“Mayamidə
keçiriləcək beynəlxalq sərgiyə dəvət
almışam”
“Azərbaycanda çox istedadlı
rəssamlarımız var. Əksəriyyəti xaricdə,
beynəlxalq sərgilərdə iştirak
etməyə layiqdirlər”
Müsahibimiz Azərbaycan Rəssamlar
İttifaqının üzvü İlham Mirzəyevdir.
Rəssam İlham Mirzəyev 1965-ci ildə
Naxçıvan şəhərində anadan
olub. 1980-84-cü illərdə Əzim
Əzimzadə adına rəssamlıq məktəbində oxuyub.
1984-86-cı illərdə Sovet ordusu sıralarında xidmətini bitirdikdən sonra yaradıcılıqla məşğul olub. SSRİ Rəssamlar İttifaqı Gənclər bölməsinin üzvü olub. 1991-ci ildən, SSRİ Rəssamlar İttifaqının, elə həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1992-ci ildə quruluşçu rəssam kimi türk yazıçısı Əziz Nesinin “Taxtalı köydən məktublar” əsəri Naxçıvan Dövlət Dram teatrında tamaşaya qoyulub. 1992-ci ildə Fərdi yaradıcılıq sərgisi Azərbaycan Rəssamlar İttifaqının-Naxçıvan filialında açılıb. 1993-cü ildə “Abşeron rəngləri” qalereyasında Fərdi yaradıcılıq sərgisi açılan rəssam 2010-cu ildə üç əsərinə görə -“Sivilizasiya”(triptix), “Sakitlik”, “Miraj-II” diplomlara layiq görülüb. Bundan başqa, 2011-ci ildə “GERMANARTWEEK-2011” yaz Beynəlxalq konkurs sərgisində “Abstakt - rəngkarlıq” nominasiyasında 1-ci yerə - (“Rənglərin ahəngi-3” əsəri) “Dini və ezoterik incəsənət” nominasiyasında 2-ci yerə (“Təmizliyin faciəsi” əsəri) layiq görülüb.
2011-ci ildə “St.PETERSBURRG ART WEEK-2011” Beynəlxalq konkurs sərgisində isə “Abstakt rəngarlıq” nominasiyasında “Rənglərin ahəngi-3” əsəri 3-cü yerə, “Dini və ezoterik incəsənət” nominasiyasında “Təmizliyin faciəsi” əsəri 1-ci yerə layiq görülüb. 2012 -ci ildə iki əsəri Beynəlxalq İncəsənət Fondunun kataloquna daxil edilib.
2014-cü ildə rəssamın Azərbaycan Rəssamlar İttifaqı, Vəcihə Səmədova adına sərgi salonunda Fərdi yaradıcılıq sərgisi keçirilib. Əsərləri - Naxçıvan MR Ali Məclisin sədrində, Heydər Əliyev Fondunda, “SOTBİ” (London-İngiltərə) auksionun aksionerlərindən birində-Monakoda, şəxsi kolleksiyalarda və xarici ölkələrdə saxlanılır.
-Sizi, bəzən portret ustası kimi təqdim edirlər. Amma əsərləriniz müxtəlif
janrlardadır. Bu nə ilə bağlıdır? Portretimi daha
çox sevirsiniz?
- Mən portret janrını o qədər
sevmirəm. Sifariş olanda çalışıram
öz dəst-xəttimə
uyğun, layiqli yerinə yetirim. Ona görə ki, əsərin altından imza atıram. Daha çox fəlsəfi mövzulara müraciət
edirəm. Rəssam hansı
janrdan asılı olmayaraq, çalışmalıdır
ki, özünəməxsus
qaydada işi başa çatdırsın.
Bir rəssam kimi, mən də bu sahədə çalışıram.
- Berlində keçirilən
rəsm sərgisində
1-ci yeri tutubsunuz. Bu zaman hansı
hisləri keçirdiniz?
- Berlində keçirilən
beynəlxalq sərgidə
1-ci yeri almağım,
bütün rəssamlar
kimi mənə də bir anlığa
xoşbəxt anlar yaşatdı.
Ümumiyyətlə, Azərbaycanda çox istedadlı rəssamlarımız
var. Əksəriyyəti xaricdə,
beynəlxalq sərgilərdə
iştirak etməyə
layiqdirlər. Ancaq müəyyən səbəblərdən iştirak
edə bilmirlər.
Bu il mən
4-5 ölkədən dəvətlər
almışam. Lakin hazırda
4 möhtəşəm beynəlxalq
sərgidə iştirak
edə bilmədim.
Mayamidə keçiriləcək Beynəlxalq sərgiyə
də dəvət almışam ki, o da dekabr ayında
olacaq. İnşallah, qismət olsa,
iştirak edəcəyəm.
Gərək rəssamlarımız bu beynəlxalq sərgilərdə iştirak
etsinlər ki, dünya səviyyəsində
öz sözlərini
deyə bilsinlər.
İndi Beynəlxalq sərgiləri
keçirənlər rəssamlara
fərqli qaydada yanaşırlar. Ancaq çətin
də olsa, iştirak etmək lazımdır.
-Rəssamlığın
inkişafını, o cümlədən
gənclərin rəssamlığa
marağını necə
qiymətləndirirsiniz?
- Gənclərimiz, təbii
ki, dünyaya bizim kimi baxmırlar.
Onlar daha çox texnikanın inkişaf etdiyi bir vaxtda,
daha çox texnika ilə maraqlanırlar.
-Sizin quruluşçu rəssam kimi də fəaliyyətiniz
var. Ümumiyyətlə, quruluşçu
rəssam kimi davamlı çalışmaq
istərdinizmi?
- Mənə bir dəfə Naxçıvan
Dövlət Dram teatrında
Əziz Nesinin “Taxtalı köydən məktublar” əsəri ilə bağlı müraciət olunub. Bu əsərdə quruluşçu rəssam
kimi çalışmışam.
Ancaq mən teatr rəssamı olmamışam.
Əgər müraciət olunsa,
bəlkə də edərəm.
-Tamaşaçıların
rəsm əsərlərinə
diqqəti sizi qane edirmi? Bu
gün yetərincə
tamaşaçı auditoriyası
varmı?
- Əgər sözün
düzünü desəm,
mən “yox” deyərdim. Niyə? Rəssam sərgi təşkil
edir, rəssam kataloq, dəvətnamə,
afişa buraxdırır,
rəssam furşet təşkil edir, rəssam qonaq dəvətedir və s. Ancaq açılış
günü tamaşaçı
yetərincə olur.
Başqa vaxtlar sərgidə
tək-tük tamaşaçı görmək olur.
Nigar
Palitra.-2016.-28 may.-S.7.