Gənc diaspor üzvü Azərbaycana təkliflə gəlir
Toğrul Allahverdili:
“Hazırda
qarşımızda duran əsas hədəf
Bakıda keçiriləcək “Formula-1”
yarışlarının təbliğatını Rusiyada yüksək səviyyədə
aparmaqdır”
Müsahibimiz Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyasının Rusiya nümayəndəliyinin
sədri, gənc diaspor fəalı Toğrul Allahverdilidir.
-Rəhbəri olduğunuz Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyasının Rusiya nümayəndəliyinin
fəaliyyəti nə dərəcədə qənaətbəxşdir?
-Bu il 10 yaşını qeyd edəcək Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən QHT-lər arasında öz səmərəli fəaliyyəti ilə fərqlənir. Təşkilatın əsas strateji uğurlarından biri də Slavyan ölkələrində ASGA-nın nümayəndəliklərinin yaradılması və gəncləri öz ətrafında uğurla birləşdirməsi olub. Bu mənada ASGA-nın Rusiya nümayəndəliyi xüsusi olaraq fərqlənir. 2014-cü ildə təsis edilən nümayəndəlik bu gün də uğurla inkişaf etdirilir. İkiillik fəaliyyətimiz dövründə biz 40-dan artıq tədbir, 30-a yaxın dəyirmi masa, 11 layihə, 3 kütləvi aksiya həyata keçirmişik. 2015-ci il bizim üçün daha düşərli oldu. Bir çox ilklərə imza atdıq. Diaspor təşkilatlarını bir araya gətirmək üçün informasiya mərkəzi yaratdıq. Bundan başqa, qadınların diaspor işində fəal iştirakını təmin etmək üçün klub təsis etmişik. Azərbaycan mədəniyyətinin Rusiyada təbliğatını Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu ilə birgə davamlı şəkildə həyata keçiririk. Əsas məsələ ondan ibarətdir ki, bütün bu fəaliyyətimizi digər təşkilatlarla əlaqəli şəkildə həyata keçirək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) birmənalı şəkildə Rusiyada yaşayan azərbaycanlı gəncləri öz ətrafına toplayıb. Bu, bizim üçün çox böyük stimuldur. İndi isə qarşımızda duran əsas hədəf Bakıda keçiriləcək “Formula-1” yarışlarının təbliğatını Rusiyada yüksək səviyyədə aparmaqdan ibarətdir.
-Rəhbəri olduğunuz təşkilat və Rusiyadakı
Azərbaycan diasporu Qarabağ
həqiqətlərinin təbliğində nə qədər
fəaldırlar?
- ASGA Rusiya nümayəndəliyi olaraq Qarabağ həqiqətlərinin Rusiya ictimayyətinə çatdırılmasına çalışırıq. Bu istiqamətdə bir neçə layihə reallaşdırmışıq. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının başlatdığı “Şuşaya Azadlıq” kampaniyasının tərəfdaşıyıq. Artiq üç ildir Moskvada “Şuşaya Azadlıq” adlı tədbirlər keçiririk .
Kəlbəcər əsirləri ilə bağlı da böyük bir virtual aksiya təşkil etmişik. Aksiyanın yekunu olaraq isə Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib, bəyanat vermişik.
Qarabağ və Qarabağ cəbhəsi Azərbaycanda yaşayan soydaşlarımız üçün necə müqəddəsdirsə, biz Rusiya azərbaycanlıları üçün də o qədər, bəlkə də, daha əziz və müqəddəsdir. Görünən isə odur ki, qələbə günü uzaqda deyil. Qarabağımızın azadlığına az qalıb.
-Moskvada
erməni təxribatının qarşısını almaq üçün nələr
edirsiz?
- Ermənilər tərəfindən Moskvada bu kimi hallar tez-tez baş verir. Lakin biz həmişə onların layiqli cavablarını veririk. Elə bir müddət öncə, 9 May- Qələbə Günü ilə bağlı tədbirdə ermənilər təxribata əl atıb meydanda Qondarma Dağlıq Qarabağ respublikasının bayrağını dalğalandırmağa çalışdılar. Əlbəttə ki, biz azərbaycanlı gənclər olaraq bu hadisəyə biganə qala bilməzdik və qalmadıq da. Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT), Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi olaraq məsələyə dərhal müdaxilə etdik. Rusiya hüquq-mühafizə orqanları bizim kəskin etirazımızı görərək əvvəlcə qondarma Dağlıq Qarabağ respublikasının bayrağını meydandan kənarlaşdırdılar. Daha sonra Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə yüksək rütbəli zabitləri çağırdılar. Zabitlər gələrək hadisəni araşdırıb, təxribatın qarşısını almaq məqsədi ilə qondarma republikanın bayrağının yürüşdə dalğalanmayacağını dedilər. “Zabit sözü” verərək “bu bayraq bu meydanda dalğalanmayacaq”- deyən hüquq-mühavizə orqanının yüksək rütbəli əməkdaşı bizi əmin edərək yolumuza davam etməyimizi xahiş etdi.
Bundan sonra ermənilər hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alındı. Bir müddətdən sonarra“şərəfli Zabit sözü” verən əməkdaş Rusiya OMON-nun əhatəsində ermənilərin qondarma Dağlıq Qarabağ bayrağı ilə yürüşdə iştirakına icazə verdi. Bütün xalqların nümayəndələri və diaspor təşkilatlarının üzvləri yürüşdə mehribancasına iştirak etdiyi halda, ermənilər Rusiya OMONnun əhatəsində ictimaiyyətdən təcrid olunmuş şəkildə yürüşün iştirakçısı oldular.
