Montpellier Universiteti ilə UNEC-in birgə reallaşdırdığı
ikili diplom proqramının təqdimatı
keçirilib
Dünən Azərbaycan Dövlət
İqtisad Universitetində (UNEC) Fransanın Montpellier
Universiteti ilə UNEC-in birgə bakalavr dərəcə
proqramının təqdimatı keçirilib. UNEC-in tələbə və müəllimlərinə
proqram haqqında ətraflı məlumat verilib. Layihə çərçivəsində
təqdim etdiyimiz yazıda ikili
diplom proqramı ilə bağlı məlumat
verəcəyik.
Tələbələrimizə Montpellier Universitetinin tələbə
kartları veriləcək
Təqdimatda bildirilib ki,
2016/2017-ci tədris ilindən
başlayaraq UNEC-in dünya
iqtisadiyyatı, maliyyə,
mühasibat, iqtisadiyyat
və biznesin idarə olunması ixtisasları üzrə təhsil alan
tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə diplom əldə edə biləcəklər. Proqramda
ilk iki tədris ilini UNEC-də təhsil alan
və 120 kredit qazanan, ingilis dili bilikləri olan tələbələr
iştirak edə bilər. 3-cü kursda
proqram üçün
seçilən tələbələrə
iki variant üzrə təhsillərini davam etdirmək imkanı veriləcək. Birinci variantı
seçən tələbələr
3-cü kurs təhsillərini
Montpellier Universitetində davam
etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönərək, təhsillərini 4-cü kursdan
davam edəcəklər.
Bu zaman Fransada
oxuduqları müddətdə
tələbələrə Montpellier Universitetinin tələbə
kartları veriləcək.
İkinci variant olaraq, tələbələrə
İqtisad Universiteti və Montpellier Universitetinin
təhsil proqramlarına
uyğunlaşdırılan proqram üzrə 3-cü kurs təhsillərini UNEC-də davam etdirmək
təklif olunur. Tələbələrə bir neçə
fənni Montpellier Universitetinin
professorları tədris
edəcək. Onlar həm
UNEC, həm də
Montpellier Universitetinin tələb
olunan kreditlərini əldə edəcəklər.
Təqdimatın sonunda iştirakçıların
sualları cavablandırılıb.
Qeyd edək ki, ötən ay Fransanın Montpellier Universitetində
UNEC ilə Avropanın
nüfuzlu ali
təhsil müəssisələrindən
olan Montpellier Universiteti
arasında ikili diplom razılaşması
imzalanıb. Razılaşma
UNEC-in rektoru professor Ədalət
Muradovun Montpellier Universitetinə
səfəri çərçivəsində
imzalanaraq, hər iki universitetin tələbələrinə “İqtisadiyyat”,
“Dünya İqtisadiyyatı”,
“Maliyyə”, “Mühasibat”
və “Biznesin təşkili və idarə edilməsi” ixtisasları üzrə
UNEC və Montpellier Universitetlərinin
diplomlarını əldə
etmək imkanı verəcək. Bu proqram
UNEC tələbələrinə
Montpellier Universitetinin professorları
ilə elmi tədqiqat işlərini yerinə yetirmək imkanı da verir. Proqram üçün seçilmiş tələbələrə
hər iki universitet tərəfindən
ölkələrə səfər
etmək üçün
viza və miqrasiya məsələlərində,
yaşayış ünvanlarının
müəyyən olunması
və bank əməliyyatlarında
dəstək göstəriləcək.
Həmçinin tələbələr üçün universitet,
yerli ənənələr,
ölkə mədəniyyəti
və sosial həyatla tanışlıq
məqsədilə inteqrasiya
həftəsi təşkil
ediləcək. Fransanın
nüfuzlu ali
təhsil müəssisələrindən
biri olan Montpellier Universiteti ilə əlaqələrin qurulmasına
Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən ilin fevral ayında
Paris şəhərində keçirilmiş “Campus France” tədbiri
çərçivəsində başlanıb. Belə ki, tədbirdə ikitərəfli görüş
zamanı UNEC və bu ali təhsil müəssisəsi
arasında genişmiqyaslı
əməkdaşlığın istiqamətləri müəyyən
olunaraq universitetlər
arasında razılaşmaların
imzalanması qərarlaşdırılıb.
Əsası XII-ci əsrdən qoyulmuş
Montpellier 1 və Montpellier 2 Universitetlərinin birləşməsi
olan Montpellier Universiteti
elm, texnika və tibb, hüquq və iqtisadiyyat üzrə beynəlxalq səviyyədə nüfuzlu
qəbul edilmiş təhsil xidmətləri təqdim etməkdədir.
Bu mənada universitet
Şanxay Akademik Reytinqi və QS reytinqində yer tutmaqdadır. Həcminə görə Montpellier Universiteti
Fransada 6-cı yerdədir.
Burada 41 000 tələbə
(16% əcnəbi tələbələr
olmaqla) o cümlədən
1700 doktorant təhsil alır və 4300 elmi tədqiqatçı müxtəlif sahələr
üzrə çalışır.
Qeyd edək ki, ötən il UNEC ilə
London Universiteti London İqtisadiyyat
Məktəbi ilə də ikili diplom
haqqında razılaşma
imzalanıb və razılaşmadan UNEC tələbələri
bu ildən etibarən faydalanır.
London Universiteti
/ London İqtisadiyyat Məktəbinin
bakalavr diplomunu necə əldə etmək olar?
