“Əsas planım Almaniyada
ixtisasıma mükəmməl yiyələnə bilməkdir”
Aqil Hüseynzadə: “Yüksəkixtisaslı
həkimlərimizin sayının günü-gündən
artdığını müşahidə etmək olur”
Almaniyada yaşayan alimlərimiz və eləcə də təhsil alan gənclərimizdən ötən saylarımızda yazmışdıq. Elə budəfəki müsahibimiz də Almaniyada yaşayıb təhsil alan həkim oftolmoloq Aqil Hüseynzadədir. Qeyd edək ki, əslən Laçın rayonundan olan A.Hüseynzadə 1989-cu ildə Bakı şəhərində anadan olub. Laçını dumanlı xatırlayır. 2007-ci ildə 214 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Tibb Universitetinə qəbul olunub. 2013-cü ildən oftolmologiya üzrə rezidentura təhsilini Almaniyanın Gera şəhərində yerləşən “Medicum” göz klinikasında assistent həkim kimi davam etdirir. Ailəlidir, 1 övladı var.
-Almaniyaya üz tutmaq ideyası haradan yarandı?
-Əvvəlcədən təhsilimin bir hissəsini xaricdə başa vurmaq fikrində olmuşam. Əslinə
qalanda, ali
məktəbə qəbul
olunandan sonra təhsilimi daha çox Türkiyədə
davam etdirməyi planlaşdırırdım. Sonradan bir
neçə dəfə
Avropada praktikada oldum və məqsədimin
istiqaməti bir balaca dəyişdi. Elə oldu ki, Almaniyada
təhsil ilə maraqlandıqdan sonra bunun heç də mümkünsüz olmadığı qərarına
gəldim və bu yöndə ilk addımımı alman dilini öyrənərək
atdım. O dönəmlərdə
“Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
çərçivəsində Almaniyaya gəlmiş bir neçə tanışım var idi. Biz də,
təbii ki, planlarımızı buna görə qurmuşduq.
Vacib olan dili öyrəndikdən
sonra Almaniyanın hər hansı bir universitet klinikasından dəvət
almaq idi. Mən də Rostock Universitetinin göz klinikasından dəvət almışdım.
Ancaq qeyd etdiyim Dövlət proqramına qəbul şərtlərinə edilən
dəyişikliklərdən sonra təqaüd fikrindən əl çəkib birbaş Almaniyada iş axtarmaq məcburiyyətində
qaldım. Seçdiyim sahənin təsiri
ilə də çox uzun və çətin keçən müraciət
müddətindən sonra
Almaniyanın Gera şəhərində
yerləşən “Medicum”
göz klinikasında assistent həkim kimi fəaliyyətimi və təhsilimi davam etdirirəm.
-Azərbaycanda tibb sahəsində öyrəndiklərinizin sizə
köməyi oldu, yoxsa Almaniyada hər şeyi sıfırdan başlamalı
oldunuz?
- Bazal tibb təhsili
və onun tərkib hissəsi olan biliklər olmasa, diplomdan sonrakı təhsilə başlamaq mümkün deyil. Bütün dünyada belədir.
Yəni sıfırdan başlamaq mümkünsüzdür. Amma, təbii ki, ixtisasyönümlü diplomdan
sonrakı təhsil, məsələn, rezidentura
təhsili, sırf ixtisasla bağlı müəyyən praktiki vərdişlərə yiyələnmək
və bu vərdişləri daha da inkişaf etdirmək üçün
nəzərdə tutulub.
Bu baxımdan rezidentura təhsilini keçən hər bir kəs, istər
alman olsun, istər azərbaycanlı,
yaxud digər bir ölkədə təhsil almış hər hansı bir kolleqa müəyyən
şeylərə sıfırdan
başlamalı olur desəm, yanılmaram.
-Ümumiyyətlə,
almanların bizim həkimlərə nə dərəcədə
ehtiyacı var?
