Tümen Sənaye Universitetinin rektoru BANM-

 

Rusiya Federasiyasının Tümen Sənaye Universitetinin rektoru Oleq Novoselov, universitetin marketinq idarəsinin rəisi Valeriy Qut, Azərbaycan mənşəli rusiyalı biznesmen Tümen Vilayət dumasının deputatı Eduard Ömərov Bakı Ali Neft Məktəbinə (BANM) səfər ediblər. Görüşdə, həmçinin SOCAR-ın Ekologiya idarəsinin rəis müavini professor Əflatun Həsənov iştirak edib.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov ali məktəbin yaradılması tarixindən, onun qısa müddətdə əldə etdiyi nailiyyətlərdən, tədris prosesinin təşkili neft-qaz sənayesi üçün yüksək ixtisaslı mühəndislərin hazırlanması üçün burada yaradılmış şəraitdən söhbət açdı. Elmar Qasımov BANM-in daima genişlənən beynəlxalq əməkdaşlığı, böyük şirkətlərlə dünyanın aparıcı ixtisaslaşmış universitetlərilə əlaqələrin yaradılması haqqında qonaqları məlumatlandırdı Tümen Sənaye Universitetinin tələbələrini tanışlıq məqsədi ilə BANM-ə səfər etmək təklifini irəli sürdü.

Səmimi qəbula görə rektor Elmar Qasımova təşəkkürünü bildirərək Tümen Sənaye Universitetinin rektoru Oleq Novoselov BANM- qarşılıqlı fayda gətirə biləcək əməkdaşlığın başlanmasına marağını bildirdi. O, həmçinin Tümen Sənaye Universitetinin tarixi, tədris proqramları TSU-nun Rusiya xarici ölkələrin neft-qaz sektorunda fəaliyyət göstərən müəssisələri ilə əməkdaşlığından bəhs etdi.

Görüş çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Tümen Sənaye Universiteti arasında Anlaşma Memorandumu imzalandı. Bu Anlaşma Memorandumu müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında birgə fəaliyyəti, birgə forum konfransların təşkilini elmi-tədqiqat layihələrinin həyata keçirilməsini, o cümlədən konkret fəaliyyət sahələri üzrə tədris elmi materialların mübadiləsini əhatə edir.

Xatırladaq ki, Tümen Sənaye Universiteti Rusiyanın ən böyük elmi-tədris komplekslərindən biri hesab olunur burada orta-ixtisas ali təhsildən (bakalavriat magistratura) başlayaraq, aspirantura, doktorantura, eləcə ixtisasartırma yenidənhazırlanma daxil olmaqla təhsilin bütün pillələrində tədris həyata keçirilir.

 

Nigar

Palitra.-2016.-4 noyabr.S.15.