Unuda bilmirəm
Unuda bilmirəm
Yadıma düşürsən yaman,
Səni unuda bilmirəm.
Ey alagöz, qaşı kaman,
Səni unuda bilmirəm.
Qəbahət nə sevən kəsdə,
Dərdindən olmuşam xəstə.
Yerin var gözümün üstə,
Səni unuda bilmirəm.
Xoş keçməyir ayım,ilim,
Ünvanını söylə bilim.
Harda olsan ora gəlim,
Səni unuda bilmirəm.
Sevgidə olsan naşı
yar,
Ürək qəm yükü daşıyar.
Nə edim ki, biixtiyar,
Səni unuda bilmirəm.
Bölüşməliyik
Gör neçə vaxt ötür
görüşümüzdən,
Biz yenə səninlə
görüşməliyik.
Sanki kədər yağır
gül üzümüzdən,
Kədəri sevinclə dəyişməliyik.
Tamarzı qalmışıq zərif
hislərə,
O xoş gülüşlərə,
gözəl səslərə.
Həsrətlə baxınca
sevən kəslərə,
Biz olub keçəni
bölüşməliyik.
Gəl ki, unutmayaq bir
-birimizi,
Sevən qəlbimizdə xatirə izi.
Tanrıdan diləyib taleyimizi,
Biz ömür boyunca
sevişməliyik.
Məhəbbətim
Ürəyimə kədər dolmuş,
Boğazımda qəhər donmuş.
Eşqin
yolu eniş-yoxuş,
Bu yolu aşmaq nə çətin-
Hardasan, ey məhəbbətim?
Ərşə çatıb naləm,ahım,
Ey and yerim,qibləgahım.
Axı sənsən tək pənahım,
Sonu yoxmu bu həsrətin-
Hardasan, ey məhəbbətim?
Darıxıram sənsiz yaman,
Diləyirəm səndən aman.
Gələcəksən bəs nə zaman,
Gəl bu yolda olaq
mətin -
Hardasan, ey məhəbbətim?
Sən sevgimin şah əsəri,
Gəl unudaq dərdi,səri.
Nazlı
nigar,gözəl pəri,
Bumu sevgiyə hörmətin -
Hardasan, ey məhəbbətim?
Tək sənə salmışam
meyil,
Gəl Elnurun dərdini bil.
Sənsiz
ömrüm ömür
deyil,
Sən özüsən səadətin-
Hardasan, ey
məhəbbətim?
Palitra.-2016.-6 may.-S.15.