- Rahatlıqla Almaniya
tibbi dünyanın öndə gələnləri
arasındadır deyə
bilərik. Buradakı səhiyyə sistemi
sayəsində tibbin hərtərəfli inkişafına
lazımi şərait
yaradılıb. İstər kadr,
istərsə də tibbi avadanlıq baxımından. Ancaq son illərdə
Almaniyada kəmiyyət
etibarı ilə böyük həkim çatışmazlığı yaranıb. Səbəb olaraq bir çox həkimin elmi tədqiqatlara üstünlük verməsi
və digər daha yaxşı çalışma şərtləri
olan ölkələrə
emiqrasiya etməsi göstərilir. Bu problemi aradan qaldırmaq, yəni həkim sayını artırmaq üçün
dövlət xaricdən
olan həkimlərin Almaniyada işləməsini
asanlaşdıracaq bir
çox tədbirlər
həyata keçirdi.
Və nəticədə burada xarici həkim sayı durmadan artdı. O cümlədən
Azərbaycandan olan bir çox həkimlər də Almaniyada işləməyə
və təhsillərini
davam etdirməyə başladılar. Bu baxımdan Almaniyanın bizim tibbə müəyyən qədər
ehtiyacı var da deyə bilərik.
-Ölkəmizdə
tibbi təhsilin inkişafı özünü
necə göstərir?
-Ölkəmizdə tibb sahəsində inkişaf yoxdur demək, məncə, çox düzgün olmayan fikir və dəyərləndirmə
olar. Son vaxtlarda
ölkəmizdə bir
çox modern tibbi avadanlıqla təmin edilmiş klinikalar tikilib və istifadəyə verilib.
Tibb sahəsində ixtisaslı
kadr baxımından, təəssüf ki, hələ də bir çox problemlərimizin olduğunu
düşünsəm də,
doğrudan da çox yüksəkixtisaslı
həkimlərimizin sayının
günü-gündən artdığını
müşahidə etmək
olur. Ancaq, məncə, tibbin
inkişafı üçün
ən başlıca şərt sığorta sisteminin mövcudluğudur.
Bildiyiniz
kimi, icbari tibbi sığortanın həyata keçirilməsi
üçün ölkəmizdə
də müəyyən
işlər görülür.
Ümid edirəm ki, yaxın gələcəkdə
bunun necə həyata keçirildiyinin
birgə şahidi olacağıq. Sığorta sistemi olmayan tibbi sistem axsaq
insan kimidir. Nə qədər dəstək olsan da lazımı
sürəti əldə
edə bilməyəcək.
Çox
dərinə gedib, niyə görə bunun belə olduğunu izah etməyə çalışsaq
uzun zaman aparacaq. Amma bütün dünyada
ən inkişaf etmiş ölkələrdə
tibbin yüksək səviyyələrə çatmasında
ən böyük rolu elə tibbi
sığorta sistemi oynayıb.
-Almaniyada tibbi nəzəriyyəyə
nə dərəcədə
yiyələnə bilibsiz?
- Əslində, diplomdan
sonrakı təhsil daha çox tibbi praktikaya yiyələnmək üçün
nəzərdə tutulub. Əvvəldə
də qeyd etdiyim kimi ,müəyyən tibbi praktiki vərdişlərə yiyələnmək
ön planda durur. Amma, təbii
ki, iş əsnasında paralel olaraq nəzəri bilikləri də inkişaf etdirmək məcburiyyəti yaranır.
Bunsuz mümkün deyil. Həkim işi elə bir işdir ki, daima öz
üzərində çalışmasan,
tibbi yeniliklərdən
xəbər tutmasan, o
işi icra edə bilməzsən.
Günümüzdə dünya tibbi
də durmadan inkişaf edir. Hər gün yeni kəşflər,
daha öncələri
müalicəsi yoxdur dediyimiz xəstəliklərə
qarşı yeni mübarizə metodları,
bütün bunları
tibb tarixinə nəzər saldığımız
zaman da çox aydın görə bilərik.