Qeyd edək
ki, nüfuzlu London Universiteti / London İqtisadiyyat
Məktəbinin bakalavr
diplomunu da artıq Bakıda əldə etmək mümkündür. Azərbaycan Dövlət İqtisad Universiteti London Universiteti
/ London İqtisadiyyat Məktəbinin
“Mühasabat və Maliyyə” və “Biznes və Menecment” ixtisasları üzrə bakalavr dərəcəsini UNEC-də
qazanmaq məqsədilə
2016/2017-ci tədris ili
üçün qəbul
elan edib. Proqram London Universitetinin London İqtisadiyyat
Məktəbinin tədris
planı əsasında
ingilis dilində həyata keçiriləcək.
Tələbələr UNEC-in diplomu ilə
yanaşı, London Universitetinin
vahid nümunəli bakalavr diplomunu da əldə edə biləcəklər.
Proqrama birinci kursu bitirmiş,
Ümumi Orta Müvəffəqiyyət göstəricisi
80 baldan yuxarı olan və ingilis
dili tələblərinə
cavab verən UNEC tələbələri müraciət
edə bilərlər.
Artıq
London Universiteti/London İqtisadiyyat
Məktəbinin bakalavr
proqramında təhsil
alacaq tələbələrimiz
məlumdur. Azərbaycan Dövlət
İqtisad Universitetinin
rektoru, professor Ədalət
Muradov London Universiteti/London
İqtisadiyyat Məktəbinin
bakalavr proqramında təhsil alacaq tələbələrlə görüşüb.
Rektor bildirib ki, beynəlxalq
proqramın ölkəyə
gətirilməsində məqsəd
xaricdəki təhsilin
Azərbaycanda tətbiq
edilməsidir. Gənclərin
dünya standartlarına
cavab verən təhsil ala bilmələri
üçün prosesin
davam etdiriləcəyini
bildirən rektor deyib ki,m
əqsədimiz tələbələrimizə
seçim verməkdir:
“İstəyirik onlar
UNEC-lə yanaşı,
dünyanın ən nüfuzlu universitetlərinin
diplomunu da əldə edə bilsinlər”. Görüşdə rektor tələbələrin
yay imtahan sessiyasına hazırlığı
ilə maraqlanıb.
Onlar imtahanlara hazır olduqlarını bildiriblər.
Tələbələrin imtahanları müvəffəqiyyətlə
verəcəyi təqdirdə
müəllimlərin mükafatlandırılması
nəzərdə tutulub.
Qeyd edək ki, imtahan
nəticələri London Universiteti/London
İqtisadiyyat Məktəbində
yoxlanılacaq. Tədris prosesindən
danışan tələbələr
burada gözləntilərinin
doğrulduğunu bildiriblər.
Rektor gələcəkdə bir
neçə fənn üzrə dərsin açıq keçirilməsi
və ya “Youtube” sosial şəbəkəsində yerləşdirilməsini
tövsiyə edib.
Tələbələrə LSE ailəsinin bir üzvü olduğunu hiss
etdirmək üçün
London Universiteti/London İqtisadiyyat
Məktəbi ilə telekörpünün təşkil
edilməsi nəzərdə
tutulub. Bakalavr proqramında təhsil alan tələbələrin
istehsalat təcrübələrinin
də fərqli təşkil ediləcəyi
bildirilib. Bakalavr proqramında elitar
təhsilin tədris edildiyi vurğulanaraq, qeyd edilib ki,
müraciətlərin sayına
baxmayaraq, tələbə
sayı məhdud olacaq. Bu da
məzunların əmək
bazarında rəqabətqabiliyyətliliyinə
təkan verəcək.
Rektor bakalavr proqramında təhsil alan tələbələrin
regionda sürətlə
inkişaf edən Azərbaycan üçün
gərəkli kadrlardan
olacağına əminliyini
bildirib.
“UNEC Ekspert” jurnalının
ilk buraxılışı
Yeri gəlmişkən
onu da qeyd
edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC Ekspert” jurnalının ilk
buraxılışı oxucularına
təqdim edilib. Azərbaycanın post-neft iqtisadiyyatının formalaşdırılması istiqamətində
qarşıya qoyulan tapşırıqlar birmənalı
olaraq, ölkə iqtisadçıları qarşısında
ciddi vəzifələr
qoyur. Bu məsələni nəzərə
alaraq təsis edilən “UNEC Ekspert” jurnalının missiyası
iqtisadçi alimlərin
və ekspertlərin ən aktual iqtisadi məsələlərə
dair fikirləri dərc edərək geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Nəfis
tərtibatda işıq
üzü görən
və eksklüziv məqalələrlə zənginləşdirilən
jurnalda dünyada və ölkədə baş verən aktual iqtisadi proseslərin ekspert icmalları yer alıb. “UNEC Ekspert” jurnalının oxucuları
iqtisadiyyatın və
biznesin aktual məsələlərinə dair
ölkənin aparıcı
iqtisadçı alimlərinin
münasibətini öyrənəcək,
irəli sürülən
təkliflərlə yaxından
tanış olacaqlar. Unikal intellektual meydana
çevrilməyi hədəfləyən
jurnalın hər sayı UNEC-in “Diskurs.az” virtual iqtisadi
forumunda ictimaiyyətin
müzakirəsinə çıxarılacaq.
Anar Miriyev
Palitra.-2016.-7 may.-S.11.