E-kitaba, yoxsa çap kitabına üstünlük
verilməlidir?
Bəziləri
e-kitabı mənimsəyib istifadə etməyə
başladığı halda, bəziləri də çap
kitablardan imtina edə bilməyib. Əslində, müşahidə
etdikdə hər iki tərəfin də bu seçimi edərkən
özünə görə əhəmiyyətli səbəbləri
var.
Bu
gün bütün dünyada olduğu kimi, ölkəmizdə
də təhsil, səhiyyə və digər sosial sahələrdə,
iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda
İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq
dərəcədə artıb. Ölkədə ən son
texnoloji yeniliklər tətbiq edilib, internetə simli, simsiz,
mobil texnologiyalarla çıxış imkanları
yaradılıb. Bunun sayəsində əhalinin 75 faizi internet,
onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə
çevrilib. Evlərdə, iş yerlərində istifadə
edilən kompüterlərin sayı artıb. Mobil sektor sürətlə
inkişaf edib, 3G və 4G xidmətləri tətbiq olunub. Beləliklə,
bu gün ölkə əhalisi İKT-nin tətbiq olunduğu
bütün imkanlardan yararlanır. Bu gün İKT-nin
yaratdığı imkanlardan biri də e-kitabdır. Hazırda
əhalinin bir qismi artıq kitabları yeni üslubda, yəni
e-kitab vasitəsilə oxumaq imkanına malikdir.
Texnologiyanın insanların həyatına daxil etdiyi ağıllı telefonlar və tabletlər bir çox sahədə asanlıqlar yaradıb. Bu istiqamətdə qarşıya çıxan yeniliklərdən biri də e-kitab, yəni elektron kitab oldu. Bu, oxucular üçün əhəmiyyətli bir imkan yaratdı. Bəziləri e-kitabı mənimsəyib istifadə etməyə başladığı halda, bəziləri də çap kitablardan imtina edə bilmədi. Əslində, müşahidə etdikdə hər iki tərəfin də bu seçimi edərkən özünə görə əhəmiyyətli səbəbləri var.
E-kitablar, əslində, əhəmiyyətli bir keçmişə sahib olsalar da 2007-ci ildə daha məşhur oldu. Həmin ildə məşhur alış-veriş saytı olan “Amazon”nun bazara çıxardığı “Kindle” adlı cihaz, e-kitabların məşhur olmasını təmin edəcək qapını açdı. O illərdə “Kindle”nin yaxaladığı satış rəqəmləri e-kitabın nə qədər önəmli olduğunu göstərdi.
Bəzən insanlar belə fikirləşirlər ki, hələ hər hansı bir e-kitab oxumadım, bəs necə oxuya bilərəm. Əgər bir e-kitab oxumaq istəyirsinizsə, ilk olaraq bir elektron cihaza sahib olmalısınız. Bunun üçün tabletlər, ağıllı telefonlar və sırf bu iş üçün istehsal edilmiş e-kitab cihazlarından istifadə edilsə də, kompüterdə də e-kitab oxuya bilərsiniz. Lakin kompüterlərin istər böyüklüyü, istərsə də daşına biləcəyi ilə bağlı məhdudiyyətlər ağıllı telefonların və tabletlərin bu iş üçün daha önəmli olduğunu göstərir. Bu cihazlardan birinə sahib olduqda cihaza yükləyəcək e-kitab vasitəsilə ödənişsiz və ya ödənişli olaraq ondan istifadə etmək olar.
Çap kitabının hansı üstünlükləri var?
Bir kitabı düşündükdə oxucunun yadına həmin kitabla bağlı müxtəlif xatirələr düşür. O kitabı kitabxanasından götürdüyü, oxuduğu və aradan illər keçməsinə baxmayaraq, kitabı təkrar əlinə aldığında zehnində canlandıra biləcəyi çox şeylər olur. Eləcə də əlində neçə illər bundan əvvəl qalan bir kitabın da olması oxucunu olduqca xoşbəxt edəcək. Hətta əlinizdəki kitabın çox az sayda nəşr edildiyi və onlardan da birinin sizdə olduğunu xəyal etmək gözəl düşüncələrdir.
