“Ən yaxşı təqdimat” müsabiqəsinin
qalibləri mükafatlandırılıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdən öncə iştirakçılar Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Tədbirdə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Əli Əhmədov: “Prezident İlham Əliyevin islahat strategiyasının
ən mühüm istiqaməti
təhsildir”
Tədbirdə çıxış edən
baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar strategiyasının ən
mühüm istiqaməti
təhsilin üzərinə
düşür. O bildirib ki, təhsil sahəsində əhəmiyyətli
addımlar atılır:
“Azərbaycanın gələcəyini
parlaq görmək istəyiriksə, Azərbaycan
təhsilini və elmini inkişaf etdirməliyik. Təhsil işçiləri də bu sahədə
öz üzərinə
düşən məsuliyyəti
yaxşı dərk edirlər. Məqsədlərə
nail olmaq üçün
lazımi addımlar atılır. Şagirdlərin müasir düşüncəli
vətəndaşlar kimi
yetişməsi üçün
təhsil işçiləri
əllərindən gələni
əsirgəmirlər”. Ə. Əhmədov qeyd edib ki, bu
gün YAP tərəfindən
40 ali məktəb tələbəsinə 50 manat
məbləğində təqaüd
verilir və gələcəkdə bu sıraya daxil olan tələbələr
daha da artacaq.
Nazir:
“Ötən dövrdə kurikuluma əsaslanan 276 adda yeni dərslik
və müəllim üçün metodik vəsait hazırlanıb”
Təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı təqdimat” müsabiqəsinin Heydər
Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc
nəsil tərəfindən
öyrənilməsi işini
daha da gücləndirmək
baxımından mühüm
rol oynadığını
bildirib. Nazir bildirib ki, təhsildə
aparılan islahatlar içərisində əsas
yeri ümumtəhsil pilləsi üzrə dərsliklərin hazırlanması
təşkil edir: “Doğrudur, bu istiqamətdə işlərimiz
istədiyimiz sürətlə
getməsə də,
son 3 ildə müəyyən
uğurlarımız olub.
Bu dövrdə kurikuluma əsaslanan 276 adda yeni dərslik
və müəllim üçün metodik vəsait hazırlanıb”.
O bildirib ki, dərslik hazırlığı
sahəsində Təhsil
Nazirliyi tərəfindən
bir sıra işlər görülüb,
qiymətləndirmədə şəffaflığı təmin
etmək üçün
dərslik layihələri
bir-birindən asılı
olmayaraq müxtəlif
ekspertizalara göndərilib.
Nazir qeyd edib ki, dərslikləri
məmurlar yox, bu sahənin mütəxəssisləri, alimləri
yazır: “Təəssüf
ki, dərslik hazırlığında müəllim
qıtlığı hiss edilir.
Aydındır ki, dərslik
hazırlığına ən
yaxşı mütəxəssislər
cəlb olunmalıdır.
Amma hazırkı sosial-iqtisadi
şəraitdə onları
yalnız çağırışlarla
həvəsləndirmək mümkün deyil. Nazirlik sifariş əsasında ehtiyat dərsliklərin hazırlanması, bu işə ən yaxşı mütəxəssislərin
qoşulması təşəbbüsü
ilə çıxış
edərək müvafiq
normativ sənədlərin
layihələrini hökumətə
və digər aidiyyəti qurumlara təqdim edir. Nazirlik dərslik hazırlığı sahəsində
bu il
bir yenilik də edib. Belə ki,
yeni hazırlanan dərslik layihələrini
çapa vermədən
öncə nazirliyin
internet portalında yerləşdirməklə
ictimai müzakirəyə
çıxarıb”.
