Azərbaycanın üzümçülük şöhrəti özünə qaytarılır

 

Fazil Əsədov: “Cəlilabadda bir hektar üzümdən 8-10 ton üzüm götürmək olur

 

Sovet dönəmində Azərbaycanın regionlarında, xüsusən Cəlilabadda əsas təsərrüfat sahəsi üzümçülük idi. Lakin Sovet hakimiyyətinin son illərində başlanan alkoqola qarşı kampaniya üzümlüklərin çox hissəsinin məhv edilməsinə gətirib çıxardı. Ölkəmiz müstəqillik əldə etdikdən sonra üzüm plantasiyalarında taxıl zəmiləri salındı. Son illərdə isə regionlarda əhali öz köhnə təsərrüfatına, üzümçülüyə qayıtmaqdadır. Artıq regionlara səyahət etdikdə taxıl zəmilərinin yerini üzüm kollarının əvəz etdiyini görmək olur. Əslində, bunu təbii əkinçilik prosesi kimi qiymətləndimək olar. Yəni əhali nə qədər başqa təsərrüfat sahəsində axtarış etsə də, yenidən öz məşğuliyyətini ana təsərrüfat sahəsində tapır. Bu qayıdış dövlətin də aqrar siyasətində özünü göstərir. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev öz nitqində vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələrin bərpa edilməsi ilə bağlı göstəriş verməsi bunu deməyə əsas verir: “Azərbaycan çoxiqlimli ölkədir, hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməli və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq, üzümçülük və digər sahələrin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçiriləcək. Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır”.

 

Azərbaycan qədim

üzümçülük diyarıdır

Cəlilabadın üzümçülük sahəsində əvvəllər əldə olunmuş şöhrətini geri qaytarmaq üçün 2004-cü ildən işlər görülür. Belə ki, 2004-cü ildə Fransadan gətirlimiş Kaverne-Savinion, Sirah, Şardone, Merlots. məşhur üzüm sortları Cəlilabada ilk dəfə əkilib. Bu və digər işlərin aparılmasında təcrübəli aqronom Fazil Əsədovun da əməyi olub. Fazil Əsədov bizimlə söhbətində dedi ki, fransızlar Azərbaycandakı şabalıdı torpağa, iqlim şəraitinə valeh olublar: “Təsəvvür edirsizmi, Fransada 4 ildən sonra bar verən üzüm sortları, Cəlilabad torpağında 2-ci, 3-cü il məhsul verməyə başladı. Əcnəbi mütəxəssislər təəccüblənərək bunun səbəbini buradakı məhsuldar torpaqbol günəş amili ilə əlaqələndirdilər. Ümumiyyətlə, Azərbaycan qədim üzümçülük diyarıdır. Bu torpaqlarda insanlar məskən salandan üzüm əkilir”.

Üzun müddət sovxoz direktoru olmuş Fazil Əsədov 1970-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafından da danışdı: “Ulu öndər 1969-cu ildə hakimiyyətə gələndən sonra Azərbaycan üzümçülük sahəsinə görə İttifaqda birinci yerə çıxdı. O dövrdə Azərbaycanın büdcəsinin 40 faizini üzümçülükdən gələn gəlir təşkil edirdi. Cəlilabadda istehsal olunan üzüm isə məhsuldarlığına görə ümumilikdə respublikada məşhur idibu məhsuldarlığı artırmaq üçün rayona İttifaq səviyyəsində investisiya qoyulurdu. 70-80 ci illərdə üzümçülüyün inkişafına görə ən öndə Şamaxı və Cəlilabad rayonları dayanırdı. Azərbaycan bu dönəmdə 1 milyon ton üzüm istehsal etməyi planlaşdırırdı ki, bunun da 300 min tona yaxını Cəlilabadın payına düşürdü. Bu məqsədlə dağ kəndlərinə müasir yollarelektrik çəkildi, ilk dəfə dağ kəndlərində suvarma əkinçiliyinin əsası qoyuldubu məqsədlə, demək olar ki, bütün kəndlərdə su bəndləri quruldu. Bir sözlə, üzümçülüyə görə İttifaq hökuməti Cəlilabadın dağ kəndlərini abadlaşdıraraq müasir səviyyəyə çatdırdı. İnkişafa uyğun olaraq, ilk dəfə bütün kəndlərdə orta məktəblər tikilib istifadəyə verildi”.

