Cəmiyyətdə peşəkar psixoloqlara tələbat artıb

 

Bu, sözügedən sahə ilə bağlı təhsil sahəsinin inkişafını və ictimai maariflənməni daha da aktual edir

 

Layihə çərçivəsində ötən saylarımızda ölkədə psixologiya sahəsi üzrə savadlı kadrların yetişməsi, bunun üçün müvafiq və səviyyəli təhsil şəraitinin olması və bu sahədə olan problemlər barədə yazı yazmışdıq. Qeyd etmək lazımdır ki, bu sahə hazırda inkişaf etmiş cəmiyyətin tələbinə uyğun olaraq olduqca aktuallaşıb. Ona görə də bir daha sözügedən mövzuya bir qədər başqa tərəfdən yanaşmağı məqsədəuyğun hesab edirik.

 

Ötən saylarımızda qeyd etmişdik ki, peşəkarlıq probleminin aktual olduğu sahələrdən biri psixologiyadır və bu sahəyə və onunla bağlı olan bütün digər sahələrə üz tutanlar və özlərini peşəkarlar kimi qələmə verənlər də həddindən artıq çoxalıb. Daha doğrusu, sosial-psixoloji məsələlərin gündəmdə əsas yer tutduğu bir şəraitdə psixoloq ixtisası da yaman dəbə minib. İnsanlar gündəlik davranış, məişət problemləri ilə bağlı olaraq sözügedən sahə ilə məşğul olanlara daha çox müraciət etməyə və onların məsləhətlərinə qulaq asmağa başlayıblar. Bu isə “psixoloq” adı altında fəaliyyət göstərənlərin sayını yaman artırıb. Onu da xüsusilə vurğulamaq lazımdır ki, cəmiyyət üzvlərinin çoxu psixoloqun psixiatrdan, psixoterapevtdən və sair yaxın sahə mütəxəssislərindən fərqini bilmir. Bu isə əlavə ciddi çətinliklər törədir.

Qeyd etmək lazımdır ki, təhsilin və elmin inkişafı kontektində müxtəlif sahələrdə yaxşı kadrların formalaşdırılması baxımından peşəkar psixoloqların, eləcə də insan psixikası ilə məşğul olan ixtisaslara aid savadlı kadrların yetişdirilməsi və fəaliyyəti olduqca önəmlidir. Ümumiyyətlə, son onilliklərdə bütövlükdə dünya üzrə, həmçinin ölkəmizdə müxtəlif fəaliyyət sahələrində psixoloqlara, eləcə də digər əlaqədar sahə mütəxəssislərinə olan tələbatın artması tendensiyası müşahidə olunur. Yəni, məsələn, on il öncə hər hansı bir peşə sahibi qarşısına çıxan məsələlərin psixoloji aspektlərini öz qüvvəsi və təcrübəsinə əsaslanaraq həll edə biləcəyini düşünürdüsə, indi bu məsələlərin həllində elmi psixoloji, tibbi biliklərin zərurəti danılmazdır. Cəmiyyətdə peşəkar psixoloqlara tələbatın artması müsbət hal olmaqla bərabər, bu həmçinin göstərilən peşə sahiblərinin üzərinə düşən məsuliyyəti də artırır. Ölkəmizdə bu sahədə olan problemlər psixoloji-tibbi xidmətin təşkili və keyfiyyəti ilə əlaqələndirilə bilər. Müxtəlif sahələrdə, məsələn, təhsil sahəsində, səhiyyədə, penitensiar sahədə reallaşan tibbi-psixoloji xidmət özünəməxsus cəhətlərə malikdir. Bu sahədə çalışan mütəxəssis bir tərəfdən ümumpsixoloji elmi biliklərə, digər tərəfdən isə konkret sahənin xüsusiyyətlərindən irəli gələn biliklərə malik olmalıdır. Göstərilən xidmət sahəsinin əsas problemlərindən biri kimi ali savadlı kadrların praktik sahəyə yönəldilməsi və onların bu sahədə fəaliyyətinin dəstəklənməsi prosesinin zəif təşkili hesab edilir. Yəni çox zaman belə olur ki, dərin elmi biliklərə malik, savadlı kadrlar təhsilini başa vurduqdan sonra hara üz tutacaqlarını bilmirlər. Bir çox hallarda isə müxtəlif müəssisələrdə mövcud olan psixoloq, psixoterapevtsair ixtisas ştatları qeyri-peşəkar, qısamüddətli kurs keçmiş şəxslər tərəfindən tutulmuş olur. Belə olan halda, gənclərin bir qismi başqa sahələrə üz tutaraq orada da öz peşəsi olduğuna baxmayaraq, faktiki olaraq qeyri-peşəkar kimi fəaliyyət görtərir, digər qismi isə xarici ölkələrdə təhsilini davam etdirir, sonra isə bir çox hallarda elə xaricdə də özünü reallaşdırır. Bu isə insan kapitalı baxımından ölkəmiz üçün itki deməkdir. Belə ki, xarici ölkədə təhsil alaraq, orada özünü reallaşdırmağa qadir olan gəncin potensialı, onun öz ölkəsinə verə bləcəyi töhfəsi bir növ əvəzsiz olaraq itirilir.

Qeyd edildiyi kimi, hazırda cəmiyyətdə psixoloqla psixiatr, psixoterapevt tez-tez qarışdırılır. Bəs bu ixtisasların bir-birindən fərqi nədir? Onların cəmiyyət üçün aktuallığı nədədir? Əslində cəmiyyət nümayəndələri bir-birlərinə tez-tez bu cür suallar verirlər.

