UNEC rektoru: “Təcrübənin təşkilinə diqqət artırılmalıdır”

 

Təcrübə keçən tələbələrə əmək kitabçasının açılması, fəaliyyəti qarşılığında məvacibin ödənilməsi məsələləri həll ediləcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov IV kursda təhsil alan bir qrup tələbə ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu UNEC-də təcrübənin təşkili olub. Universitet tələbələri bu mövzu ilə bağlı qarşılaşdıqları problemlərdən danışıblar və onları maraqlandıran sualları rektora ünvanlayıblar.

Layihə çərçivəsində təqdim etdiyimiz yazıda Azərbaycan Dövlət İqtisad Universitetində bu istiqamətdə görülən işlərə toxunacağıq. Rektor Ədalət Muradovun IV kursda təhsil alan bir qrup tələbə ilə görüşündə təcrübə rəhbərləri tərəfindən subyektivizm halları, əlavə bürokratik tələblər, süründürməçilik, təcrübə hesabatlarının hazırlanmasında lazımsız, mövcud olmayan tələblərin irəli sürülməsi, tələbələrin təcrübə obyektlərində ixtisas təcrübəsinə uyğun olmayan işlərə cəlb edilməsi və onlara biganə münasibətlər müzakirə edilib. Tələbələrin problemlərini dinləyən rektor müraciətlərin şəffaf və operativ həll edilməsi üçün “Təcrübənin təşkili” şöbəsinə ciddi tapşırıqlar verib. Təcrübənin təşkilinin universitet üçün prioritet olduğunu bildirən Ədalət Muradov gələcəkdə bu sahə üzrə bir sıra yeniliklərin nəzərdə tutulduğunu, xüsusən təcrübə keçən tələbələrə əmək kitabçasının açılması, fəaliyyəti qarşılığında məvacibin ödənilməsi məsələlərinin ali məktəb rəhbərliyinin diqqətində olduğunu qeyd edib. Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının qərarı ilə UNEC-də “Professorlar Klubu” təsis edilib. “Professorlar Klubunun yaradılmasında məqsəd professor və elmlər doktorlarının intellektual potensialından istifadə edərək müasir cəmiyyətdə qabaqcıl ideyaları aşılamaqdır. Kluba üzv olanlar bilikləri, bacarıqları və həyat təcrübələrini bölüşmək üçün qeyri-formal şəraitdə, fəal və müxtəlif zövqlərə cavab verən maraqlı istirahət zamanı ziyalı mühitində səmimi ünsiyyət qura biləcək. Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkbərovun təşəbbüsü ilə yaradılan klub Azərbaycanın və xarici ölkələrin professorlarının, elmlər doktorlarının könüllülük və bərabərlik əsasında yaradılan birliyi funksiyasını öz üzərinə götürür. Klassikmüasir elmlərin nailiyyətləri ilə bağlı fikir mübadiləsi üçün toplantıların təşkili, beynəlxalq elmi cəmiyyətlərə klub üzvlərinin inteqrasiyasına nail olmaq, istedadlı gənc alimlərə hərtərəfli dəstək olmaq, respublikada və xaricdə müxtəlif elmi, mədəni-kütləvi tədbirlərdə təmsil olunmaq klubun fəaliyyət istiqamətində yer alıb. Klubun idarəetmə orqanında Rəyasət heyəti və sədr yer alıb. Həmçinin üzvlük könüllüdür və nəzərdə tutulan məqsədlərə həmrəy olan hər bir professor və elmlər doktorları kluba qoşula bilər.

 

Gənc tədqiqatçı və tələbələr üçün konfrans

Onu da qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Elm şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən gənc tədqiqatçı və tələbələr üçün “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda konfrans keçirilib. Konfransın plenar iclasında Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında misilsiz xidmətlərindən söz açıb. Sonra plenar proqrama uyğun olaraq konfrans öz işinə başlayıb. UNEC-in dissertantı E.İsmayılova, magistrant N.Şıxalızadə və tələbə S.Haşımlının məruzələri dinlənilib. Məruzələrin müzakirəsindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Universitetinin Elm şöbəsi əvvəllər Elmi-tədqiqat şöbəsi adı altında fəaliyyət göstərib. Təhsil nazirinin 11 oktyabr 1994-cü il tarixli 595 saylı əmrinə əsasən, 1995-ci ilin fevral ayından həmin bölmə Elmi-tədqiqat şöbəsi adı altında yenidən yaradılıb, 1997-ci ildən isə Elm şöbəsi kimi fəaliyyətini davam etdirib. Hal-hazırda universitetdə yeni sosio-iqtisadi sistemin formalaşmasının elmi-metodoloji aspektləri istiqaməti üzrə 4 problem mövzu ətrafında elmi-tədqiqat işləri aparılır:

-Ölkədə yeni iqtisadi münasibətlərin formalaşmasının nəzəri-metodoloji aspektdən interpretasiyası;

-Bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi münasibətlərin formalaşması məsələləri;

-Müasir şəraitdə yeni elmi təfəkkürün formalaşması məsələləri;

-İqtisadi-riyazi texnoloji problemlərin sistemli tədqiqi.

