UNEC tələbələri üçün tanınmış şirkətlərdə karyera qurmaq şansı

 

Əmək yarmarkaları təhsil prosesinin yekun mərhələsi olmaqla milli təhsil sistemi üçün bazar iqtisadiyyatı şəraitində məzunların işlə təmin olunmasının yeni formasıdır

 

Layihə çərçivəsində təqdim edəcəyimiz budəfəki yazı Azərbaycan Dövlət İqtisad Univesitetində (UNEC) fəaliyyət göstərən Karyera Mərkəzi ilə bağlıdır. Qeyd edək ki, Karyera Mərkəzi 26 noyabr 2008-ci ildə yaradılıb. Mərkəz Azərbaycan Dövlət İqtisad Univesiteti, Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir.

Gənclər üçün Karyera Mərkəzinin yaradılmasında başlıca məqsəd gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Mərkəzin əsas fəaliyyət istiqamətlərinə tələbələrin məlumat bazasının hazırlanması, inkubasiya mexanizminin hazırlanması, “Gənclər üçün Karyera Mərkəzi”nin internet portalının yaradılması və idarə olunması, gənclər üçün əmək yarmarkalarının təşkil edilməsi və keçirilməsi, analitik qrupların yaradılması, biznes layihələrin hazırlanması və konsaltinq xidmətlərinin təşkili və ali məktəblərdə Mərkəzin nümayəndələrinin müəyyən edilməsi daxildir. Əsas fəaliyyət istiqamətlərinim mahiyyətini bir qədər geniş təqdim edirik. Elektron məlumat bazasına universitetlərdə təhsil alanya oradan məzun olan məşğulluq problemi ilə üzləşən bacarıqlı və bilikli tələbələr haqqında anket məlumatları daxil edilir. Bundan başqa, məlumat bazasında kadr problemi ilə üzləşən və müəyyən vakansiyaların mövcud olduğu dövlət və özəl qurumları haqqında məlumatlar da öz əksini tapır. Namizədlərin inkubasiya mexanizmi dedikdə, oraya elektron məlumat bazasına daxil edilən namizədlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə Mərkəzin nəzdində bütün ixtisaslar üzrə müxtəlif treninqlərin, seminarların, beyin həmləsi metodunun tətbiqi ilə işgüzar oyunların, viktorinaların və eləcə də konfransların, sərgilərin keçirilməsi nəzərdə tutulur. Treninq və seminarların, əsasən, Mərkəzin bu sahə üzrə partnyorları olan dövlət və özəl qurumlarının təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilməsi planlaşdırılır. “Gənclər üçün Karyera Mərkəzi”nin elektron səhifəsində Mərkəzin əsas fəaliyyət istiqamətləri, keçirilən treninq, seminarkonfranslar, məzun yarmarkaları, karyera xəbərləri və s. məlumatlar öz əksini tapır. Mərkəzin strateji fəaliyyət istiqamətlərindən biri gənclər üçün əmək yarmarkalarının keçirilməsidir. Yeni iqtisadi təhsilin konseptual əsaslarından biri insan potensialının inkişafı, yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlığı prosesində tədrislə istehsalat arasında daha sıx əlaqələrin yaradılması, tələbələrin, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsidir ki, bu sahədə də yarmarkaların təşkili və keçirilməsi mühüm rol oynayır. Ümumiyyətlə, yarmarkaların keçirilməsi təhsil prosesinin yekun mərhələsi olmaqla milli təhsil sistemi üçün bazar iqtisadiyyatı şəraitində məzunların işlə təmin olunmasının yeni formasıdır. Gənclər üçün əmək yarmarkalarında dövlət qurumları, holdinq, bank, sığorta şirkətləri, istehsal müəssisələri, informasiya texnologiyaları və xidmət müəssisələri öz nümayəndələri vasitəsilə təmsil olunacaqpotensial kadr ehtiyaclarını yarmarka vasitəsi ilə ödəyəcəklər. Mərkəzin nəzdində müxtəlif analitik qruplar tərəfindən marketinq araşdırmaları, əmək bazarının inkişaf dinamikası və müxtəlif sahələr üzrə kadr ehtiyacları araşdırılacaq, həmçinin axtaran namizədlərin bilik və bacarıq səviyyələrinə dair xüsusi keyfiyyət meyarlarının işlənib hazırlanması həyata keçirilir. Mərkəzin əsas strateji fəaliyyət istiqamətlərindən biri biznes layihələrinin hazırlanması və konsaltinq xidmətinin göstərilməsidir. Bu məqsədlə müxtəlif sahələr üzrə layihələr həyata keçirilir. Konsaltinq xidmətlərində əsas üstünlük marketinq, mühasibataudit, maliyyə, informasiya texnologiyaları, biznes planların işlənib hazırlanması və menecment sisteminin formalaşdırılmasıdır.

