“Mənə səs verən, dəstək olan hər kəsə minnətdarlığımı
bildirirəm”
Final konsertində
Azərbaycan birinci hissədə çıxış
edəcək
Azərbaycanın
“Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi
Səmra Rəhimli Avropanın nüfuzlu
yarışmasının finalına vəsiqə qazanıb.
Müsabiqədə ölkəmizin təmsilçisi Səmra
Rəhimli Amir Ali, Jeyk Erikson, Henrik
Vikstromun müəllifi olduqları “Miracle” mahnısını ifa
edib.
Səhnə tərtibatının müəllifi
Royn Söderluntdur. O,
həmçinin Azərbaycanın 2009-cu ildəki səhnə
tərtibatının da rejissoru
olub. Təmsilçimizin ifası 4 bek vokalçı rəqqasın
çıxışı ilə müşayiət olunub. Builki səhnə tərtibatı
“Alisa möcüzələr ölkəsində”
süjeti üzərində qurulub. Təmsilçimizə
yardımçı olan arxadakı
ifaçılar Cesika Marberqen,
Vera Prada 2011-ci ildə
“Eurovision” mahnı müsabiqəsinin
qalibləri Eldar Qasımov və Nigar Camalla eyni
səhnəni bölüşüblər. Təmsilçimizin
şousunda sevgidə baş
verən dəyişikliklər səhnə performansında təcəssüm
olunur. Musiqinin sözləri
nağılı xatırlatsa da sonda dramatik ayrılıq
müşahidə olunur. Mahnının bəstəkarı
Amir Ali “Eurovision”da iştirak
edən Aleksandr Ribak,
yunanıstanlı Helena Paparizu
və digərlərinə qələbə qazandıran
musiqilərin də müəllifidir. Azərbaycan təmsilçisi
geyimindən tutmuş səhnə tərtibatına
qədər mükəmməl performans nümayiş etdirib. Həzin
səsi, gözəl ifa tərzi ilə
seçilən Səmra Rəhimli “Eurovision-2016” mahnı
müsabiqəsinin favoritlərindən hesab
olunur. Jurnalistlər və bu
müsabiqəni izləmək üçün
Avropanın müxtəlif ölkələrindən gəlmiş
fanlar təmsilçimizin finalda
şansını yüksək qiymətləndirirlər. Səmra
Rəhimli yarımfinaldan sonra keçirilən
mətbuat konfransında bunları deyib: “Mən
çox xoşbəxtəm, yəqin ki, qələbə sevincini
sabah anlayacağam. Mənə
səs verən, dəstək olan hər kəsə
minnətdarlığımı bildirirəm. Finalda
qələbə qazanmaq üçün
əlimdən gələni əsirgəməyəcəyəm”.
Səmra Rəhimli jurnalistlərin “Daha
öncəki Azərbaycan təmsilçiləri finala vəsiqə qazanıb. Siz
bununla bağlı təzyiq
yaşadınızmı?” sualını cavablandırarkən deyib: “Mən ölkəmi bu
mötəbər müsabiqədə təmsil etdiyim üçün qürur duyuram. Burada olduğum üçün çox
sevincliyəm. İnanmıram ki, nə zamansa bu qədər
xoşbəxt ola bilərəm. Mən hər
hansı bir təzyiq hiss
etmirəm. Mən yalnız tamaşaçıların dəstəyini
hiss etdim.
Çıxışım zamanı yalnız ifa
və performansım haqqında düşünürəm. Mən
çox şadam.
Hisslərimi izah edə bilmirəm.
Möhtəşəm şou göstərmək
arzusundayam. Komandamızın üzərində
çalışdığı performans
alındı”. Mətbuat konfransında hər bir
təmsilçinin çıxışından sonra onların finalda
hansı hissədə çıxış edəcəkləri
müəyyənləşdirilib. Məlum olub
ki, mayın 14-də keçiriləcək
final konsertində Azərbaycan, Niderland Krallığı, Macarıstan birinci, Malta, Avstriya, Kipr, Çexiya, Rusiya, Ermənistan
və Avstriya isə ikinci
hissədə çıxış edəcək.
Palitra.-2016.-12 may.-S.13.