Naxçıvanda ərzaq məhsullarına təlabat yerli istehsal hesabına ödənilir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il oktyabrın 9-da imzaladığı Fərmana əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Naxçıvanın kənd təsərrüfatı işçiləri həmişə olduğu kimi, bu dəfə də peşə bayramını yeni nailiyyətlərlə qarşılayırlar.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Həyata keçirilən məqsədyönlü və sistemli islahatlar bitkiçiliyin və heyvandarlığın, eləcə də emal sənayesinin inkişafına yol açır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın muxtar respublikada aqrar sahənin inkişafında mühüm rolu var.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC verilən məlumatına görə, muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub. 2016-cı ilin məhsulu üçün muxtar respublikada 61 min 526 hektar sahədə əkin aparılıb. Cari ilin 9 ayı ərzində 100 min 768 ton dənli dənli-paxlalı, 10 min 451 ton dən üçün qarğıdalı, 725,5 ton dən üçün günəbaxan, 71 min 704 ton tərəvəz, 41 min 405 ton kartof, 36 min 271 ton bostan məhsulları, 37 min 680 ton meyvə, 9 min 625 ton üzüm istehsal olunub. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.

Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdən biridir. Buna görə muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, qapalı suvarma şəbəkələri qurulur, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Ötən il Vayxır sol sahil kanalından qidalanan 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma drenaj şəbəkəsi istifadəyə verilib. Suvarma sistemlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər bu il davam etdirilir. Belə ki, cari ilin ötən dövrü ərzində meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılıb, Babək rayonunun Kültəpə Kərimbəyli kəndlərini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilib. Yeni suvarma sisteminin qurulması nəticəsində Kültəpə Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsində suvarma işləri yaxşılaşdırılıb ki, bunun da 217 hektarı əkin dövriyyəsinə yeni qatılmış torpaqlardır. Bununla yanaşı, Şərur rayonunun Ələkli kəndində suvarma xəttinin, Babək rayonunun Sirab kəndində qapalı suvarma xəttinin çəkilişi, Kəngərli rayonunun Böyükdüz Xok kəndlərinin 117 hektar torpaq sahəsində qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Bütün bunlar torpaqlardan səmərəli istifadə edilməsinə məhsul istehsalının yüksəldilməsinə imkan verəcək.

Yüksək keyfiyyətli qida məhsullarının, xüsusilə süd ət məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Əsasən düzən yerlərdə heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Bu da muxtar respublikada həm mal-qaranın sayının, həm əsas heyvandarlıq məhsulları istehsalının artırılmasına imkan yaradır. Hazırda muxtar respublikada iribuynuzlu mal-qaranın baş sayı 114 min 387 başa, xırdabuynuzlu heyvanların sayı isə 702 min 316 başa çatdırılıb. 2016-cı ildə heyvandarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilib, 6 heyvandarlıq təsərrüfatı yaradılıb. Ümumilikdə, bank kredit təşkilatları tərəfindən cari ilin ötən dövrü ərzində bu sahəyə 7 milyon 29 min 600 manat həcmində kreditlərin verilməsi təmin olunub. Heyvandarlıq təsərrüfatlarında 6554 baş inək, düyə camış süni yolla mayalandırılıb, əvvəlki dövrdə mayalandırılmış inək, düyə camışlardan 2781 baş sağlam bala alınıb.

Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün baş verə biləcək xəstəliklərin qarşısını almaq məqsədilə Dövlət Baytarlıq Xidməti tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması prosesləri uğurla davam etdirilir. Muxtar respublikada Dövlət Baytarlıq Xidməti onun yerli qurumları tərəfindən mal-qara quşlar arasında profilaktiki olaraq peyvəndləmə işləri epizootik tədbirlər planına uyğun aparılır.

Qəbul edilmiş dövlət proqramlarının icrası çərçivəsində, eləcə verilən kreditlərin hesabına 64 quşçuluq təsərrüfatı yaradılıb. Əhalinin balıq əti ilə təmin olunması istiqamətində işlər davam etdirilib, son illər 14 balıqçılıq təsərrüfatı fəaliyyətə başlayıb.

Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə edilən uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchizatının böyük rolu olub. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidmətiNaxçıvan AqrolizinqAçıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın aqreqatları ilə yanaşı, həm şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövr ərzindəNaxçıvan AqrolizinqAçıq Səhmdar Cəmiyyətinin xətti ilə 1742 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 1483-ü nağd hesablaşma lizinq yolu ilə sahibkarlara satılıb. Alınmış texnika aqreqatların 57-si 2016-cı ilin 9 ayında gətirilib. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı güzəştlər müəyyən edilib. Mövcud texnikalar aqrotexniki tədbirləri vaxtında keyfiyyətlə həyata keçirməyə imkan verir.

Muxtar respublikada məhsuldar keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatında o da qeyd olunur ki, Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks tikilir. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə buğda arpa ilə yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulub. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I II reproduksiyalı buğda arpa toxumlarının satışının təşkil edilməsi, eləcə istehsalçılara 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövr ərzində məhsul istehsalçılarına 4905,3 ton mineral gübrə verilib. İstehsal olunan I II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə əkin sahəsinin hər hektarı üçün fermerlərə 50 manat yardım verilməsi təmin edilir.

Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 13 min 280 ton olan 29 soyuducu anbar, sahəsi 126 min 672 kvadratmetr olan 20 istixana kompleksi fəaliyyət göstərir. Həmçinin əhalinin ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi istiqamətində əlavə tədbirlər görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında həlledici rol oynayır.

Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq muxtar respublikada tələbatın əsas etibarı ilə yerli istehsal hesabına ödənilməsinə nail olunub, daxili bazarda məhsul bolluğu yaranıb.

 

Palitra.-2016.-2 noyabr.-S.10.