-Bilirik ki, Azərbaycanla bağlı Rusiyada çoxlu tədbirlər keçirirsiz. Son keçirdiyiniz tədbirlər haqqında danışmağınızı istərdik.
- Mayın 21-də Moskvada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun və Azərbaycan- Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi tərəfindən 28 May-Respublika Günü və iyun ayının 3-4-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV qurultayının əhəmiyyəti və vacibliyi mövzusunda tədbir keçirildi. Azərbaycan İcması Evində keçirilən tədbirdə azərbaycanlı gənclər, ağsaqqallar və bir çox diaspor fəalları iştirak edirdi. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıldı. Həmçinin Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV qurultayı barədə iştirakçılara ətraflı məlumat verildi. Tədbirdə çıxış edən gənclər bir çox maraqlı təkliflər verdilər. Sonda Respubilka Günü münasibəti ilə film və gənclərin ifasında musiqilər ifa edildi.
Mayın 22-də isə Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə Moskvada Azərbaycanda "Avropa Qran pri Bakı" (Formula 1, Grand prix of Europe) adı altında keçiriləcək “Formula-1” yarışlarının təbliğinə dəstək məqsədi ilə `` Moskvada Azərbaycanlı Gənclərin Kuboku`` adlı kartinq yarışı keçirildi. Öncə yarış iştirakçıları və qonaqlara Azərbaycanın artıq bir idman ölkəsi olduğu, dövlət başçısı İlham Əliyev tərəfindən Azərbacanda idmançılara göstərilən qayğıdan danışıldı. Eyni zamanda “Formla-1” yarışlarının ölkəmizin dünya arenasında tanınmasında və turizmin inkişafında vacibliyi qeyd edildi.
Daha sonra yarışa start verildi. Üç mərhələdə keçirilən yarışda
birincilik uğurunda səkkiz komanda mübarizə aparsa da kubok və
birinci yerə Moskva Dövlət Hüquq Akademiyasının
komandası, ikinci yer Tri -Medved komandası və üçüncü yerə
isə Fond RVAK komandası
layiq görüldü.
Sonda qaliblər kubok, diplom və medallarla mükafatlandırıldı.
-Dünya
Azərbaycanlılarının IV qurultayından gözləntiniz
nədir?
-Dünya Azərbaycanlıları
qurultaylarının keçirilməsi
ölkəmizdə artıq
ənənə halını
alıb. Ulu öndər Heydər
Əliyev tərəfindən
əsası qoyulan diaspor siyasəti cənab Prezident tərəfindən uğurla
icra edilməkdədir.
Hesab edirəm ki, bu qurultay olduqca
vacib və əhəmiyyətli olacaq.
Azərbaycan diasporu dünya
səviyyəsində öz
sözünü deməkdədir.
Diasporla İş üzrə Dövlət Komitəsinin
ətrafında sıx
birləşməklə təşkilatlanma
işində hər birimiz yaxından iştirak edəcəyik.
Əsas təklifim də informasiya savaşında diaspor təşkilatlarının
rolu ilə bağlı olacaq. Bu sahədə ciddi
və sistemli koordinasiyaya ehtiyac var.
-Rusiyada yaşayan azərbaycanlı gənclər
ölkənin siyasi həyatında nə dərəcədə fəaldırlar?
-Rusiyada yaşayan azərbaycanlı gənclər
Rusiya ictimaiyyətinə
inteqrasiya olunmaqda maraqlıdır. Artıq Rusiyanın elə
bir dövlət strukturu yoxdur ki, orada həmvətənlərimiz
çalışmasın. Bu gün səhiyyə,
hərbi, humanitar, mədəniyyət, xüsusi
xidmət orqanları,
məhkəmə, dövlət
duması və bir çox dövlət idarələrində
Azərbaycan gəncliyi
təmsil olunur. Təbii ki, bir sıra
problemlər də
var. Bu da, əsasən,
özünü KİV-də
göstərir. İnanıram ki, bu problem də yaxın vaxtlarda həllini tapacaq.
-Virtual cəbhədə qalib gəlmək üçün
nələri edirik və nə etməliyik?
-Hesab edirəm ki, virtual cəbhədə
vuruşmaq üçün
daim yeni materiallarla zəngin olmalıyıq. Dörd günlük aprel
hadisələrində şahid
oduq ki, bu sahədə xeyli irəliləyiş olub. Son illər
ixtisaslaşmağa yaxın
internet resursları yaradılıb.
Həm resurslar artır, həm də onlardakı materiallar zənginləşir. Əvvəllər müdafiə məqsədli
yazılar daha çox idisə, indi peşəkar, mövqeli, tutarlı, sistemli, ardıcıl yazılar daha çox diqqət çəkir. Amma yenə
də problem problemliyində
qalır. Əsas çətinlik
isə, bəzən bu resursların bir-birini təkrarlamasıdır.
Ümumiyyətlə, bu mövzu
həmişə gündəmdə
olmalıdır, diasporla
işləyən saytlar
daim yeni materiallarla zənginləşməlidir.
Uğur əldə etmək üçün bu işlə bu sahədə mütəxəssisləşmiş,
peşəkarlaşmış adamlar məşğul olmalıdır. Bilirsiniz, artıq
xaricdə yaşayan Azərbaycan gəncləri
bu işdə yaxından iştirak edirlər, ancaq güclü olmaq üçün bunu hər bir azərbaycanlı
etsə, daha da effektli olar.
Xaricdə fəaliyyət göstərən
diaspor təşkilatlarımız
həmin ölkənin
dilində fəliyyət
göstərən saytlar
yaratmalıdırlar. Misal olaraq, diasporinfo.com
saytını göstərə bilərəm.
Fuad Hüseynzadə
Palitra.-2016.-24 may.-S.7.