BANM-in tələbəsi, Prezident təqaüdçüsü Elvin Həsənli : “Sevə biləcəyin bir ixtisası seçmək lazımdır”

 

Hazırda ölkədə öz fəaliyyəti ilə seçilən ali təhsil ocaqlarından biri də Bakı Ali Neft Məktəbidir. Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsi statusunda ölkə başçısının 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı ilə yaradılıb. 2012-ci ilin yanvar ayında Böyük Britaniyanın Edinburq şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov və Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapman tərəfindən Bakı Ali Neft Məktəbi ilə mütəxəssis hazırlığında əməkdaşlıq haqqında "Anlaşma Memorandumu" imzalanıb. May ayının 26-da Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapman birgə mütəxəssis hazırlığının təşkilinin əsas prinsiplərini özündə əks etdirən müqavilə imzalayıblar.

 

Təhsil Nazirliyi Bakı Ali Neft Məktəbinə "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı üçün xüsusi icazə (lisenziya) verib. 2012-ci ilin aprel-sentyabr ayları ərzində Bakı Ali Neft Məktəbi üçün ayrılmış binada idarəetmə və tədris qurumlarının fəaliyyətinin təmin edilməsi üçün müvafiq infrastrukturun yaradılması məqsədilə təkliflər hazırlanıb həyata keçirilib, tədris və tədrisi idarə edən struktur bölmələrinin ştatlarına təyinatlar həyata keçirilib, "İngilis dili mərkəzi" may ayından, "Kompüterinformasiya-kommunikasiya texnologiyaları" kafedrası iyul ayından fəaliyyətə başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2012-ci ilin avqust ayında keçirdiyi test imtahanlarının nəticələrinə görə aparılan müsabiqədən uğurla keçmiş 116 nəfər, onlardan 58-i "Neft-qaz mühəndisliyi", 58-i "Kimya mühəndisliyi" ixtisaslarına qəbul olmuş və sentyabrın 17-dən hazırlıq mərhələsində tədrisə cəlb olunublar. Qəbulda orta bal 631 olub. TQDK-nın 2012-ci ildəki qəbul kampaniyasının nəticələrinə görə tərtib etdiyi reytinq cədvəlində Bakı Ali Neft Məktəbi ölkənin 51 ali təhsil müəssisəsi arasında mütləq lider olub. 2012-2013-cü tədris ilində hazırlıq mərhələsində təhsil almış 116 tələbədən 112-si "İngilis dili" və "Kompüterinformasiya-kommunikasiya texnologiyaları" fənlərindən imtahanları müvəffəqiyyətlə verərək 2013-cü ilin sentyabr ayından Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında "Neft-qaz mühəndisliyi" (56 nəfər) və "Kimya mühəndisliyi" (56 nəfər) ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığı prosesinə qoşulublar.

2013-cü ildə TQDK tərəfindən keçirilmiş test imtahanlarının nəticələri əsasında müsabiqədən keçmiş 50 abituriyent "Neft-qaz mühəndisliyi", 50 "Kimya mühəndisliyi", 20 nəfər isə "Proseslərin avromatlaşdırılması mühəndisliyi" ixtisaslarına qəbul olmuşsentyabr ayının 16-dan hazırlıq mərhələsində tədris prosesinə qoşulublar. 2013-cü ilin qəbulunun nəticələrinə görə orta bal 656 olub.

2012/2013-cü tədris ilində - BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində 15 tələbə, 2014/2015-ci tədris ilində isə 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Beləliklə, Bakı Ali Neft Məktəbinin hər 9 tələbəsindən biri Prezident təqaüdünə layiq görülüb. Qeyd edək ki, BANM TQDK-nın əsas göstəricilərinə görə daim liderlik mövqeyini saxlayır. 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin siyahısında Bakı Ali Neft Məktəbi qəbulda 668.017 orta balla birinci yerdədir.

2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub. 2015/2016-cı tədris ilində BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Bakı Ali Neft Məktəbi ötən müddət ərzində həm də ən müasir tələblərə cavab verən infrastruktur yarada, idarəetmə və pedaqoji heyəti də formalaşdıra bilib, professor-müəllim heyətinin tədrisdə, tələbələrin isə təhsildə motivasiyalarını yüksəltmək üçün silsilə həvəsləndirici və səfərbəredici tədbirlər həyata keçirilib.

