“Azərbaycan gəncliyi ölkənin fəal
sosial bazasını təşkil edir”
Aytək Məmmədli:
“Topladığım təcrübə ilə Azərbaycanda
nanotexnologiyanı tədris etmək istəyirəm”
Müsahibimiz Aytək
Məmmədlidir:
- Gəlin,
öncə sizi yaxından tanıyaq.
- Mən, Məmmədli Aytək Natiq qızı 1991-ci il sentyabr ayının 2-də Bakı şəhəri Nəsimi rayonunda ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi 2009-cu ildə əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşam. Məktəbdə oxuyarkən kimya fənninə xüsusi marağım olub, 10 və 11-ci siniflərdə oxuyarkən məktəblilərin fənn olimpiadasının respublika turunda iştirak etmişəm, 2-ci və 3-cü yerlərə layiq görülmüşəm. BDU-da oxuyarkən həm ictimai fəallığım, həm də müvəffəqiyyət göstəricilərim nəzərə alınaraq universitetin rektorluğu tərəfindən “İlin ən yaxşı tələbəsi” adına da layiq görüldüm. 2013-cü ildə BDU-nun Kimya fakültəsini müvəffəqiyyətlə başa vurdum. Təhsilimi davam etdirmək üçün ALES proqramı üzrə Türkiyənin İstanbul şəhərində imtahan verərək bu ölkənin universitetlərində təhsil almaq hüququ qazandım. Məni Türkiyəyə gətirən ən böyük səbəb nanotexnologiyalar idi. Elə buna görə Ankara Qazi Universitetində “İrəli texnologiyalar-nanotexnologiya mühəndisliyi” ixtisası üzrə magistr təhsili almaq üçün müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurdum. Beləcə, mənim ən böyük arzum gerçəkləşdi.
- Türkiyədə
təhsil sizə nə qazandırdı?
- Öncə
onu deyim ki, Qazi Universiteti Türkiyədə ən çox
etimad olunan universitetlərdən biridir. Burada
bütün ixtisaslar üzrə təhsil almaq
mümkündür. Türkiyədə
nanotexnologiya ixtisasının tədris imkanı olan 4
universitetdən biridir. Qazi Universiteti
Atatürkün şərəfinə belə
adlandırılıb. Deyəsən, mənim
qismətimə öndərlərin adı ilə bağlı
universitetdə oxumaq yazılıb. Ümummilli
liderimiz, Azərbaycan xalqının və türk
dünyasının böyük oğlu Heydər Əliyev də
öz adını BDU-nun tarixinə qızıl hərflərlə
yazdırıb. Burada sevdiyim və vətənim
üçün lazım olan ixtisası oxumaq şansı əldə
etmişəm. Hazırda bu, dünyada mənim
üçün qazana biləcəyim ən böyük
uğurdur. Oxuduğum fakültədə
laborant kimi çalışmışam. Diplom işimi
çalışdığım vaxtda, beş
bakalavr tələbə diplom üçün mənimlə
laboratoriyada çalışıb. Başqa
ölkədən gəlib bu qədər inam qazanmaq elə də
asan deyil. Azərbaycana qayıdıb
topladığım təcrübə ilə ən
yaxşı şəkildə bu ixtisası tədris etmək
istəyirəm.
-Türkiyədə ictimai fəaliyyətlə
də məşğulsunuz. Bu haqda
danışardınız. Bu günə
kimi nə işlər görmüsünüz?
-
Ümumiyyətlə, məktəb vaxtlarımda dərnəklərdə,
məkdəbdənkənar müəssisələrdə,
respublika əhəmiyyətli tədbirlərdə çox
aktiv olmuşam. Elektron məktəb layihəsində
videozəng vasitəsi ilə cənab Prezident İlham
Əliyevlə danışan ilk şagird mən olmuşam və
o vaxt səsləndirdiyim orta məktəblərdə təhsili
və nizam-intizamı ilə fərqlənən şagirdlərə
medal verilməsi məsələsi bu gün öz əksini
tapir və bu, çox sevindirici haldır. BDU-da
təhsil aldığım müddətdə də Tələbə
Həmkarlar Təşkilatının, daha sonra isə Tələbə
Gənclər Təşkilatının fakültə sədri,
sonralar layihələr departamentinin sədri olaraq
çalışmışam. Bu gün də
Yeni Azərbaycan Partiyasının aktiv üzvlərindənəm,
bir çox layihələrinin, liderlik məktəblərinin
iştirakçısı, məruzəçisi və
mükafatçısıyam. Hazırda fəaliyyəti
Türkiyənin Xarici İşlər Nazirliyi və Təhsil
Nazirliyi tərəfindən dəstəklənən və
universitet rektorumuz Süleyman Büyük Bərbərin təşəbbüsü
ilə təsis etdiyimiz “Türkiyə-Azərbaycan
Qardaşlıq Alyansı”nın sədriyəm.
