“Dərslərimizdə uğurlarımızla seçilməyə çalışırıq”

 

Pərvin Maqsudlu: “Xarici ölkələrdə təhsil alan tələbələr ölkənin inkişafına daha çox və fərqli dəstək olurlar”

 

Layihə çərçivəsində Kiprin Akdeniz Karpaz Universitetinin tələbəsi Pərvin Maqsudlu ilə müsahibəni təqdim edirik.

- Öncə özünüz haqda məlumat verərdiniz.

- 1994-cü ilin mart ayının 4-də anadan olmuşam. İlk olaraq Bakıda 275 nömrəli orta məktəbdə təhsil aldım. 2008-ci ildən etibarən Bakı Türk Anadolu Liseyində təhsilimi davam etdirdim. 2012-ci ildə BTAL-dan məzun olmuşam. Daha sonra 2012-ci ilin oktyabr ayından Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşa (Nicosia) şəhərində yerləşən Akdeniz Karpaz Universitetində Biznesin idarə edilməsi fakültəsinə qəbul oldum. BTAL-da oxuduğum illərdə Türkiyənin bir çox universitetlərindən eyni zamanda Kiprin Akdeniz Karpaz Universitetindən Türkiyənin Azərbaycandakı təhsil müşavirliyi vasitəsi ilə dəvət məktubu gəldi. Bu təklifləri dəyərləndirərək Şimali Kiprə üstünlük verdim. Hal-hazırda 4-cü kursda oxuyuram. Sonuncu kursdayam. Bitirdikdən sonra, bəlkə, yenə Kiprdə qalıb digər universitetlərin birində magistr oxuyaraq təhsilimi davam etdirmək istəyirəm. Amma bu hələ dəqiq deyil, sadəcə istəyimdir.

- Azərbaycanda elm təhsilə yetirincə diqqət göstərilirmi?

-Elm təhsilin inkişafı ölkəmiz üçün çox əhəmiyyətli mövzudur. Əsasən xarici ölkələrdə təhsil alan tələbələr ölkənin inkişafına daha çox fərqli dəstək olurlar. Çünki xaricdə təhsil alıb daha fərqli baxışa, təhsil dünyagörüşünə sahib olduqları üçün fərqli fikirlərlə, lahiyələrlə ölkəmizə geri qayıdırlar. Xaricdə təhsil alan gənclər o ölkədə gördükləri öyrəndikləri səmərəli olanı Azərbaycanda tətbiq etməyə çalışacaq. Bu da ölkəmiz üçün çox vacib olanlardandır. Elm təhsilin genişləndirilməsi üçün Təhsil Nazirliyinin daha çox diqqət etməsi vacibdir. Təklif edirəm, xaricdə təhsil alan tələbələrdən faydalansınlar. Ən azından ölkəyə geri dönərkən bir çox seminarlar təhsil mövzulu müzakirələr keçirilsin. Bu, ölkəyə xaricdə gördüyümüz vasitələri gətirməyimizdə rol oynayacaq. Ölkəmizdə təhsil güclü olarsa, dövlətimizin gücü daha da artacaq. Bir ölkə silah-sürsatı hesabına güclüdürsə, təhsili güclü olan ölkə ondan 2 dəfə çox güclüdür. Elmi inkişaf edən ölkənin gələcəyi, sözsüz, parlaqdır. Buna nəzərən elm sahəsinə güclü diqqətə ehtiyac var.

- Sizin üçün xaricdə təhsilin kimi əhəmiyyəti var?

-Xaricdə təhsil almağın çox əhəmiyyəti var. Tələbələr özlərini həm təhsil, həm digər fəaliyyətlər baxımından daha yaxşı inkişaf etdirə bilir. Fərqli geniş baxışa sahib olurlar. Dünya görüşləri dəyişir. Bu kimi səbəblərdən dolayı xaricdə təhsil tələbələr üçün daha yaxşıdır. Ən böyük əhəmiyyətli üstünlüklərdən biri öyrəndiklərimizi tətbiq etmək üçün geniş şəraitin yaradılmasıdır. Xaricdə təhsil deyərkən bu o demək deyil ki, Avropa ya digər bir yerdə təhsil almaq lazımdır. Amerikada belə, elə universitet var ki, təhsili zəifdir, amma elə universitetlər var ki, onlara çatanı yoxdur. Zəif olan universitetlər isə yenilərdir, zamanla inkişaf edəcəkdir. Eyni şey bütün ölkələrdə var. Universitet seçərkən əvvəl araşdırıb sonra seçməlisən ki, “bu universitet sənə nələri verəcəksualını beynində düşünəsən. Mənim oxuduğum universitet yenidir. Amma qısa zamanda qədər uğurlara imza atdığını görüncə gələcəyimi düşündüm.

- Kiprdə təhsil almağa sizi vadar edən oldu?

- Qeyd etdiyim kimi, Akdeniz Karpaz Universiteti yeni bir universitetdir. 2012-ci ildə Akdeniz Karpaz Universiteti hər ölkədən bir tələbəyə təqaüd verərək dəvət məktubları göndərdi. Mənim qismətim oldu. Kipri araşdırdım. Kipr 2011-ci ildə təhsil adası statusuna layiq görülüb. Təhsili güclü adanın gözəlliyi isə bambaşqa təsir bağışladı. Əsasən dənizi çox təmiz olduğuna görə seçilir. Təbiəti fərqlidir. Tarixi özəlliklərə sahib bir ada olması məni bu adaya daha da bağladı. Bir çox səbəblər məni bu adanı seçməyə vadar etdi. Beləliklə, Kiprdə təhsil almağı seçərək adaya yollandım.

