Professor Şükür Əlizadə: “Ali məktəblərin tədris planları müasir dövrün tələblərini ödəmir”

 

İlin ən yaxşı müəllimi” və “Ən yaxşı məktəb” müsabiqəsi üçün meyarlar şkalası bütün məktəblərdə asılmalıdır”

 

Layihə çərçivəsində müsahibimiz ADPU-nun professoru Şükür Əlizadədir. Professor müsahibəyə təhsil sistemi ilə bağlı fikirlərini bildirməklə başladı:

Azərbaycan təhsil sistemi yenidən, müasir tələblərə uyğun formalaşdırılmalıdır. Azərbaycanda Təhsil Nazirliyionun tabeliyində Təhsil Problemləri İnstitutu, universitetlər, kolleclər, ümumtəhsil məktəbləri və s. mövcuddur. Bunlar təhsil sisteminin qurumlarıdırlar.

“Təhsil sistemini formalaşdırmaq üçün qeyd edəcəyim əlavə digər qurumlar da (təhsilin beyin mərkəzləri) yaradılmalıdır: Təhsil Akademiyası. Onun tərkibində isə:

1. “Təlimin məzmunu və onun metodları” institutu;

2. Psixologiya institutu;

3. Pedaqogika institutu;

4. Təlimin texnologiyaları institutu;

5. Məktəb cihaz avadanlıqları hazırlayan zavod;

Hollandiyada kurikulum olmadığı halda, bu ölkəninCito groepşirkəti bizim kurikulumların hazırlanmasında məsləhətçi təşkilat qismində çıxış edir. Necə deyərlər, özünə umac ova bilmir, başqasına əriştə kəsir.

2008-2009-cu illərdən respublikada Prezidentin sərəncamı iləƏn yaxşı Ümumtəhsil məktəbiƏn yaxşı müəllimmüsabiqəsi keçirilir. Bu, cənab Prezident tərəfindən təhsilin keyfiyyətini yüksəltmək üçün Təhsil Nazirliyinə verilən böyük şansdır. Bu müsabiqə məktəb müəllimlər arasında sağlam rəqabəti, innovativ fəaliyyəti gücləndirməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərməlidir. Təəssüflər olsun ki, bu sözləri heç bütün məktəblərə şamil etmək olmaz. Bunun ən başlıca səbəbiMüsabiqənin meyar şkalası”nın bu günə kimi heç bir məktəbdə görünən yerdə asılmamasıdır. Yazdığım məktubuma cavab olaraq Təhsil NazirliyiAzərbaycan müəllimiqəzetində müsabiqənin şərtlərini elan etdi. İlin ən yaxşı müəllimiƏn yaxşı məktəbmüsabiqəsi üçün meyarlar şkalası respublikamızın bütün məktəblərində asılmalıdır. Məktəbin pedaqoji kollektivi, şagird valideynlər bu meyarlar şkalasının bəndləri ilə tanış olmağa cəlb edilməlidir. Bu da təhsilin keyfiyyətinin daha da yüksəlməsinə səbəb olacaq. Müsabiqə komissiyası Təhsil Nazirliyin şöbə müdirləri deyil, pedaqoji ictimaiyyətin qabaqcıl nümayəndələrindən təşkil edilməlidir. Mövcud komissiya Təhsil Nazirliyinin işçiləridir. İndiyə kimi 800 nəfər müəllimİlin müəllimiolub. Həmin Komissiyanın rolu qabaqcıl təcrübəni pedaqoji ictimaiyyətə təqdim etmək idi.

Biz gəncləri virtual həyat üçün yox, real həyat üçün hazırlamalıyıq. Bugünkü təhsil sistemi gənclərimizi virtual həyata hazırlayır. Təlim prosesi isə vasitəsiz müşahidə əsasında qurulur. Əsas məsələ isə təlim prosesini vasitəli müşahidə əsasında qurmaqla gələcək nəsli real həyata hazırlamaqdır. Bu yaxşıdır ki, kompüterləşmə sahəsində Prezidentin sərəncamı əsasında xüsusi proqramlar həyata keçirilmiş keçirilir. Əyaniləşdirmə (cihaz avadanlıqların alınması) sahəsində heç bir proqram həyata keçirilmir. Buna böyük ehtiyac var. Diqqəti bu istiqamətə yönəltməyin vaxtı çatıb.