Kitabı oxuyarkən hiss edilən duyğular, e-kitab oxuyarkən hiss edilən duyğulardan daha təbii və həqiqi olur. Çünki o cihazlarda insan təbiətinə aid olmayan şeylər var. Oxucular bəyəndiyi və ya onun üçün xüsusi olan bir kitabı dostları ilə paylaşa bilirlər və o kitab təkrar kitabxanaya döndükdə, bəlkə də, üzərində insanın gözyaşı, xoşbəxtliyi və ya bir çox təxmin edə bilməyən şeylər olur.
E-kitabda kitabı almadan əvvəl yalnız bir neçə səhifəyə baxmaq imkanı əldə edə bilirsiniz. Lakin çap kitabı almaq istədiyinizdə kitaba sərhədsiz şəkildə baxa bilərsiniz.
E-kitab oxumanın üstünlükləri nələrdir?
E-kitablar qiymət
baxımından daha ucuzdur. Xaricdə e-kitablar çap
kitablarının üçdə
biri qiymətinə satılır. Bir dəfə e-kitab əldə etdikdən sonra kitaba verəcəyiniz
pul daha az olacaq.
Pulsuz kitablar da var. E-kitablar sayəsində daha az kağız
xərclənir. Daha az ağac
kəsilir. Bu, çox əhəmiyyətlidir.
E-kitablar asan
daşına bilir.
Bir oxucu onlarla e-kitab apara bilər.
Beləliklə, kitablarınızı çətinlik çəkmədən
daşıyır və
istədiyiniz zaman oxuya bilərsiniz. E-kitablar az
yer tutur. 1-2 kitab üçün
önəmli deyil, amma yüzlərlə kitabı saxlamaq üçün yer lazımdır və bu kitabların baxımı da zaman alır. Nəticədə e-kitablar bu problemi tamamilə aradan qaldırır.
E-kitablarda axtarış,
qeyd etmək daha asandır. Elektron mühitin verdiyi çox gözəl üstünlüklər var. E-kitab
oxuyarkən yazı böyüklüyünü dəyişdirmək
imkanı var. E-kitab əldə etmək çox sürətli və asandır. Bir e-kitabı bəyəndikdən
5 dəqiqə sonra oxumağa başlaya bilərsiniz. Həmin
an satın alın, endirin, cihaza yükləyin və oxumağa başlayın. E-kitabların
saxlanması və qorunması da asandır. Buna misal olaraq, İsgəndəriyyə
Kitabxanası e-kitab olaraq saxlansaydı bu an elm və texnika daha irəlidə
ola bilərdi.
E-kitabları çap etdirmək olur. Mütəxəssislərin fikrincə, e-kitabların
çox üstünlüyü
olsa da çap
edilmiş kitablar heç bir zaman ölməz.
E-kitabın mənfi cəhətləri:
Bu gün e-kitabların
sayı nə qədər artsa da, hələ də bir çox
ölkələrdə onların
sayı olduqca azdır. Buna görə də əgər oxumaq istədiyiniz kitab kifayət qədər məşhur olmasa, e-kitab halında tapmaq şansınız olduqca aşağıdır. E-kitabdan cihazlar sayəsində yararlansalar
da əgər cihazın ekranı yaxşı vəziyyətdə
deyilsə, çətinliklərlə
üzləşirsiniz. Yaxşı bir ekran sahibi olan
cihazların da qiymətləri yüksək
ola bilər.
Cihazların ən zəif nöqtəsi isə adapterdir ki, cihazdan kitab oxunduqda daha da problem yaranır. Tabletlər və
yalnız e-kitab oxumaq üçün istehsal edilmiş cihazlarda bu mövzu
problem olmasa da, ağıllı telefonlarda
e-kitab oxuma işinə başlamazdan əvvəl düşünmək
lazım gəlir.
E-kitabları qanuni olaraq oxuyursunuzsa
endirdiyiniz hər kitab sizin hesabınıza
nəzərə alınır.
