Jurnalistlər üçün multikulturalizmlə bağlı seminar keçirilib

 

Bu gün Beynəlxalq Mətbuat MərkəzindəKamillikVətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasındaAzərbaycan mətbuatında multikulturalizmmövzusunda seminar keçirdi.

Seminarda jurnalistlər bir neçə universitetin jurnalistika fakültələrinin tələbələri iştirak edirdilər.

Tədbirdə çıxış edənKamillikVətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev həmkarlarımızın bu tip mövzulara səthi yanaşdığını, problemin mahiyyətini daha çox subyektiv mülahizələri ilə əsaslandırmağa çalışdıqlarını bildirdi: “Nəticədə, problemə qeyri-obyektiv mövqedən münasibət bildirilir, bir sıra reallıqlar tarixi gerçəkliklər təhrif olunur”. N. Niftiyev bildirdi ki, tarixin müxtəlif vaxtlarında Azərbaycan mətbuatında multikulturalizm ənənələri mövcud olub: “XIX əsrin ikinci yarısından başlayaraq, Azərbaycanda rus dilində qəzetlər nəşr edilməyə başladı. Artıq, 1905-1907-ci illərdə 70-dən çox qəzet jurnal rus dilində nəşr edilirdi. Eyni zamanda, XX əsrin əvvəllərində erməni gürcü dilində nəşr edilən mətbuat orqanları da var idi. 1907-ci ildə Bakıda polyakların daFarisadlı bir qəzeti nəşr olunurdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan 17 ay sonra "Mətbuat Nizamnaməsi"nin qəbulu ölkədə mətbuatın inkişafı üçün bütün maneələri aradan qaldırdı. Həmin dövrdə ölkə ərazisində 150-yə qədər mətbuat orqanı nəşr edilirdi. Bunların 60-dan çoxu Azərbaycan, 70-dən çoxu rus, təxminən, 14-15 mətbuat orqanı isə digər dillərdə çap olunurdu”. N. Niftiyev əlavə etdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra milli azlıqların mətbuat sahəsindəki fəaliyyəti ardıcıl davamlı olub: “Azərbaycanda yaşayan etnik icmaların dilində 15, rus dilində isə 30-dan çox qəzet jurnal nəşr olunur. Telekanallarda milli azlıqların etnik mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir”.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri" bölməsində dövlətin, əsasən, hansı sahələr üzrə proqram layihələrin həyata keçirilməsini dəstəklədiyi xüsusi qeyd olunur: “Burada da "Dini milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" xüsusi bənd kimi göstərilir. 2009-cu ildən bu günədək ildə iki dəfə jurnalistlər üçün fərdi yazı müsabiqəsi zamanı "Dini milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda yüzlərlə məqalə təqdim olunub. Bu yazılar, eyni zamanda, müəlliflərin çalışdıqları KİV-lərdə işıq üzü görüb”.

MüvəkkilHüquq Mərkəzinin sədri, layihənin eksperti Səməd Vəkilov  multikultiralizmin hüquqi aspektlərindən danışdı. O, qeyd etdi ki, BMT-nin 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Haqları Konvensiyası bu sahədə çox mühüm sənəddir: “1992-ci ildə Azərbaycan BMT- üzv olub, beynəlxalq birliyin müstəqil subyektinə çevrilib. Azərbaycan bu Konvensiyanı imzalayıb, multikultiralizm  dəyərlərinə önəm verib”. S. Vəkilov bildirdi ki, o zamanmultikultiralizmanlayışı olmasa da, beynəlxalq konvensiyada mədəni müxtəliflik anlayışına hüquqlara yer ayrılırdı: “Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra milli beynəlxalq səviyyədə multikultural məsələlər öz həllini tapıb.”

Jurnalist Araşdırmalar Mərkəzinin sədri, layihənin eksperti Seymur Verdizadə ABŞ Azərbaycanda multikulturalizmin fərqləri barədə danışdı. O, bildirdi ki, bir neçə il öncə ABŞ-a səfər edib: “Nyu-Yorkda hava limanına enərkən bizə məsləhət gördülər ki, bir neçə küçə var ki, ora getməyək. Səbəbini soruşanda dedilər ki, bu həyati təhlükədir. Azərbaycana isə qonaq gələndə biz birinci Qusarın adını çəkirik, xarici qonaqları Lənkərana, Lerikə göndəririk. Biz kiməsə demirik ki, hansısa bölgədə azsaylı xalq yaşayır. Bizim ölkədə azsaylı xalqların nümayəndələri ən dilbər guşələrdə yaşayır”.

Sonra çıxış edən Strategiya.az e-jurnalının baş redaktoru İsmayıl Qasımov  Azərbaycanın zəngin multikultiralizm ənənələrindən danışdı: “Bura tək təbii sərvətlər daxil deyil, Azərbaycanın həmçinin mənəvi irsi var. Multikultiralizm Azərbaycanın sərvətidir. Ermənistanı Azərbaycanla müqayisə etsək, monoton Ermənistanda bir din, bir millət, bir davranış var. Azərbaycan isə gözəl bir çəmənlikdir ki, burada bütün çiçəklər var”.

Seminarda gənc fəal Orxan Bayramov başqaları çıxış edərək mövzu ilə bağlı fikir mülahizələrini bildirdilər.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-28 may.-S.7.