Azərbaycanda İKT infrastrukturu və xidmətləri modernləşdirilir

 

Yeni layihənin məqsədi İKT-nin tətbiqi dairəsini genişləndirmək, sosial-iqtisadi təsirlərini artırmaq, regional səviyyədə “rəqəmli fərq”i aradan qaldırmaq üçün çoxtərəfli dialoq yaratmaqdır

 

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi” layihəsinin növbəti mərhələsinin birgə icrası barədə razılıq əldə edilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqama

toxunacağıq.

İnnovativ iqtisadiyyatın inkişafı üçün milli konsepsiya

Nümayəndəlikdən bildirilib ki, layihənin məqsədi İKT-nin tətbiqi dairəsini genişləndirmək, sosial-iqtisadi təsirlərini artırmaq, regional səviyyədə “rəqəmli fərq”i aradan qaldırmaq üçün çoxtərəfli dialoq yaratmaqdır. Layihə çərçivəsində beynəlxalq təşkilatlarla BMT İqtisadiSosial məsələlər üzrə Departamenti (UNDESA), BMT Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT Dövlət Administrasiya Şəbəkəsi (UNPAN), BMT AsiyaSakit Okean Regionu üzrə Komissiyası (UNESCAP), eləcə də Azərbaycanda yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, biznes dairələri ilə əməkdaşlıq ediləcək. Eyni zamanda, “e-iştirak” üzrə milli bacarıqların artırılması, açıq hökumət məlumatları üzrə maarifləndirmə, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi istiqamətində fəaliyyətin həyata keçirilməsi, biliklərə əsaslanan və innovativ iqtisadiyyatın inkişafı üçün milli konsepsiyanın işlənilməsi, eləcə də “elektron hökumət” infrastrukturunun inkişafı və e-xidmətlərin təşviqi üzrə birgə işlər görülməsi nəzərdə tutulub. Regional İnternet İdarəçilik Forumunun təşkili üzrə də birgə əməkdaşlıq layihədə planlaşdırılıb. BMTİP Azərbaycan hökumətinin İKT sahəsində əməkdaşlıq üzrə uzunmüddətli tərəfdaşı kimi tanınır. Bu illər ərzində müxtəlif dövlət qurumları ilə çoxsaylı layihələr həyata keçirilib və hazırda da davam etdirilir. BMTİP indiyədək Milli İKT Strategiyasının hazırlanması, AzDataCom şəbəkəsinin qurulması, Data Mərkəzin yaradılması, həmçinin Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarında işgüzar proseslərin avtomatlaşdırılması sahəsində layihələrinin həyata keçirilməsində əməkdaşlıq edib.

 

Milli informasiya kommunikasiya infrastrukturunun potensialı artırılır

Qeyd edək ki, AzDataCom layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur. Layihənin məqsədi milli informasiya kommunikasiya infrastrukturunun potensialının artırılması, dövlət orqanlarının, əhalinin biznes sektorunun İKT xidmətlərinə artan tələbatının ödənilməsi, informasiya cəmiyyəti quruculuğunun mühüm elementi olan e-idarəciliyin inkişaf etdirilməsi, ölkədə rəqəmli geriliyin aradan qaldırılması, e-hökumət xidmətlərindən istifadə imkanlarının təmin edilməsidir. 2004-cü ildən icrasına başlanılmış layihədə AzDataCom şəbəkəsinin qurulması 4 mərhələdə həyata keçirilib. I II mərhələlərdə şəbəkənin Bakı, Sumqayıt şəhərlərini Abşeron yarımadasını əhatə edən seqmenti istifadəyə verilib. III IV mərhələlərdə Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətlərindəki rayonlar şəbəkəyə qoşulub. Layihənin icrası nəticəsində Bakı ilə regionlar arasında yüksəksürətli əlaqənin təmin olunması, regionlarda internetin inkişaf etdirilməsi İKT-dən istifadə imkanlarının artması, “Maliyyə xidmətlərinin inkişafılayihəsinin həyata keçirilməsinə dəstək verilməsi, NGN texnologiyası İP-telefoniya xidmətlərinin inkişaf etdirilməsi, distant təhsil, e-kommersiya, biznesin məsafədən idarə olunması digər mütərəqqi fəaliyyət formalarının dünya standartlarına uyğun təşkilinə şərait yaradılması təmin edilib.