- Akdeniz Karpaz Universitetinin fərqliliyi nədir?

-Çünki universitetimiz 21-ci əsrin sürətlə dəyişən elmi ictimai şərtlərinə asan uyğunlaşmanı təmin edə bilən, yüksək səviyyəli aktual məlumat bacarıqlara sahib, texnologiyanı təsirli istifadə edə bilən, komanda işinə paylaşım mədəniyyətinə uyğun, ictimai ünsiyyət bacarığına yüksək səviyyədə sahib olmaq, vəzifələrinə həssas təşəbbüs sahibi lider peşə səlahiyyətləri yüksək işçilərin yetişdiyi, sahəsində öncül bir təhsilə sahib olmağı bizlərə öyrədir. Akdeniz Karpaz Universiteti təhsil inkişaf prosesində yüksək nailiyyətlər əldə etməyi qarşıya məqsəd qoyub. Təhsil, tələbələrə yönəlik informasiya texnologiyalarının səmərəli istifadə üsulu ilə həyata keçirilir. Eyni zamanda təhsil işçi-tələbə tələbə-tələbə qarşılıqlı təsiri üst səviyyələrə çıxarılaraq tələbələrin ictimai olaraq var olduğu, ünsiyyəti yüksək, yaradıcı düşünən texnologiyanı təsirli istifadə edə bilən fərdlər olaraq yetişdirilməsini təmin edəcək. Akdeniz Karpaz Universiteti həm təhsil, həm həyatı üçün tələbələrinə cox köməklik göstərir. Təhsildə dərslərdən əlavə olaraq, həmçinin tətbiq etməyimiz üçün hər cür şərait yaradılıb ki, bu da bizim gələcəyimizə verdiyi töhfədir. Yeni həyatımızda bizim daha asanlıqla işləri idarə etməmiz üçün cox böyük bir qazancdır. Eyni zamanda müəllimlərimizin bizlərə dost kimi olması bizi imtahanlarda, dərslərdə daha rahat sərbəst olmamızı təmin edir.

- Azərbaycanlı tələbələr Kiprdə, əsasən, hansı sahələrdə təhsil alırlar?

-Azərbaycanlı tələbələr Kiprdə daha çox turizm, biznesin idarə edilməsi, bank işi, beynəlxalq münasibətlər, mühəndislik, memarlıq s. kimi sahələrdə təhsil alırlar. Kiprdə bütün universitetlərdə təxminən 800 azərbaycanlı təhsil alır. Tələbələrimiz ən çox sadaladığım ixtisasları seçir.

- Azərbaycanın Akdeniz Karpaz Universtetində tanıtımı üçün hansı işlər görürsüz?

- Bu universitetdə təhsil alan azərbaycanlı iki nəfərdir. Əlimizdən gəldiyi qədər ölkəmizi tanıtmağa çalışırıq. Dərslərdə hazırladığımız təqdimatlarda çalışıram Azərbaycanla bağlı maraqlı məlumatlar verim. Həm tariximizi, həm ölkəmizin inkişafı, həm adət-ənənəmiz haqqında bilgilərə bağlayıram ki, məqsəd həm təqdimatım, həm vətəni tanıtmağım olsun. Əsasən universitetin idarə heyətində xoş məmnuniyyət hisləri yaradaraq tələbə kimi Azərbaycanın necə olduğunu çatdırıram.

- Dediniz ki, Akdeniz Karpaz Universitetində cəmi iki nəfər azərbaycanlı təhsil alır. Belə az say Azərbaycanı tanıtmaqda çətinlik yaradırmı?

-Təbii ki, bu, bizim üçün problem yaradır. Amma biz Azərbaycanı yetərincə tanıtmağa çalışırıq. Fikrimcə, bunu bacara bilirik. Çox olduqda səsimiz daha çox yayılar, doğrudur, amma iki nəfərik, digər tələbə oğlandır. Əsasən dərslərimizdə uğurlarımızla seçilməyə çalışırıq. Buna da nail oluruq. Universitetin rektorundan tutmuş bütün heyəti bizə qarşı çox yaxşı yanaşır fərqli olduğumuzu hiss edir. Axı, biz azərbaycanlıyıq. Belə olmalıdır. Azərbaycanı təmsil etmək üçün burada keçirilən bir çox beynəlxalq tədbirlərə azərbaycanlı olaraq qatılmağa çalışıram.

- Universitet rəhbərliyinin Azərbaycanla bağlı fikirləri necədir?

-Universitet rəhbərliyi Azərbaycanla bağlı çox müsbət fikirlərə sahibdir. Bunu hər zaman dilə gətirirlər. Hər çətinlikdə yanımızda olmağa çalışırlar.

- Perspektivdə hansı layihələr gözlənilir?

-Bir çox layihələrim var. Yaxın zamanlarda paylaşmağı düşünürəm. Bu haqda, hələ ki, məlumat vermək istəmirəm. Amma yay tətilindən başlamaq planımdadır. İnanıram ki, uğurlu vətənə xeyirli olacaq. Layihələrimə güvənirəm. Sirr olaraq qalsın, amma açıqladıqdan sonra həyata keçirərkən yenə sizin qəzetdə bu haqda məlumat vermək istərəm. Biz xaricdə təhsil alan gənclərə yaratdığınız şərait üçün sizlərə təşəkkür edirəm.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-14 may.-S.11.