“Bəzi məktəblərdə
müəyyən fənlər
üzrə
dərs saatları azalıb”
Nazir onu da qeyd edib
ki, Azərbaycanda məktəbəqədər hazırlıq
pilləsinin 2016-2017-ci ildən
dövlət büdcəsindən
maliyyələşməsi və hamı üçün əlçatan
olması istiqamətində
işlər davam etdirilir. Məqsəd 2020-ci ilədək ölkədə uşaqların
məktəbəqədər təhsil səviyyəsinin
əhatəsini 70%-ə çatdırmaqdır.
Nazir bildirib ki, ölkədə təlim texnologiyalarını
çatdırmağa imkan
verən mexanizmlər
tətbiq olunmağa başlanıb: "Bu məqsədlə
Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidən Hazırlanma İnstitutunun
bazasında Təhsil İşçilərinin Peşəkar
İnkişafı İnstitutu
yaradılıb. Bu qurum modul kredit
sisteminə əsaslanaraq,
bütün kateqoriyadan
olan təhsil işçilərinin peşəkar
inkişafı ilə
əlaqədar olan siyasətin müəyyənləşdirilməsi,
təlimlərin təşkili
və koordinasiya ilə məşğul olacaq".
M. Cabbarov əlavə edib ki, hazırda
təhsilin əsas trendlərini öyrənmək,
təhlil etmək və tətbiqi imkanlarını müəyyən
etmək, yeni düşüncə və
idarəetmə keyfiyyətlərini
tələb edir. Onun sözlərinə görə, təhsil sistemində tətbiq edilən yeniliklərdən
biri də pilot olaraq seçilmiş 58 məktəbdə 176 təmayül
sinfin açılmasıdır.
Həmin məktəblərdə
ixtisas seçmiş şagirdlərə qeyri-profil
fənlərin dərs
saatlarının azalması
hesabına seçdikləri
istiqamət üzrə
daha dərin biliklər verilir: "Bu islahatın məqsədi ümumi təhsilin keyfiyyətini yüksəltməkdir.
Bununla əlaqədar tədris resurslarının hazırlanması
və təmayüllər
üzrə təhsilin
əhatə dairəsinin
genişləndirilməsi qarşıda
duran vəzifələrdəndir".
Müəllimlər üçün
yeni əməkhaqqı
sisteminə
keçiləcək
Nazir bildirib ki, müəllimlərin
diaqnostik qiymətləndirilməsi
ölkənin digər
şəhər və
rayonlarında da aparılacaq: “Bundan sonra Təhsilin İnkişafı üzrə
Dövlət Strategiyasına
uyğun olaraq əməkhaqqı islahatının
ikinci mərhələsinə
- diferensial, yəni peşəkarlıq səviyyəsindən və
əməyin nəticələrindən
asılı olan əməkhaqqı sisteminə
keçməyi planlaşdırırıq”.
O bildirib ki, müəllim əməyinin
stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş
nöqtəsi olub. Nazir qeyd edib
ki, 2014-cü ildə Bakı şəhərində
30 min, 2015-ci ildə ölkənin
3 şəhər və
9 rayonunda 26 min müəllimin
bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılıb:
“Beləliklə, ölkə
üzrə müəllimlərin
40%-nin dərs yükü 1,5 dəfə,
vəzifə maaşı
isə 2 dəfə artıb. Nəticədə müəllimlərin ortaq aylıq əməkhaqqı ölkə
üzrə müvafiq
göstəriciyə yaxınlaşıb”.
M. Cabbarov əlavə edib ki, ölkədə
müəllim-şagird nisbətində
əsaslı irəliləyişlərə
nail olunub. Onun sözlərinə görə,
bu göstərici
2012-2013-cü tədris ili müqayisədə
2015-2016-cı ildə 1:10-dan, 1:12 nisbətinə yüksəlib.
Nazir bildirib ki, Azərbaycanda yüksək nəticə
göstərən və
daha yüksək biliklərə malik olan müəllimlər daha yüksək əməkhaqqı almalıdır. Müəllimlərin əmək haqqında diferensiallaşdırmanın tətbiqi
ilə bağlı konsepsiyanın hələ
hazırlandığını deyən nazirin sözlərinə görə,
bununla bağlı meyarlar ekspertlərin təklifləri aidiyyəti
dövlət orqanları
ilə birlikdə qiymətləndiriləndən sonra
müəyyənləşəcək.