Əvvəllər çarəsiz olaraq
anılan və bir çox insanın ölümünə
səbəb olmuş xəstəliklər bu gün tibbin önündə tamamən
aciz qalıb.
-Siz tibb sahəsində hansı elmi kəşf etmək istərdiniz?
- Tibb sahəsində hələ də həllini gözləyən
bir çox problem var.
Bu problemlərin həllində
pay sahibi olmaq üçün gələcəkdə
müəyyən tədqiqat
proseslərində iştirak
etmək fikrim var. Amma öncə ixtisasa tam olaraq mükəmməl yiyələnmək
fikrindəyəm. Ondan sonra
bu yöndə də müəyyən addımlar atmaq barəsində düşünürəm.
Elmi kəşf elə bir şeydir
ki, bir çox
hallarda onu etməyə çalışan
adama deyil, gündəlik iş həyatında qarşılaşdığı
faktları doğru düzgün dəyərləndirib
analiz edə bilən elm adamlarına qismət olmuşdur.
Əsas məsələ bunu edəcəyinə inana bilməkdədir.
-Qürbətdən Vətən
necə görünür?
-Vətən mənim üçün hər zaman dəyərli olub. İnanmıram ki, vətənini
sevməyən bir kimsə tapıla. Amma qürbətdə yaşayan insan vətən sevgisini daha yaxşı hiss edir və anlayır.
Bir söz var, deyirlər,
bir şeyi itirmək insana onun dəyərini daha yaxşı anlamağa yardımçı
olur. Mən vətənimi itirməsəm
də, ondan uzaq qalmaq hər
bir halda vətənin mənim üçün necə dəyərli olduğunu göstərib. Bu, mənim həm də doğulub böyüdükləri Laçın
torpağından illərdir
uzaq qalmaq məcburiyyətində olan
valideynlərimin hansı
hisslər yaşadığını
daha yaxşı anlamağıma səbəb
olub.
-Almaniyada
Azərbaycanı tanıtmaq
üçün nələr
edirsiniz?
- Almaniyada Azərbaycanla
bağlı təşkil
olunmuş tədbirlərdə
əlimizdən gəldiyi
qədər iştirak
etməyə çalışmışıq. Bundan əlavə,
insanlar söhbət zamanı hansı ölkədən gəldiyimlə
maraqlanırlar. Xüsusilə qəbul etdiyim xəstələrə bu xüsusi maraq verir. Əksəriyyəti Azərbaycanı xəritə üzərində
tanıyırlar. Bəziləri isə hətta SSRİ dövründə ora səyahət etdiklərini
də deyirlər.
Ümumilikdə xəstələrimizdə mənim timsalımda ümumi Azərbaycan haqqında təsəvvür
yarandığını nəzərə
alaraq ən xırda məqamlarda belə, daha diqqətcil oluram. Əlavə olaraq yaxın çevrəmizə Azərbaycan
musiqisini, mətbəxini,
mədəniyyətini tanıtmağa
çalışırıq. Mətbəximizi, xüsusilə də
şirniyyatlarımızı çox bəyənirlər.
Həmçinin musiqimizə də
çox maraq göstərirlər. Xüsusən də Əzizə Mustafazadəni burada çox yaxşı tanıyır və sevirlər. Bir sözlə, bacardığımız
qədər ölkəmizi
qürbətdə gözəl
təmsil etməyə
səy göstəririk.
-Gələcək
üçün hansı
planlarınız var?
- Gələcək üçün
ən əsas plan indiki halda, yuxarıda
da qeyd etdiyim
kimi, ixtisasa mükəmməl yiyələnə
bilməkdir. Ondan sonra nə baş verəcəyi, məncə, planlamadan asılı deyil. Nəyisə
dəqiq demək üçün hələ
çox tezdir.
Fuad Hüseynzadə
Palitra.-2016.-3 may.-S.11.