Məktəblərdə təlim işini fənn kabinetləri əsasında təşkil etməyin vaxtı çatıb. Fizika, kimya, riyaziyyat biologiya kabinetləri nümunəvi müasir məktəb cihazları avadanlıqlarla təchiz edilməlidir.

Məktəblilər üçün elmi-praktik jurnal buraxmaq vaxtı çatıb. Keyfiyyətli tədris planı keyfiyyətli kadr hazırlığı deməkdir. Respublika ali məktəblərində tədris planları müasir dövrün tələblərini ödəmir. Tədris planları eksperimentdən keçirilmədən həyata keçirilir. Lazım olan kurslar əvəzinə lazımsız kurslar tədris planında özünə yer alıb. Unudulmuşdur ki, tədris planları mütəxəssis modeli əsasında tərtib edilməlidir. Hələlik respublikamızda mütəxəssis modeli yoxdur.

Universitetlərdə səmərəli fəaliyyət göstərməyən çoxlu sayda prorektorlar var. Dövrün tələbi tələbə işlərini idarə etmək üçünTələbə işləri üzrə prorektor”luq yaradılmasını zəruri edir.

-Dərsliklərlə bağlı vəziyyəti necə qiymətləndirisiniz?

-Təhsil Nazirliyində dərsliklərin keyfiyyətiDərslikləri Qiymətləndirmə Şurası”na tapşırılıb. Odur ki, dərsliklərin müzakirəsinə fənn metodbirləşmələrin cəlb edilməsi vaxtı çatmışdır. Çünki həmin fənn üzrə mütəxəssislər məhz həmin metodbirləşmələrdə cəmləşmiş onlar da həmin fənni tədris edirlər. Qiymətləndirmək üçün hansısa universitet DQŞ- ehtiyac qalmır.

Ona görə dərsliklərin qiymətləndirilməsi uyğun fənn metodbirləşmələrə tapşırılmasının vaxtı çatıb. Digər tərəfdən, Təhsil Nazirliyində mütəxəssislərin kartotekası olmalıdır. Qiymətləndirmə zamanı mütəxəssisi dəvət edib təklif olunmuş dərsliyə rəy almaq daha faydalı olar. Bu gün istənilən dərsliyin çoxlu nöqsanları var. Çünki həmin dərsliklər pedaqoji eksperimentdən keçirilməyib. Odur ki, bundan sonra dərslikləri dərs vəsaiti kimi nəşr etmək eksperimentdən sonra dərslik kimi çap etmək lazımdır. Dərsliklər içərisində ən pis vəziyyətdə olması ilə seçilən ciddi elmi səhvlərə malik “Fizika-9” layihəsinin məzmunu standart dərslik siyasətinin tələblərinə cavab vermədiyinə görə xüsusilə fərqlənir.

Təhsil Nazirliyi ilk dəfə olaraq dərslik layihələrin monitorinqini keçirir. Bunu bütün pedaqoji ictimaiyyət alqışlayır. Yaxşı olardı ki, monitorinqə hər fənn üzrə bir dərslik deyil, bütün dərslik layihələri çıxarılsın.

Onda ictimaiyyətin rəyi eşidilmiş olardı. Beləliklə, ən yaxşı dərsliyin seçkisində qiymətləndirilməsində ictimaiyyət iştirak etmiş olardı. Ən azı fənn metodbirləşmələr iştirak etmiş olardı.

