“Azərbaycan dövlətinin təməli sağlamdır”

 

Əli Həsənov: “Bu gün Azərbaycan Heydər Əliyevin qarşısına qoyduğu əsas məqsədlərə çatıb”

Dünən Bakı Dövlət Universitetində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm, ictimaiyyət xadimləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təmsilçiləri, KİV rəhbərləri, universitetin professor-müəllim və tələbələri iştirak ediblər.

 

BDU-da Tədris-teleradio

studiyasının əsaslı

təmirdən sonra açılışı olub

Tədbirdən əvvəl jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılış mərasimi olub. Açılış mərasimində iştirak edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov böyük ənənələrə, şərəfli tarixə malik jurnalistika fakültəsi studiyasının BDU-nun təşəbbüsü ilə yenidən qurulmasını yüksək dəyərləndirib fakültə tələbələrinə yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 1928-ci ildən jurnalist kadrları hazırlayan fakültənin tarixində daha bir əlamətdar hadisə qeyd edilir. 1981-ci ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun təşəbbüsü Türk Əməkdaşlıq Koordinasiya Agentliyinin (TİKA) dəstəyi nəticəsində əsaslı təmirdən sonra müəllim tələbələrin ixtiyarına verilir. Studiya əsaslı təmir olunub, texniki imkanları genişlənib, ötən ay isə əməkdaşları TRT kanalında təlim-təcrübə keçiblər. Sonra tədbir universitetin əsas binasında davam etdirilib. Akademik Abel Məhərrəmov 28 May - Respublika Günü münasibətilə bütün iştirakçıları təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük yadigarları olduğunu xatırladan akademik Abel Məhərrəmov bildirib ki, onlardan biri Bakı Dövlət Universitetidir. Rektor qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma təhlükəsindən qurtardı. Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atdı həmin siyasət bu gün Prezident tərəfindən uğurla davam etdirilir.

 

Niyə bu, məhz Azərbaycan ərazisində olmalıydı?"

Prezidentin köməkçisi Əli Həsənov çıxışında AXC-nin tarixi, AXC dövründəki ictimai-siyasi vəziyyət digər məsələlərə toxunub. O, AXC hakimiyyətinin mənfi müsbət qərarlarının olduğunu vurğulayıb: "O vaxt sərhəd bölgələrində tənzimlənmə məsələləri aparıldı, dostluq qonşuluq haqqında öhdəliklər götürüldü. Çox təəssüf ki həmin dövrdə bu gün bizi içimizdən yandırıb yaxan qərar verildi. Çox təəssüf ki, Xalq Cümhuriyyətinin qurucuları o zaman Aleksandropol quberniyası adlanan İrəvan xanlığının ərazisini ermənilərə milli dövlət yaratmaq üçün güzəştə getdi. Əlbəttə ki, o zaman ermənilər dövlət yaratmaq məsələsini ciddi şəkildə qoymuşdular yaradacaqdılar. Amma niyə bu, məhz Azərbaycan ərazisində olmalıydı?"

 

İrəvan başqa ərazilər

itirilən kimi Bakı da itirilə

bilərdi"

Ə. Həsənov eyni zamanda qeyd edib ki, həmin vaxt Osmanlı imperiyasının İrəvan xanlığının itirilməsində vermədiyi dəstəyi Bakının azad olunmasında ifadə olunub: "Bakı işğaldan azad olundu sonrakı dövrdə milli paytaxta çevrilə bildi. Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçürülməsi ondan sonra burada fəaliyyət göstərməsi Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqı qarşısında da ən böyük xidmətlərindən biridir. Çünki İrəvan başqa ərazilər itirilən kimi Bakı da itirilə bilərdi". Ə. Həsənov qeyd edib ki, 23 ay fəaliyyət göstərən AXC digər əsas uğuru Azərbaycan dövlətinin əsas təsisatlarının yaradılması olub: "Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən o hakimiyyətin qurduğu bütün təsisatlara yenidən qayıtdıq, onların yaratdığı demokratik idarəçilik sistemi, vətəndaş birliyi ideyaları, sivil vətəndaş cəmiyyəti normaları, bazar iqtisadiyyatı prinsipləri, region ölkələri ilə əməkdaşlıq normaları- bütün sahələr üzrə Xalq Cümhuriyyətinin müvafiq təsisatlarına sahib çıxdıq".

 

Ümummilli lider milli birlik platformasını elan etdi

Ə. Həsənov Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdikdən sonra baş verən proseslərə də toxunubbildirib ki, müstəqilliyi Azərbaycan xalqı qazanıb: "O dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti "türkün türkdən başqa dostu yoxdur" deyərək Azərbaycanda etnik qarşıdurmaya rəvac vermişdi. Ümummilli lider isə xüsusi çağırışla Azərbaycan ərazisindəki bütün vətəndaşların milli birlik platformasını elan etdi və bunu təməl prinsipi kimi qoydu. Hakimiyyətə gələn kimi də dərhal bunun ideoloji əsaslarını işləyib hazırladı və dövlət səviyyəsinə qaldırdı. Bu, azərbaycançılıq ideologiyası idi. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır və dövlət bütün vətəndaşlara eyni şəkildə xidmət göstərir. Heydər Əliyevin ikinci əsas prinsipi cəmiyyətdə mövcud qarşıdurmanın aradan qaldırmaq üçün dövlət təsisatlarının yaradılması və möhkəmləndirilməsi idi. Ə. Həsənov əlavə edib ki, bu gün Azərbaycan Heydər Əliyevin qarşısına qoyduğu əsas məqsədlərə çatıb: "Bu gün Azərbaycan formalaşmış bir dövlətdir. Özünün iqtisadiyyatı, güclü ordusu var. Azərbaycanda milli birlik mövcuddurbu, Azərbaycanın yürütdüyü siyasətdə öz əksini tapır. Azərbaycanın beynəlxalq aləmdə çox gözəl münasibətləri var. Hazırda dünyanın əsas enerji təchizatçılarından və sivil birgəyaşayış normalarına sahib tərəfdaşlarından biri statusunu qazanıb. Ölkəmizin yürütdüyü siyasət bu gün bütün dünyanı əhatə edir. Bu anlamda 93 illiyini qeyd etdiyimiz Azərbaycan dövlətinin təməli sağlamdır, onun idarəçiliyində sağlam insanlar durub".

 

Cavidan

Palitra.-2016.-27 may.-S.5.