır. Əlbəttə ki, bu problemi bütün müəssisələrə aid etmək olmaz. Bizim çalışdığımız AMEA Nizami adına Ədəbiyyat İnstitutunda ab-hava tamamilə fərqlidir. Son dövrlərdə İnstitutumuzda gənc alimlər üçün nəzərdə tutulmuş bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.

-Yuxarıda qeyd edilən məsələ ilə bağlı dünya standartlarına uyğun hansı islahatlara ehtiyac var?

- Dünya arenasında elmi-tədqiqat sahələrinin daha uyğun sistemlərini öyrənib tətbiq etmək lazımdır. Sözsüz ki, bu daha çox aidiyyəti təşkilatların vəzifələrinə daxildir. Biz bu sahədə professional təklif irəli sürə bilmərik. Sadəcə, Yaponiyada iki il yaşamış fəaliyyət göstərmiş bir gənc mütəxəssis kimi bu sahədə hələ problemlərimizin olduğunu söyləyə bilərik.

-Fəlsəfə doktoru(PHD) dərəcəsi almaq üçün əsas şərtlərdən biri İELTS imtahanından minumum 7 bal toplamaqdır. Halbuki daha aşağı balla xarici universitetlərin təqaüd proqramlarını qazanmaq üçün imkan yaradılır. Bizdə bununla bağlı bu ziddiyyəti necə ifadə edərdiniz?

- Ümumiyyətlə, gənc tədqiqatçılar üçün xarici dil bilikləri olduqca əhəmiyyətlidir. Dünya sferasına çıxmaq digər halda mümkün deyildir. Bu baxımdan da IELTS imtahanlarının tətbiqi elmin gələcək inkişafı perspektivinə yönəlmiş ən böyük addımlardandır. Dünya təhsil sisteminə nəzər yetirsək, ən məşhur universitetlər IELTS imtahanlarının müxtəlif bal sistemlərini tələb edirlər. Sadəcə olaraq, bizdə bu qərarın tətbiqi müəyyən hazırlıq zamanına ehtiyac duyurdu. Ziddiyyətlər məhz bu məqamda meydana çıxır. Ani qərardan əziyyət çəkənlər oldu ki, bu da müdəfiə prosesində son mərhələdə olan gənc tədqiqatçılarla bağlıdır.

-Hansı təklifləriniz var?

- Təklifimiz ondan ibarətdir ki, bu sahədə ixtisaslar nəzərə alınsın, müxtəlif mərhələlərdə olan tədqiqatçılara lazım gəldikdə, fərdi yanaşılsın.

-Gənc alim tədqiqatçıların maddi-sosial baxımdan stimullaşdırılması ilə bağlı hansı təkliflər irəli sürərdiniz?

- Məlumdur ki, elm sahəsində stimullaşdırıcı amillərə böyük ehtiyac vardır. Bu sahədə bəzi işlər görülsə , iqtisadi problemlər hələ da qalmaqdadır. Əsas məsələ tədqiqat prosesində elmi ezamiyyətin təşkil olunması, xarici ölkələrdəki konfranslara gedilməsinə yardım elmi materiallarla təmin olunmasına kömək etməkdir.

 

İlkin AĞAYEV

Palitra.-2016.-31 mart.-S.11.