Təhsil Nazirliyi qiymətləndirmək üçün dərslik layihələrini BDU-ya göndərib. BDU-da kurikulum əsasında yazılmış fizika fənni tədris edilmir. Həm kurikulum üzrə dərsliklərin quruluşu haqqında məlumatları olmadığından BDU-da qiymətləndirmənin təşkili qeyri-qanunidir. Dərslik layihələriÜmumi fizika metodika”, “Mexanika-molekulyar fizikaNanomaterialların kimyəvi fizikasıkafedralarına təqdim edilib. Həmin kafedralardanÜmumi fizika metodikakafedrasının əməkdaşları məktəblə əlaqəsi olduğundan kurikulum fənn standartlarından xəbərləri var. “Fizikanın tədrisi metodikası”ndan dərs dediyinə görə həmin kafedranın professoru Yusif Nurullayev xüsusilə seçilir. O da monitorinqə çıxarılmışFizika 9” layihəsinə 44 bal yazıb. Bu da keçici olmayan baldır. 80 bal keçici baldır. O biri kafedraların rəyləri isə əsassızdır. Çünki dərslik layihələrindəMexanika-molekulyar fizikaNanomaterialların kimyəvi fizikası”na aid bir cümlə belə yoxdur.

-Həmin kitabda konkret hansi səhvlər var?

-“Fizika-9” layihəsində ciddi qüsurlar var. Layihənin məzmunu standartın tələblərinə cavab vermir:

1. “Müxtəlif mühitlərdə elektrik cərəyanıfəsli üzrə termomüqavimət, termoelement, tranzistor, işıqlanan diod, fotodiod haqqında məlumat, onların şərti işarələri, onlarla nümayiş təcrübələrin aparılması metodikası onların prinsipial sxemləri verilməmişdir.

2. “Maqnit sahəsifəsli üzrə həyatımızda geniş tətbiq tapmışTelefon mobil telefonun quruluşu, separatorun quruluşu onun prinsipi”, “Maqnit sahəsinin induksiyasının maqnit sahəsinin qüvvə xarakteristikasıdır”, “Proyeksiya qalvanometri”, “Ampermetr xarakterli qalvanometri nümayiş ampermetrə, voltmetr xarakterli qalvanometri nümayiş voltmetrə çevrilməsi metodikası”, “Proyeksiya qalvanometrin quruluşu prinsipi”, “Maqnit sahəsinin hərəkətdə olan yüklü zərrəciklərə təsiri. Lorens qüvvəsi”, MaksvelinElektromaqnit sahə nəzəriyyəsi”, “Öz-özünə induksiya hadisəsi”, “İnduksiya cərəyanın istiqamətinin təsviri”, “Maqnitləndirmənin üsulları”, “Maddənin maqnit xassələri”, “Küri temperaturumövzuları unudulmuşdur.

3.“İşıq hadisələrifəsli üzrəİşıq nədir?”, “İşığın tam daxili qayıtma hadisəsinin tətbiqləri”, “İlğımın yaranması”, “Mikroskop. Proyeksiya aparatının quruluşu onun prinsipləri”, “Eynəklər”, “Binokl”, “Lupamövzuları unudulmuşdur.

Standartda olmayanLazer”ə səhvən yer verilmişdir.

4. “Atom atom nüvəsifəslindəVilson kamerası”, “Atom energetikası, Günəş ulduzların enerjisimövzuları unudulub.

5. Layihənin üz qabığı içərisində olan məzmunundan xəbər verməlidir. Dizayner işi çox zəifdir. Layihədə fəsillərin ardıcıllığı düz deyildir.İşıq hadisələrifəsliİşıq hadisələriOptik cihazlar”, “Atom atom nüvəsifəsli, “Atomun quruluşu atom nüvəsi”, “Nüvə energetikasışəklində verilməsi məqsədəuyğun olardı.

Motivasiyanın yaradılması”, “Təcrübələr”, “Nəticənin müzakirəsi”, “Nəzəri izahat”, “Məsələ həlli nümunələri”, “Eksperimental məsələlər tapşırıqlar”, “Yekunlaşdırıcı suallar”, “Bilirsinizmimövzuları unudulmuşdur. Bunları hökmən nəzərə almaq lazımdır. Paradoksal vəziyyətə diqqət edin. Eksperimental elm olan fizikada bir dənə olsa təcrübə frontal laboratoriya işinə yer verilməmişdir.

 

Anar Miriyev

 

Palitra.-2016.-20 may.-S.11.