Təşkilatın əsas məqsədi çoxmillətliliyi
ilə seçilən Türkiyədə, ələlxüsus
bütün səfirliklərin yerləşdiyi
, ictimai-siyasi əlaqələrin qurulduğu paytaxt
Ankarada ölkəmizin mədəniyyətini, incəsənətini
tanıtmaq, ayrı-ayrı millətlərin nümayəndələrinə
ölkəmizin maddi-mədəni, tarixi sərvətini
aşılamaqdır. Azərbaycanlı tələbələri
təmənnasız Türkiyənin tarixi gəzməli, şəhərlərinə
aparmaq, asudə vaxtını təşkil etmək təşkilatımızın
qarşısında dayanan ən prioritet məsələdir və
uğurla bu işi icra edib, göstərilən etimadı
doğrultmaq üçün əlimizdən gələn hər
şeyi edirik. Milli bayram günlərimizi və
matəm günlərimizi əlimizdən gəldiyi qədər
işıqlandırırıq. Keçən il millət vəkillərinin, ictimai-siyasi xadimlərin
iştirakı ilə gördüyümüz işlər
mediada çox geniş işıqlandırıldı.
- Türkiyədə Azərbaycana
münasibət necədir? Bir
tələbə və aktiv gənc kimi münasibətlər
səni qane edirmi?
-
Bildiyiniz kimi, Ərdoğan Prezident kimi ilk səfərini Azərbaycana
etdi. Bu addım iki ölkə arasında olan
münasibətlərin hansı səviyyədə
olmasından xəbər verir. Bu gün Azərbaycanla
Türkiyənin çox böyük tərəfdaşlıq,
qardaşlıq münasibətləri var. Daha sonra Türkiyənin
sınaq günlərində Prezidentimiz Türkiyəni tək
qoymadı, dostluğumuzu, sədaqətimizi bütün
dünyaya nümayiş etdirdik. Sözdə
deyil, ürəkdə olan dostluğumuzu göstərdik.
Təsadüfi deyil ki, bütün istiqamətlərdə bu
proses çox gözəl və səmərəli şəkildə
aparılır. İstər təcrübə proqramında
mübadilələr, istərsə Mövlanə və Erasmus
proqramı ilə tələbələrin təhsil alma imkanlarının təşkili, neft və
qeyri-neft sektorunda əməkdaşlıq bizi ən çox cəlb
edən və gələcək inkişafa ruhlandıran əsas
amillərdəndir. Həmçinin bizə xalq
olaraq da çox hörmət edirlər, hər
addımbaşı bu diqqət və qayğını hiss
edirik.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri
və qarşılanma mərasimi də çox böyük
maraq və sevgiylə qarşılanmışdı. Onu da qeyd edim
ki, Türkiyə xalqı son seçimlərlə tarixdə ən
böyük qələbələrindən birini qazandı.
Hər ölkəni siyasi böhrandan
çıxarmaq, inkişafı səciyyələndirmək
üçün siyasi liderlər şansdır. Bu gün Türkiyə bu lideri Ərdoğanın
sayəsində qazandı. Təsəvvür
edin ki, bu həm də Azərbaycan üçün necə
böyük uğurdur. İki güclü qardaş
ölkə və iki dünyanın hesablaşdığı
lider - Türkiyədə Rəcəp Tayyip Ərdoğan, Azərbaycanda
İlham Əliyev!
-Gənclərimizin mənəvi
inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- Bu
gün Azərbaycan gəncliyi, sözün əsl mənasında,
rifah və inkişaf dövrünü yaşayır. Ölkədə aparılan uğurlu iqtisadi-sosial
islahatlar cəmiyyətimizin hər bir sahəsində
olduğu kimi, gənclərin də milli-mənəvi
inkişafına böyük təkan verir. Dövlətimiz tərəfindən gənclərin
öz bilik və bacarıqlarını, təbii
potensialını effektli reallaşdırması, cəmiyyətdə
layiqli yer tutmalarının təmin edilməsi istiqamətində
lazımi şərait yaradılıb, müvafiq hüquqi sənədlər
əsasında öz əksini taparaq hökumət qurumları
tərəfindən icrası həyata keçirilib. Bütün əldə olunan nailiyyətlər gənclərimizin
milli-mənəvi dəyərlərə əsaslanan
inkişafına təminat yaradır.
- Gənclərimizin ictimai-siyasi
aktivliyi özünü necə göstərir?
- Bu
gün Azərbaycanda gənclər siyasəti dövlət
siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın
bütün sferalarında aktiv fəaliyyəti ilə
seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm rol oynayır.
Ölkəmizdə gənclər siyasətinin həyata
keçirilməsi üçün müvafiq dövlət
qurumunun yaradılması, həmçinin beynəlxalq
hüquqi normativ bazanın formalaşdırılması, qəbul
edilmiş dövlət proqramları gənclərimizin
ictimai-siyasi aktivliyinin formalaşdırılması istiqamətində
yüksək səviyyəli infrastruktur bazasını təşkil
edir. Azərbaycan gəncliyi daim ölkəmizin
inkişafında müxtəlif sferalarda aktivlik nümayiş
etdirir və uğurların əldə olunmasında fəallıq
göstərir.