Təhsil naziri yeni yaradılan Regional Maliyyələşmə İdarələri
Regional Təhsil İdarələrinin
yaradılmasına keçidə
təkan ola
bilməsi barədə
məsələyə də
münasibət bildirib:
"Regional maliyyələşmə idarələri 2016-cı ilin
dövlət büdcəsi
haqqında qanunun tətbiqinə dair onların üzərinə
qoyulan vəzifələri
həyata keçirir.
Bütün bu işlərin
əsas məqsədi
ondan ibarətdir ki, ümumi təhsil sistemimizin maddi təminatı-təchizatı,
cari təmiri mümkün qədər optimallaşdırılmış formada həyata keçirilsin”.
"Yaxın 5 ildə Azərbaycanda
şagirdlərin sayı
30 faiz artacaq"
Nazir onu da bildirib ki,
Azərbaycanda yüksək
demoqrafik vəziyyət
nəticəsində son illər
I sinfə gələn
şagirdlərin sayında
əhəmiyyətli artım
müşahidə olunur. 2013-cü ildə
I sinif şagirdlərinin
sayı 138 min olmuşdusa
, 2014-cü ildə bu
göstərici 152 min, 2015-ci ildə 157 mindən çox olub. Onun sözlərinə görə, 2016-cı ildə
I sinfə gedəcək
şagirdlərin sayının
165 mindən çox olacağı proqnozlaşdırılır:
“Bütövlükdə qarşıdakı
5 ildə ölkə məktəblərində təhsil
alan şagirdlərin
sayı 30% artacaq. Bu isə öz
növbəsində təhsilin
dayanıqlı fəaliyyətinin
təmin edilməsi üçün yeni yanaşmaların tətbiqini
zəruri edir. Ümumi təhsilin müəyyən
mərhələsində şagirdlərin
təhsildəki göstəricilərinə
görə müxtəlif
kateqoriyalara ayrılmasını
tələb edir.
Bu baxımdan ilk peşə ixtisas təhsilinin əhəmiyyəti
daha da artır.
Bir sıra beynəlxalq və yerli təşkilatlarla
memorandumlar imzalanıb,
birgə əməkdaşlıq
çərçivəsində biznes qurumları ilə tərəfdaşlıq
əlaqələrinin genişləndirilməəsi,
məzunların işlə
təminatına dəstəyin
verilməsi, kurikulumların
hazırlanması işlərinə
başlanıb. Bununla yanaşı,
Təhsil Nazirliyi peşə təhsil sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin
edilməsi, əmək
bazarında çevik
və adekvat təklif verməyə qadir olan ilk peşə-ixtisas təhsil
proqramlarının işlənib
hazırlanması məqsədilə
yeni qurumun yaradılması barədə
çıxış edib.
Bu günlərdə dövlət başçısı
Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında
fərman imzalayıb.
Yeni qurum ölkədə ilk peşə-ixtisas təhsili
sahəsində yeni idarəetmə modelinin hazırlanmasına, peşə
hazırlığının səmərəliliyin artırılmasına,
rəqabətqabiliyyətli yüksəkixtisaslı kadrların
hazırlanmasına öz
töhfəsini verəcək,
bu sahədə əsaslı dönüşə
imkan yaradacaq”.
Tədbirin sonunda “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə
əsasən 5 nəfər
I, 11 nəfər II, 16 nəfər
III dərəcəli diplomla,
18 nəfər isə
tərifnamə ilə
təltif olunub. Müsabiqə
qaliblərinə müxtəlif qiymətli hədiyyələr
təqdim edilib.
Nigar Abdullayeva
Palitra.-2016.-6 may.-S.7.