Bu da ödənişli
kitabları yoldaşlarınızla
paylaşa bilməyəcək
mənasını verir.
Bəzən televiziyaya çox
baxdığımızda gözlərimiz
ağrıya bilir.
Uzun müddət bir cihazdan kitab oxumaq bəzilərimiz üçün çox da xoş təsir
bağışlamaya bilər.
E-kitab oxumaq yuxuya və sağlamlığa zərərlimi?
“Yatmaq vaxtı gəldiyində, əlinizdə
bir elektron kitabla (e-kitab) "bir şey oxuyum"
deyirsinizsə, əslində,
yuxunuza və sağlamlığınıza zərər
vermiş olursunuz. Bu xəbərdarlığı Harvard Universitetinin Tibb fakültəsində amerikalı
həkimlər edib.
Araşdırma qrupu, yatmazdan əvvəl işıq yayan e-kitab oxuyanlarla,
kağız kitabları
oxuyanları müqayisə
edib. Araşdırmaçılar, yuxu keyfiyyətini
pozan və ertəsi səhər adamın daha yorğun qalxmasına səbəb olan e-kitabları oxuyanların yuxuyagetmə müddətlərinin
də çap kitab oxuyanlara görə daha uzun olduğunu ortaya çıxarıb.
Mütəxəssislər, axşam saatlarında məruz qalınan işıq səviyyəsinin
aşağı salınmasını
tövsiyə edirlər. Əgər əlinizdəki
çox lazımlı
kitabsa, yuxu nizamına təsiri, bəlkə də, ağlınıza gələn
son şey olar, lakin yuxu vaxtı
məruz qalınan işığın yaratdığı
təhlükələrlə əlaqədar narahatlıqlar
getdikcə artır.
Yuxu hormonu istehsal olunmur
Gecə və gündüz ritmi, məruz qalınan işığın
müəyyən etdiyi
vaxt vasitəsilə orqanizmi də uyğun hala gətirir. Lakin ağıllı cib telefonları, tablet, kompüterlər
və LED texnologiyasında
tez görülən mavi işıq bədən saatını
poza bilir. Axşam saatlarında məruz qalınan mavi işıq, yuxu hormonu- melatonin istehsalına mane ola
bilir və ya istehsalı yavaşladır. Araşdırma
üçün seçilən
on iki adam,
iki həftə boyu yuxu laboratoriyasında
saxlanıb. Təcrübəyə
qatılanlar beş
gün boyunca çap kitab, digər beş gün isə iPad tablet kompüterlərindən
e-kitab oxuyub. Qan nümunələri, e-kitab
oxuyanlarda yuxu hormonu olan melatonin istehsalının azaldığını
göstərib.
E-kitab oxuyanların
həmçinin yuxuyagetmə
müddətlərinin daha
uzun olduğu və dərin yata bilmədikləri aydın olub. Onların, eyni
zamanda ertəsi gün səhər daha yorğun oyandıqları təsbit
edilib.
Araşdırma qrupunun rəhbəri,
professor Çarlz Czeisler bildirib ki, "e-kitab oxuyarkən işıq birbaşa adamın gözlərində əks
olunur. Lakin kağız çaplı
kitab oxuyanlar və ya orijinal
“Kindle”oxuyanlar isə yalnız kitabın səhifələrindən əks
olunan işığa
məruz qalırlar".
Yuxu pozuqluğunun sağlamlığa da mənfi təsir etdiyini deyən Czeisler deyib: "Yuxu çatışmazlığı,
ürək-damar (ürək
və damar) narahatlıqları, piylənmə
və diabet kimi maddələr mübadiləsi narahatlıqlarını
və xərçəng
riskini artırdığını
göstərir”. Surrey Universitetində
işığın bədənə
təsirini araşdıran
doktor Viktoria Revell də bildirib ki, insanlara,
xüsusilə gecə
cib telefonlarından, tabletlərdən çox
tez-tez istifadə edən gənclərə,
işıq yayan e-kitab istifadəsini axşam saatlarında azaltmalarını tövsiyə
edirik.
Nigar Abdullayeva
Palitra.-2016.-11 noyabr.-S.11.