Ekspertlər qeyd edirlər ki, psixiatriya - psixi xəstəliklərin əlamətləri, səbəbləri, inkişafı, qarşısının alınması və müalicəsi haqqında elm olaraq psixi xəstəliklərlə(psixozlarla) yanaşı, nevrozlarsomatik (bədən) xəstəlikləri zamanı əmələ gələn psixi dəyişiklikləri də öyrənir. Bu sahənin mütəxəssisi həkim-psixiatr xəstələrin müalicəsində, əsasən, dərman preparatlarından istifadə edir.

Ekspertlərə görə, psixoterapiya isə psixoloji təsirlər sistemidir. Amma bəzən yanlış olaraq psixoterapiya ilə psixiatriyanı qarışıq salırlar. Halbuki bu müalicə sözmimika, susmaq, psixi prosesləri və somatik vəziyyəti dəyişən üsullar, hipnozsair vasitələrlə aparılır. İnsan orqanizminin potensialını aşkar etmək üçün psixikaya təsir olunur, insanın özünə və ətraf mühitə münasibəti dəyişir, o, həyatda öz dəyərini başa düşür. Psixoterapiya - insanın həm özü, həm də dünya ilə harmoniya yaratmaq naminə keçmişin və gələcəyin psixoloji qaydaya salınmasıdır. Burada əsas məqsəd insanın öz davranışında elastik olması və müxtəlif vəziyyətlərdən çıxmağı, fəaliyyətin yeni, xeyirli yollarını tapmağı bacarmasıdır.

Bu sahənin mütəxəssisi həkim-psixoterapevt, bəzi ölkələrdə isə həkim-psixoloq adlanır. Ümumiyyətlə, psixoterapiyanın postsovet məkanında 150, dünyada isə 250 metodu qeydə alınıb. Mütəxəssislər bu metodlarla məsələni radikalköklü şəkildə həll edirlər.

Ekspertlər onu da qeyd edir ki, psixoterapiya təbabət, psixologiya, pedaqogika, fəlsəfə, sosiologiya, politologiya, ədəbiyyat, incəsənət və sair elmlərlə sıx şəkildə bağlıdır. Psixoterapiya sxematik olaraq beş yerə bölünür: tibbi psixoterapiya, psixoloji psixoterapiya, pedaqoji psixoterapiya, fəlsəfi psixoterapiya, sosiolojiya siyasi psixoterapiya.

Tibbi psixoterapiyada stenokardiya tutumlarının, hətta miokard infarktının da qarşısını almaq mümkündür. Hamilə qadınların halsızlıq problemləri, dölsüzlüksair problemlər, baş, bel ağrılarının tibbi psixoterapiya vasitəsilə çox effektiv olaraq müalicəsi aparılır. Mədə yarası, şəkərli diabet, dəri xəstəlikləri kimi xəstəliklər bu üsulla effektli şəkildə müalicə oluna bilər. Qorxu və həyəcanlar nəticəsində yolu keçə bilməyən, avtobusa minə bilməyən, ictimaiyyət arasına çıxa bilməyən insanların müalicəsi də bu yolla effektiv olaraq aparıla bilər. Belə hallarda dərmanlar az effekt verirtibbi psixoterapiyanın gücü daha çox kara gəlir. İntim məsələlərdə yaranan böhran hallarında da tibbi psixoterapiya kara gəlir.

Psixoloji psixoterapiya isə psixoloji problemlərin həllində istifadə olunur: İmtahan zamanı, səhnədə, müəyyən ekstremal hallarda insan, adətən, həyəcanlanır və özünü itirir. Ailədə kimsə həyat yoldaşını və ya uşağını ram edə bilmir. Ailə-məişət zəminində və sair sahələrdə yaranan problemlərdə psixoloji psixoterapiya çox önəm daşıyır.

Pedaqoji psixoterapiyadan təlim və tərbiyə prosesində istifadə olunur. Bir də görürsən ki, uşaq istedadlı olur, amma oxumur, sözə baxmır, çətin yuxuya gedirsair. Belə hallarda yeganə təsir edən vasitə pedaqoji psixoterapiyadır.

Fəlsəfi psixoterapiyadan insanın şəxsiyyətinin formalaşması, dünyanın qavranılması, dünyagörüşünün dəyişilməsi üçün istifadə olunur”.

Sosial psixoterapiyaya uğurlu biznesin sirləri barədə danışan ekspert qeyd edir ki, psixoterapiyanın bu üsullarından insanaya insan qruplarına təsir etmək üçün istifadə olunur: “İnkişaf etmiş Avropa ölkələrində, ABŞ-da, Kanadadasair ölkələrdə biznesdə və həyatın bir çox sahələrində psixoterapiya və psixologiyanın nailiyyətlərindən geniş istifadə olunur. Tərəf müqabilini inandırmaq, dilə tutmaq, öz ardınca aparmaq üçün biznesmenləri, hüquqşünasları, diplomatları, polis əməkdaşlarını, dövlət məmurlarını, mətbuat və reklam işçilərini, idmançıları psixoloji olaraq xüsusi hazırlayırlar. İmkanlı şəxslərin böyük nüfuz qazanmasında psixoterapiyanın böyük rolu var.

Bütün qeyd edilənlər insan psixikası ilə bağlı ixtisasların olduqca aktual olduğunu, eyni zamanda, onların qarışıq salınmamasının vacibliyini bir daha diqqətə çatdırır. Belə ki, insanlarımız bu cür ixtisaslarla bağlı mütəxəssis qıtlığı şəraitində, hər kəsə “psixoloq” və ya digər adlarla müraciət etməməlidirlər. Onlar bu barədə düzgündolğun biliklərə malik olmalıdır.

 

İlkin AĞAYEV

Palitra.-2016.-26 may.-S.11.