- Bəs Azərbaycan gəncləri
cəmiyyətin inkişafında fəal sosial təbəqəyə
çevrilə bilibmi?
-Bəli,
bu gün Azərbaycan gəncliyi ölkəmizin fəal sosial
bazasını təşkil edir. Paytaxt və regionlarda “Gənclər
mərkəzi”, “Gənclər Evi”nin
yaradılması bu sosial bazanın inkişaf etdirilməsi
istiqamətində atılmış mühüm addımlardan
biridir. Bildiyimiz kimi, Prezidentin 2011-ci il 29 noyabr tarixli sərəncamına
əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların
və yüksək ixtisaslı mütəxəssislərin
iştirakı, həmçinin ölkədə fəaliyyət
göstərən beynəlxalq təşkilatlarla səmərəli
əməkdaşlıq şəraitində “Azərbaycan 2020:
gələcəyə baxış” İnkişaf
Konsepsiyası hazırlanıb. “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının əsas müddəaları da gənclərimizin
cəmiyyətin ictimai sosial həyatında aktivliyini
özündə əks etdirir. Bu da öz
növbəsində cəmiyyətimizin dinamik kütləsi
olan gənclərə yeni inkişaf imkanları
yaratmış olur. Gənclərimizin bu
istiqamətdə təbliğat işləri uğurla davam
etdirilir.
-Elmi
uğurlarınız haqqında eşidirik. Bir qədər
də iştirak etdiyiniz konfranslar haqqında danışaq.
-Bəli,
son vaxtlar oxuduğum ölkə bir neçə beynəlxalq
elmi konfransda Türkiyəni təmsil etməyim
üçün şərait yaratdı. Öncə
Ankarada Kimyaçıların Beynəlxalq Elmi konfransında
iştirak etdim. Daha sonra Alternativ Enerjilərlə
bağlı əldə etdiyimiz nəticələrlə,
Türkiyənin Təhsil Nazirliyinin dəstəyilə
İzmirdə keçirilən Beynəlxalq Gözənəkli
Maddələr (International Porous Powder Materials) Konfransında
çıxış etdik.Bizə çox uğur gətirdi və
burada məqalə çap etdirmək hüququ qazandıq.
Daha sonra həmin işimizi bir az da təkmilləşdirdik.
Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun dəstəyilə
Böyük Britaniya və İrlandiya Birləşmiş
Krallığında, Şotlandiyanın Glazqo şəhərində
təşkil olunan "Elm və Texnologiya - 2016"
konfransında Hidrogen istehsalı ilə bağlı elmi tezislə
iştirak etdim. Hər iki konfransın
tarixində iştirak edən ilk azərbaycanli olmuşam.
Artıq demək olar ki, məzun olmaq ərəfəsindəyəm.
Lakin Türkiyədə təşkil olunacaq
Kimya Mühəndislərinin Konfransına və Dünya
Nanotexnoloqlarının Forumuna hazırlaşırıq.
Əlimdən gəldiyi qədər öz
üzərimdə işləyib, beynəlxalq arenada ölkəmizin
elmini tanıtmaq üçün durmadan
çalışıram.
-Müəyyən imkanlar
açılsa, Türkiyədə qalacaqsınız, yoxsa Vətənə
dönəcəksiniz?
- Mən
küləklər şəhərinə aşiqəm,
özümü burdan kənarda təsəvvür edə
bilmirəm. Əslində təhsil
aldığım ixtisas Azərbaycanın inkişafı
konsepsiyasında prioritet sahələrdəndir. Nanotexnologiya sahəsində ixtisaslı kadrlara
böyük ehtiyac var. Bütün dünyanın xərçənglə
mübarizə apardığı, beyin robotları
hazırladığı, qida sənayesində tətbiq etdiyi
nanotexnologiyanın Azərbaycanımızda da ayrı-ayrı
sahələrdə tətbiqinə çalışmaq
lazımdır. Bu gün dünyada neft
rezervlərinin tükənməsiylə, mənim də diplom
mövzum olan alternativ enerjilərin istehsalı çox
aktualdır.
Belə ki, ucuz və keyfiyyətli enerji istehsalı ölkəmiz üçün də çox önəmli olub, iqtisadi büdcəmizə əlavə gəlir kimi səciyyələnəcək. Bunun üçün xaricdə təhsil alıb, bu mövzuda təkmilləşən kadrların potensialından istifadə olunmalıdır. Doktorantura təhsilimi bitirən kimi Vətənimə dönməyi, ixtisasım üzrə çalışmağı, hətta etimad göstərilən universitetlərin birində kadr hazırlamağı düşünürəm. Bu gün Azərbaycan biz gənclərə ümummilli lider Heydər Əliyevin əmanətidir. Bu əmanəti sədaqətlə qorumaq bizim borcumuzdur.
Tural TAĞIYEV
Palitra.-2016.-11 may.-S.6.