 

Biz dünyanın istənilən ölkəsinə üzüm ixrac

edə bilərik”

Fazil Əsədov bildirdi ki, 70-ci illərdə Cəlilabadda üzümçülük təsərrüfatı genişləndikdən sonra yeni yerləri açılıb və əhalinin gəlirləri yüksək səviyyədə artıb: “Bütün kənd təsərrüfatı məhsulları arasında ən əmək tutumlu sahə üzümçülükdür. Bu sahdə çalışanlar həm əmək haqqı, həm də mükafat alırdılar. Xatirimdədir, Cəlilabadda “Sabirsovxozunda baş aqranom işləyirdim. Ulu öndər Heydər Əliyev ora gəlmişdi. Həmin il üzümçülük 4-cü il idi ki, əklimişdi. O zaman kəndlərdə əksər evlərin damı küləşlə örtülmüşdü. Ulu öndər Təklə kəndində evlərə baxıb dedi ki, bu il üzümçülüyə görə burada bir dənədə evin damı küləşdən olmaycaq. Ulu öndər bizim rayona növbəti dəfə səfər edərkən, artıq Təklə kəndində bütün evlərin damı qırmızı kirəmitdən idi. Təkcə bir evin damı küləşdən idi. Ulu öndər rayonun birinci katibi Əbdüləli Mürsəlovdan soruşdu ki, bu evin damı niyə kirəmitdən deyil. Ə.Mürsəlov dedi ki, yoldaş Əliyev bunu nümunə üçün saxlamışıq ki, bilinsin bu kənd əvvəl belə olub”.

Onun sözlərinə görə, üzümçülük bərpa olunandan sonra Cəlilabadda ilk dəfə 300 hektar ərazidə üzüm əkilib və sonra isə ayrı-ayrı fermerlər tərəfindən üzüm sahələri salınıb: “Cəlilabadda bir hektar üzümdən 8-10 ton üzüm götürmək olur. Hansı ki, taxıldan 20 dəfə çox gəlir gətirir. Azərbaycanda gəlirlilik baxımdan iki bitki əvəzolunmazdır; üzüm və pambıq. Üzüm öz kökü üstə əkilərsə 70-80 il ömür sürür. Əkiləndən 4 il sonra məhsul verir. Dünyada üzümçülüyə ən böyük ziyanı filloksera zərərvericisi vurur. Bu da əkilən tənəyin kökünü qurudur. Məsələn, Fransada 1882-ci ildə 4 milyon hektar üzüm sahəsi fillokseraya görə məhv olub. Bizdə də hər il fillokseralara davamlı Türk sultanı, Redqlob, Primas. süfrə sortları əkilir. Həmin sortların çox yüksək məhsuldarlığı var. Eyni zamanda tez yetişən və nəqliyyata davamlı sortlardır. Buna görə də biz dünyanın istənilən ölkəsinə üzüm ixrac edə bilərik”.

 