 

“Sığortaçılığa

Yeni Baxış” adlı təlim

Ümumiyyətlə, Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin karyera qurması ilı bağlı müxtəlif tədbirlər həyata keçirilir. Universitetdə “Sığortaçılığa Yeni Baxış” adlı təlim keçirilib. UNEC-in Karyera Mərkəzi ilə “AXA MBASK” sığorta şirkətinin birgə təşkil etdiyi təlimlər iki gün davam edib. “AXA MBASK”-ın mütəxəssisləri təlimlərdə UNEC tələbələrinə sığortaya giriş, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortası, eyni zamanda sığorta mədəniyyəti ilə bağlı məlumat veriblər. Təlimə qatılan tələbələr şirkətdə karyera qurmaqpraktiki kurslarda iştirak etmək imkanı qazanıblar. Dünyanın aparıcı konsaltinq şirkəti olanMckinsey & CompanyUNEC-in tələbə və məzunlarına təqdimat keçirib. Tədbir zamanı şirkətin Azərbaycan nümayəndələyində karyera qurma imkanları və təcrübə proqramları haqqında geniş məlumat verilib. Təqdimatı “Mckinsey & Company Azerbaijan”ın rəhbəri Sinan Köksoy və şirkətin İstanbul filialından dəvət edilən insan resursları departamentinin əməkdaşları aparıb.

 

Nüfuzlu şirkət tərəfindən

təlim keçirilib

Deloitte Azərbaycan” audit şirkəti insan resursları ilə bağlı qlobal strategiyası çərçivəsində Dövlət İqtisad UniversitetininQafqaz Universitetinin tələbələri üçünExcel” proqramında işləmək, keyfiyyətli PowerPoint təqdimatı və effektiv CV hazırlamaq, həmçinin peşəkar müsahibə aparmaq ilə bağlı təlim sessiyaları təşkil edib. Şirkətdən bildirilib ki, təlim sessiyalarının məqsədi müsahibə prosesi üçün potensial namizədlərin hazırlanmasına dəstək göstərməkdir. Təlimçilər öz təcrübələrindən əldə etdikləri bilikləri paylaşaraq, praktiki bacarıqlar və əlaqədar mövzular ilə bağlı müəyyən məlumatlar veriblər. Tələbələr, həmçinin mövcud CV-lərini təkmilləşdirmək və işə qəbul prosesində iştirak edən tərəflərdən birbaşa olaraq suallarına cavab almaq imkanı əldə ediblər. Təlimin ikinci hissəsi peşəkar təqdimat üçün tövsiyələrə və PowerPoint proqramı üzrə texniki bacarıqlara həsr olunub. Digər seminar İqtisad Universitetinin müəllimləri üçün keçirilibburadaDeloitte Azərbaycan Excel” və PowerPoint proqramları ilə bağlı təlim sessiyaları təşkil edilib. Təlimdə universitetin müxtəlif kafedralarından müntəzəm olaraqExcel” proqramında işləyən müəllimlər və təlimçilər iştirak ediblər. Bütün tələbə və müəllimlərə sertifikatlar təqdim edilib. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC ekspert” jurnalının ilk sayı bir neçə gün öncə öz oxucuları ilə görüşüb. İctimaiyyətin böyük marağına səbəb olan jurnal aktual mövzuları ilə öz fərqini ortaya qoyub. UNEC ekspertləri jurnalda dərc olunan eksklüziv məqalələri ilə iqtisadi gündəm mövzularına şərh verməklə yanaşı, adamlarının yol göstəricisi funksiyasını da yerinə yetiriblər. Dinamik dəyişkənlik nümayiş etdirən qlobal iqtisadi proseslərin ekspert səviyyəsində təhlilləri ilə zənginləşdirilən jurnalda milli iqtisadiyyatla bağlı məqamlara xüsusi yer verilib. Milli iqtisadiyyatın formalaşması və inkişafı məsələsinə toxunan müəlliflər monetar siyasət, investisiya cəlbediciliyi, azad sahibkarlığın stimullaşdırılması nüanslarını geniş təhlil edərək, oxuculara ən son statistik informasiyaları çatdırıblar. Nəfis tərtib olunan jurnalda neftin qiymətinin dəyişkənliyi, ixrac potensialı, ticarət tərəfdaşlıqları və investisiya məqsədli vergi krediti mövzuları ilə də yaxından tanış olmaq mümkündür. Biznes mühitində insan amili ilə bağlı mövzuların da yer aldığı mənbədə həmçinin, obrazlı məqalələr oxuculara təqdim edilib. Dayanıqlı iqtisadi inkişaf strategiyasının formalaşmasında standartlaşmanın və sertifikasiyanın rolu ilə bağlı mövzularla maraqlananların diqqətini çəkən informasiyalar da jurnalda yer alıb. Eləcə də iqtisadi qərarların qəbul edilməsinin bioloji əsaslarını tədqiq edən neyro iqtisadiyyat barədə xüsusi məqamlar da biznes oxucuları üçün maraq doğuracaq.

 

Anar Miriyev

Palitra.-2016.-18 may.-S.11.