Arif Hüseynovun
həyat və yaradıcılığı
XX-XXI əsrin Azərbaycan təsviri incəsənətinin ən maraqlı nümayəndələrindən biri olan Azərbaycanın kitab qrafikasının parlaq nümayəndəsi Arif Hüseynovdur. O, 1943-cü ildə Bakıda anadan olub. 1960-62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965-72-ci illərdə isə Mədəniyyət və İncəsənət İnstitutunda ali təhsil alıbdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.
1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi, əsasən, dəzgah və kitab qrafikası ilə məşğul olub.
Aşağıdakı fərdi sərgiləri keçirilib:
1984- "100 illüstrasiya", Bakı-Moskva
2006 -
"Daikokuya" qalereyası,
Tokio, Yaponiya
2009 - “Galerie Berlin”, Berlin.
Gənc rəssam olaraq Arif Hüseynov "Göyərçin" məşhur
uşaq jurnalıyla əməkdaşlığa başladı. "Göyərçin" bütün
ölkə üzrə
minlərlə oxucuya malik idi, buna
gorə də onun illüstrasiyaları daha geniş auditoriyaya nail oldu. Arif Hüseynov çox illər boyunca "Göyərçin"lə öz
əməkdaşlığını davam etmiş və yekunda jurnalın incəsənət-direktoru
olmuşdur.
Bakıda orta məktəbdə və kollecdə Arif Hüseynovun rəssam müəllimləri
milli ədəbi və bədii mirasın onun yaradıcılıq anlamasını
formalaşdırmağa kömək
etdilər. Rəssamın yetişmiş işləri
qədim milli ənənələrdə öz
bədii ifadəsini tapır. Onun ilk işləri epik
keyfiyyətlərlə səciyyələnir.
Sonra bu simvolika daha
geniş istifadə olunur və daha geniş stilizasiyayla əvəz olundu. Sonrakı dövrdə Arif
Hüseynov qədim miniatürlərin bədii
stilinə müraciət
etdi.
Arif Hüseynov
Qala kəndindəndir,
bura Abşeronun ən qədim yerlərindən biridir. Onun öz
evinə olan sevgisi işlərində də görünür.
O, illüstrasiyalarda öz
uşaq xatirələrini
göstərir.
Rəssamın işlədiyi portretlər
tarixi əhəmiyyətə
malikdirlər. Portretlər dar realizm sərhədini keçir.
Oval portretlərin incə xətləri, üzdən başlayaraq və onların geyimiylə bitərək,
çox məharətlə
göstərilib. Portretlərin ətrafında müharibə
və əsgərlik səhnələri tamaşaçıya
böyük təsir göstərir.
Tarixi şəxsiyyətlərin
və ədəbi personajların portretləri
Arif Hüseynovun işində zənginlik təşkil edir. Şairlərin portretləri - Nizami, Füzuli və Sabir, yazıçıların
Tolstoy və Andersen və
ya Azərbaycan generalları dəqiq təsvir edilmişdir.
Fiziki xarakteristikalar çatdırılmışdır və həmçinin illüstrator onların iç dünyasını
göstərməyi bacarmışdır.
Yerli və xarici müəlliflərin
bir çox kitabları üçün
illüstrasiyalarda Arif
Hüseynov Azərbaycan
Respublikasının ənənəvi
prinsiplərinin müasir
izahını verir. İllüstrasiyalar rəssamın təkcə
oxuduğunu yox, onun baxışını
göstərir. Bu təsvirlər rəssamı
kitabın qanuni müəlliflərindən biri
edir. Bu illüstrasiyalar
oxucular üçün
geniş yer açır. Arif Hüseynovun illüstrasiyasının
ən yaxşı nümunələrindən bəziləri:
"Fitnə"- Nizami
Gəncəvi, "Sözlər"
- Səməd Vurğun,
"Pələng dərisində
Cəngavər"-Şota
Rustavellinin və Korney Çukovskinin "Doktor Aybolit".
Arif Hüseynov
Şərqdə və
Qərbdə kitab illüstrasiyasının bədii
ənənələriylə və tarixiylə tanışdır.Bunlar ən
müxtəlif işlərin
yaradılmasına gətirib
çıxardı. Personajların xarakterini çatdırmaq
üçün, rəssam
simvolikadan istifadə edir, təkcə xarici təsviri vermir. Bu oxucu-tamaşaçı
qavramasını stimullaşdırır,
əsər və oxucu arasında əlaqəyə gözəçarpan
təsir göstərir.
Müxtəlif metodlardan istifadə edərək, rəssam tamaşaçıya ümumiləşdirilmiş
mövzuları və
hekayələri göstərir. İşıq və kölgənin effektiv istifadəsi ilə xüsusi əhvali-ruhiyyə yaradır
və tamaşaçını
fikirləşməyə məcbur
edir.
İnsanların və obyektlərin, sivilizasiyanın və təbiətin, həmçinin
başqa problemli məsələlərin qrafik
interpretasiyası Arif Hüseynovunun işlərini
həm yerlilər üçün, həm də incəsənətin
xarici həvəskarları
üçün maraqlı
edir.
Səbinə Ağasıyeva
Qrafik-sənətşünas
Palitra.-2016.-6 may.-S.15.