 

Telekommunikasiya tranzit marşrutunun diversifikasiyası

 

Razılıq əldə edilən sahələrdən biri Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi istiqamətində fəaliyyətin həyata keçirilməsidir. Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi vacib regional təşəbbüsdür onun məqsədi, əsasən, Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Birinci mərhələdə aparıcı region ölkələri operatorlar Qərbi Şərqi birləşdirən əsas internet şəbəkəsini yaradacaqlar. Bu şəbəkə “TASİM”-ə kommersiya baxımından əlverişli sürətlə artan beynəlxalq İP tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaq. İkinci mərhələdə “TASİM” qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli bağlantı ilə təmin edəcək. Bununla yanaşı, Milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdirilərək “TASİM” şəbəkəsinə birləşdiriləcək. “TASİM” layihəsinin reallaşdırılması region üçün əsas faydaları təkmilləşdirilmiş regional qlobal bağlantı, telekommunikasiya tranzit marşrutunun diversifikasiyası, təkmilləşdirilmiş qəza bərpa çevikliyi, rəqəmsal uçurumun azaldılması Davamlı İnkişaf Məqsədlərinə töhfə regional innovasiya müasirləşməyə töhfədir. “TASİM” layihəsi Frankfurtdan Honkonqa istiqamətlən ən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna Polşadan keçəcək.

İKT ekosistemlərinin inkişafı

2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında “TASİM” layihəsi üzrə yeni qətnamə yekdilliklə qəbul edilib. Layihənin reallaşdırılmasına dəstək məqsədilə regional telekommunikasiya tranzit marşrutunun genişləndirilməsinin inkişaf etdirilməsi istiqamətində özəl sektor, vətəndaş cəmiyyəti, elmi beynəlxalq inkişaf institutları hökumətlər arasında əməkdaşlığın yaradılması üçün Beynəlxalq Telekommunikasiya İnstitutu ilə Avrasiya Rabitə Alyansının (EuraCA) yaradılması təklifi bu qətnamədə öz əksini tapıb. Avrasiya regionunda “TASİM” kimi telekommunikasiya tranzit marşrutları üzrə siyasi dialoqun təşviqi, regional tərəfdaşlıq əməkdaşlığın dəstəklənməsi, maarifləndirmənin artırılması, təcrübə bilik mübadiləsi üçün imkanların yaradılmasına xidmət edəcəkEuraCA”-nın yaradılması üçün BMT-nin növbəti siyasi dəstəyi Baş Assambleyanın 2013-cü il sentyabr ayının 4-də keçirilən 67-ci sessiyasında səsverməyə çıxarılmadan qəbul edilən qətnamə ilə bir daha yenilənib. “TASİM” layihəsinin Katibliyi yarandığı ildən etibarən müxtəlif nüfuzlu beynəlxalq təşkilat qruplarla sıx əlaqələr qurur. Bu baxımdan, “UN ESCAP” tərəfindən 2013-cü il 24-25 sentyabr tarixində Manilada, 3-4 dekabr tarixində isə Bakıda İnformasiya Super Magistralı Regional Bağlantı mövzusunda təşkil edilən ekspert məsləhətləşməsi adlı tədbirlərdə “TASİM” EuraCAlayihələrinin təqdimatı keçirilib. Nəticədə, regional əhəmiyyətli hər iki tədbirin yekun sənədlərində “TASİM” layihəsi Avropa Asiyanı birləşdirən trans-sərhəd yerüstü bağlantının vacib regional nümunəsi olmaqla yanaşı, Asiya İnformasiya Super Magistralı təşəbbüsünün əsas hissəsi kimi əks olunmuş Manila Ekspert Məsləhətləşməsinin yekun tövsiyələrində BMT-ninEuraCAtəşəbbüsünə dəstəyini ifadə edən qətnaməsi öz əksini tapmışdır. Belə ki, rabitə sahəsində mövcud perspektiv irimiqyaslı layihələrin (genişzolaqlı bağlantı, peyk bağlantısı s.) müzakirəsi üçün platformanın yaradılması, bu sahədə problemlərin həlli uğurlu təcrübələrin bölüşməsi, rəqabətə davamlı biznes telekom mühitinin formalaşması, İKT ekosistemlərinin inkişafı, dövlət özəl tərəfdaşlığını nəzərdə tutan trans-regional layihələrin təşviqi məsələləri xüsusilə qeyd olunub. Qeyd edək ki, region ölkələri telekom sektorunun inkişafı bazar tələbatı baxımından fərqlidir. Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) yüksəksəviyyəli İP şəbəkə xidmətləri vacib hesab olunur. Az inkişaf etmiş ölkələrdə elementar bağlantı beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir. Bu baxımdan, yaranmışrəqəmsal fərq”in aradan qaldırılmasındaEuraCA “TASİM” layihələri xüsusi əhəmiyyətə malikdir.

 

A.Miriyev

Palitra.-2016.-9 noyabr.-S.11.