Üzümçülük Azərbaycan üçün ümummilli lider

Heydər Əliyevdən qalan yadigardır

Mütəxəssisin fikrincə, Cəlilabadın üzümçülük şöhrətni özünə qaytarmaq üçün bölgələr üzrə hansı bitkilərin əkilib-becərilməsi müyyənləşməlidir: “Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu məsələni xüsusi vurğuladı. Bu da fermerlər tərəfindən bəyənlidi. Üzümçülük də Azərbaycan üçün ümummilli lider Heydər Əliyevdən qalan yadigardır. Cənab Prezidentbu mənada üzümçülüyə xüsusi diqqət yetirir. Əvvəkli illərlə müqayisədə Kənd Təsərrüfatı Nazirliyibu gün üzünü kəndlərə çevirib. Ən böyük çətinlik üzümün satış bazarının olmaması idi. Bu il isə inanırıq ki, bu baxımdan problem olmayacaq. Bununla bağlı Prezident tərəfindən xüsusi sərəncam imzalandı. Həmin sərəncama əsasən nəinki üzüm, digər kənd təsərrüfatı məhsullarının da mərkəzləşmiş qaydada dövlət tərəfindən alınacaq. Bu da sahibkarlarda stimul yaradıb. Biz istehsal etdiyimiz məhsulu dəyərinə satsaq, rifahımız daha da yaxşılaşar”.

Həmsöhbətimizin fikrincə, üzümçülüyün, ümumiyyətlə, kənd təsərrüfatının inkşafı üçün ən önəmli tədbirlərdən biri də fermerlərin kooperativlərdə birləşməsidir: “Hazırda kooperasiya məsələsi gündəmə gəlib. Ötən il Milli Məclisdə “Kənd təsərrüfatı Kooperasiyası haqqında” qanun layihəsi 1-ci oxunuşda təsdiq edilib. Bu qanun kənd təsərrüfatı ilə məşğul olan fermerlərin könüllü birləşməsini nəzərdə tutur. Bu isə fermerlər üçün yeni bazar imkanlarının yaranması baxımından əhəmiyyətlidir. Hazırda fermerlər əkib-becərdikləri məhsulları fərdi qaydada bazara çıxarırlar. Bu ənənə məhsulu az olanların xərcini artırır. “Kənd təsərrüfatı Kooperasiyası haqqında qanun” belə problemlərə son qoya bilər. Azərbaycanda kənd təsərrüfatında fermerlərin birləşməsi və kooperativlərin yaranması kənd təsərrüfatında gəlirlərin artırılması, bu sahədəki işçilərin işinin effektivliyinə kömək edə bilər. Digər tərəfdən kooperativlərin yaranması işsizliyin aradan qaldırılmasında ən önəmli addımlardan biri sayılır”.

 

2020-ci ildə təxminən

455 min ton üzüm istehsal olunacaq

Fazil Əsədov bildirdi ki, kənd təsərrüfatında birinci məsələ ekoloji cəhətdən təmiz məhsulların becərilməsidir: “Bizdə üzüm ekoloji cəhətən ən faydalı bitkidir. Üzüm, demək olar ki, 45-50 xəstəliyin qarşısını alır. Ümumiyyətlə, Azərbaycanda yetişdirilən məhsulların geni dəyişdirilmir. Azərbaycan torpağının ən böyük üstünlüyü budur. Ona görə xaricdən gələn kənd təsərrüfatı məhsulları əvəzinə yerli məhsulların alınması vacibdir. Çünki həm keyfiyyətli, həm ucuz olur”.

Xatırladaq ki, 2011-ci ilin dekabrında Prezident İlham Əliyev tərəfindən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalanıb. Aqrar sahədə demək olar ki, belə uzunmüddətli Dövlət Proqramı qəbul edilməyib. Proqramın icrası ümumi olaraq 8 ilə Azərbaycanın üzümçülük şöhrətini özünə qaytarmaq məqsədinə xidmət edir. Proqrama əsasən respublikamızın əvvəllər üzümçülüklə məşğul olmuş iqtisadi rayonlarının bir hissəsində torpaqlar üzümün ən qorxulu zərərvericisi olan fillokseranın kök forması ilə sirayətləndiyindən respublikamızda iki cür; öz kökü üzərində bitən calaq tinglik təsərrüfatları yaradılmalıdır. Dövlət Proqramına uyğun olaraq 2012-2020-ci illərdə 50 min hektar yeni üzüm sahəsi salınması nəzərdə tutulur. 2020-ci ildə təxminən 455 min ton üzüm istehsal olunacaq.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-4 may.-S.6.