Azərbaycan Dövlət İqtisad Universiteti nəinki respublikada ən böyük pedaqoji potensiala malik olan iqtisad yönümlü ali tahsil ocağıdır, o, həm güclü elmi-tədqiqat mərkəzidir. Məhz buna görə müasir dövrdə bu potensialın tam gücü ilə işləməsi üçün çox böyük işlər görülüb. Bunun üçün universitetdə son illərdə bir sıra prioritet istiqamətlər müəyyən edilib. Bunların sırasında iqtisad elminin müxtəlif sahələri üzrə milli elm məktəblərinin yaradılması prosesinə sistemli yanaşmanın təmin olunması, elm-təhsil-iqtisadiyyat üçlüyü arasında real məzmunlu inteqrativ bağlılığa nail olunması, universitetin professor-müəllim heyətini aktiv şəkildə elmi-tədqiqat işlərinə cəlb etməklə elmi fəaliyyətin sosial prosesə çevrilməsinin təmin edilməsi, iqtisad elminin müasir sahələrinin inkişafı, peşə hazırlığının yüksəldilməsi, təhsilin davamlı tərəqqisinin təmin olunması istiqamətində elmi nailiyyətlərdən geniş surətdə istifadə olunması, müasir elmi-innovativ metodların tədqiqat prosesində təhsil sistemində effektiv tətbiqinin təmin olunması, universitetin elmi-tədqiqat sferasının idarə olunmasının təkmilləşdirilməsi, elmi-metodoloji elmi-texnoloji profil üzrə kompleks mövzuların müəyyən edilməsi istiqamətləri var. Eləcə dünyanın bir sıra ölkələrində mövcud olan universitetlərin müvafiq qurumları ilə əməkdaşlığı genişləndirərək müasir elmi təcrübələrin universitetdə tətbiqinə nail olunması, qrantlar, dövlət vəsaitləri, təsərrüfat hesablı müqavilələr əsasında maliyyə vəsaiti cəlb edərək elmin maddi-texniki bazasının inkişaf etdirilməsi, iqtisad elmi ilə bağlı nəşrlərin hazırlanmasını, yayılmasını, konfransların, seminarların digər elmi tədbirlərin keçirilməsinin dövriliyinə əməl edilməsi universitetin əməkdaşlarının beynəlxalq səviyyəli jurnallarda məqalələrinin çapı ilə bağlı informasiya konsaltinq xidmətinin təşkili prioritetlər sırasındadır.

 

Tələbə magistrlərin

məruzələri dinlənilib

Onu da qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə maliyyə institutları kafedrası, “Gənc maliyyəçilərTələbə Elmi Dərnəyi Maliyyə mühasibat fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr edilənAzərbaycanın sosial-iqtisadi inkişafında maliyyə-kredit sisteminin rolumövzusunda tələbə elmi konfransı keçirilib. Konfransda ulu öndərin Azərbaycan iqtisadiyyatındakı rolundan, respublikaya rəhbərlik etdiyi dövrdə əldə olunan uğurlardan danışıb, böyük siyasi xadim Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğu yolunda həyata keçirdiyi uzaqgörən məqsədyönlü siyasətdən söz açıb. Sonra tələbə magistrlərin məruzələri dinlənilib. Münsiflər heyətinin səsverməsinə əsasən qaliblər müəyyən edilib. Maliyyə mühasibat fakültəsinin dekanı Gəray Musayev bildirib ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdirdeyən ulu öndər Azərbaycan iqtisadiyyatının inkişafı yolunda tarixi qərarlar verib. G.Musayev məruzələrdə bu qərarların ətraflı tədqiq edildiyini yüksək qiymətləndirib. TEC sədri Əvəzağa Məlikov məruzəçiləri uğurlu elmi məqalə yazdıqlarına görə təbrik edib. Mövzuların əhatəli işləndiyini qeyd edərək, bildirib ki ki, konfransda iştirak edən tələbə magistrlər gələcək elmi fəaliyyətləri üçün ilk uğurlu addımı atıblar.

 

Anar Miriyev

 

Palitra.-2016.-5 may.-S.11.