Qafqaz regionunun ən böyük kampusu olacaq BANM-in yeni kampusu istifadəyə veriləcək. Burada ən müasir texnologiyalar tətbiq olunacaq və zəngin maddi-texniki bazaya malik olan laboratoriyalar istifadəyə veriləcək. BANM-in xarici şirkətlərlə əməkdaşlıq, yerlixarici şirkətlərin peşəkar mütəxəssisləri tərəfindən BANM-də tələbələr üçün təlimlər, mühazirələrin təşkil olunması, BANM tələbələrinin təhsillə yanaşı, həm də müxtəlif ictimai layihələrdə yüksək nəticələr göstərməsi, qısa müddət ərzində ictimaiyyət arasında qazanılan etibarbu kimi digər nailiyyətləri Azərbaycanın ən yüksək intellektli gəncliyini burada təhsil almağa cəlb edir.

BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində yeganə ali məktəbdir ki, ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) sertifikatlarını alıb. Çox qısa zaman müddətində BANM ən yüksək nüfuzlu ali təhsil müəssisəsinə çevrilə bilib. Bu gün BANM ölkəmizdə ən öndə gedən ali təhsil müəssisəsidir. BANM Azərbaycanda peşəkar mühəndis kadrların hazırlanmasında liderdir. BANM tələbələri bütün transmilli, beynəlxalq neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın bütün müəssisələrində istehsalat təcrübəsi keçirlər. Bu da onların gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır.

 

Elvin Həsənli:

İxtisas seçiminə gəldikdə isə, öz bacarıqlarına uyğun gələn və gələcəkdə sevə biləcəyin bir ixtisası seçmək lazımdır”

 

Hazırda BANM-də təhsil alan tələbələrdən biriElvin Həsənlidir. O, 9 fevral 1998-ci ildə İmişli şəhərində anadan olub. Bakı şəhəri Xətai rayonu Allahverdi Xəlilov adına 263 saylı orta məktəbi əla qiymətlərlə bitirib. 2015/2016-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanında 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür. Elvin Həsənli qəbul imtahanı, imtahandan qabaqimtahandan sonrakı təəssüratlarını bizimlə bölüşdü:

- Mən öncədən TQDK-nın təşkil etdiyi sınaq imtahanlarında iştirak etdiyim üçün imtahan haqqında əvvəlcədən təsəvvürüm var idi, ona görə də imtahandan qabaq həyəcanlı deyildim. İmtahan zamanı vaxtımın kifayət etməyəcəyini düşündüyüm üçün həyəcanlanmışdım. İmtahandan sonra sual kitabçasını yoxlayarkən iki səhvimin olduğunu gördüm. Buna baxmayaraq, 690 bal yığdım.

- Bəs sınaq imtahanlarında nəticələrin necə olub?

- Sınaq imtahanlarında, ümumilikdə, nəticələrim 600 baldan çox olmuşdu, lakin bu məni qane etmirdi. Daha yüksək bal toplaya biləcəyimə inanırdım. Ailəm və qohumlarım da məndən ən yüksək nəticəni gözləyirdilər.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimi etdikdə nəyi əsas götürməlidir?

- Düşünürəm ki, uğur qazanmaq üçün hər bir insanın hədəfi olmalıdır. Bu hədəfə nail olmaq üçün çox çalışmaq, zəhmət çəkmək lazımdır. Ən əsası isə aşağı siniflərdən oxuyub təməlli bir şəkildə imtahanlara hazırlaşmaq lazımdır. Bünövrə olmadan sonradan repetitor yanına getmək heç vaxt effektli ola bilməz. İxtisas seçiminə gəldikdə isə, öz bacarıqlarına uyğun gələn gələcəkdə sevə biləcəyin bir ixtisası seçmək lazımdır.

- Necə oldu ki, məhz bu ixtisası BANM-i seçdin?

- Mənim fikrimə görə, Azərbaycanda mühəndislik ixtisası neft sahəsi üzrə BANM ilə rəqabət apara biləcək ali təhsil ocağı yoxdur. İnanıram ki, bu ali məktəbdə mən daha çox uğur qazana bilərəm. Çünki elektrotexnika kompüter sahəsinə marağım var. Bu maraq məhz bu ixtisası seçməyimə səbəb oldu.

- Boş vaxtlarında ilə məşğul olursan?

- Dərslərimlə əlaqədar boş vaxtım çox olmur. Musiqi ilə məşğul olmağı, ədəbiyyatı çox sevirəm boş vaxtım olduqca bədii əsərlər oxumağa çalışıram.

 

Nigar Abdullayeva

Palitra.-2016.-4 may.-S.11.