Azərbaycanlı gənc Sibirdə diasporumuzun yaranması haqqında elmi yazır

Kamran Rüstəmzadə:

“Mənim məqsədim millətlərarası münasibətləri yaxşılaşdırmaqdır”

 

 

Bu gün Azərbaycan gəncləri diasporda böyük bir gücə çevrilib. Xaricdəki gənclərimiz öz fəallıqları ilə təqdirəlayiq işlər görürlər. Bu baxımdan Rusiyanın Krasnoyarsk şəhərində də azərbaycanlı gənclərin aktivliyi diqqəti çəkir. Müsahibimiz Kamran Rüstəmzadə də Krasnoyarskdakı ictimai fəal gənclərimizdəndir. O, qəzetimizə müsahibəsində Krasnoyarskdakı gənclərimizin fəaliyyəti haqqında ətraflı məlumat verdi.

- Öncə sizi tanımaq istərdik...

-Mən, 10 iyun 1995-ci ildə Gədəbəy rayonunda ziyalı ailəsində anadan olmuşam. 1998-ci ildə ailəmizlə Krasnoyarsk şəhərinə köçmüşük. Atam ticarətlə məşğul olub, anam da rus dili müəlliməsi işləyib. Məndən böyük 2 qardaşım və mən orta məktəbi burada bitirmişik. Mən məktəbi gümüş medalla bitirib Sibir Federal Universitetinin Tarix fakültəsinə daxil olmuşam. 2012-ci ildən Krasnoyarsk şəhərində Rusiyanın Azərbaycan Gənclər Təşkilatında çalışıram. Müxtəlif tədbirlər keçirmişik. 2 dəfə Moskva şəhərində keçirilən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) forumuna dəvət olunmuşam. 2015-ci ildə Təşəkkür diplomu ilə təltif olunmuşam. 2016-cı ilin aprel ayında Krasnoyarsk vilayəti üzrə RAGT sədri seçilmişəm. Hal-hazırda 4-cü kursda oxuyuram. Sibirdə və Krasnoyarsk vilayətində yaşayan həmyerlilərimiz haqqında elmi yazıram. Oxuduğum universitetdə Artefakt teatrı açmışam. Universitetdə də bir sıra ictimai işlər aparıram. Bu ilin fevral ayında Krasnoyarsk vilayətinin Gənclər parlamentinə üzv seçilmişəm.

-Krasnoyarskda gənclər nə dərəcədə aktivdir?

-Krasnoyarskda yaşayan Azərbaycanın gənc nümayəndələri şəhərin və vilayətin ictimai həyatında fəal iştirak edirlər. Bizim gənclər Krasnoyarsk vilayətinin ən yaxşı ali məktəblərində oxuyurlar. Xüsusilə tibbhüquq istiqamətləri seçilir. Gənclərimizin çoxu Sankt-Peterburqun, Moskvanın ən qabaqcıl universitetlərində təhsil alırlar. Bu, bizim gənclərin irəliləyişinə gözəl təkan yaradır. Bizim nümayəndələrimiz yerli futbol komandası “Yenisey”də oynayır, vilayətin və şəhərin mərkəzi televiziya kanallarında işləyirlər. Ümumrusiya yaradıcılıq müsabiqələrində iştirak edərkən təkcə Krasnoyarsk vilayətini deyil, həm də bizim tarixi vətənimizi təmsil edirlər.

-RAGT-in fəaliyyəti orada özünü necə göstərir. Görülən işlər gənclərin dinamikliyini artırıbmı?

-Krasnoyarskda gənclər təşkilatı 2006-cı ildən fəaliyyət göstərir. 2009-cu ildə RAGT-in yaradılması ilə bizim vilayətdə də RAGT-in bölgə şöbəsi yaradıldı. Bizim təşkilatın məqsədi Azərbaycan gənclərinin mədəniyyət, idman, təhsil və elm sahələrində inkişafı üçün şərait yaratmaqdır. Bunun üçün bizim fəallar idman, xeyriyyə, təhsil və yaradıcılıq tədbirləri keçirirlər. Bizim təşkilatın nümayəndələri, həmçinin millətlərarası tədbirlərdə də iştirak edirlər. Azərbaycan komandası millətlərarası Breyn-Rinqin, doğma dilə həsr olunmuş müsabiqənin qalibipriz sahibi olub. Təşkilatın işində Dağlıq Qarabağ münaqişəsinin obyektiv işıqlandırılması xüsusi yer tutur. Bunun üçün bizim RAGT 2015-ci ildə "Xocalıya ədalət" fləş-mobununkeçirilməsində təşəbbüskar olub ki, dünyanın hər bir yerindən, o cümlədən Almaniyadan, ABŞ-dan, Koreyadan, Hindistandanbir çox ölkələrdən həmvətənlərimiz iştirak ediblər. Bizim sayəmizdə hər il Vətənimizin tarixində baş verən faciəli hadisələrə həsr olunmuş mərasimlər keçirilir. Yeri gəlmişkən, bizim RAGT fəal könüllü işlər də aparır. Belə ki, tez-tez uşaq evlərinə, başqa sosial müəssisələrə gedib yaradıcılıq və mədəni proqramlarla iştirak edirlər. Bizim kiçik həmyerlimiz talassemiya xəstəsi Aysel Dadaşova üçün xüsusi olaraq xeyriyyə konserti təşkil edilib, yığılan vəsait balaca qızın müalicəsinə köçürülüb. 2014-cü ildən başlayaraq biz ümumrusiya "Ölməz polk" aksiyasında iştirak edərək şəhərimizin sakinlərinə azərbaycanlı Böyük Vətən müharibəsi qəhrəmanlarından danışırıq. Bundan başqa, Sibir Federal Universiteti bazasında bizim təşəbbüsümüzlə hər il "Biz Böyük qələbənin varişləriyik" adlı tədbir keçirilir. Burada keçmiş SSSR-in nümayəndələri öz həmyerliləri - müharibə qəhrəmanları haqqında danışırlar. Krasnoyarsk vilayəti RAGT-in vizitkartı bizim keçirdiyimiz Nar bayramı, Novruz bayramı, Azərbaycan Respublikasının Müstəqilliyi Günü bayramlarıdır. Krasnoyarsk vilayəti xalqlarının Dostluq Evi bazasında müzakirələr, Master-klaslar, ədəbi və yaradıcılıq gecələri keçiririk.

-Oxuduğunuz universitetdə azərbaycanlı gənclərin həmrəyliyi hansı səviyyədədir?

-Mənim təhsil aldığım universitet Ural arxasında ən böyük təhsil ocağıdır. Sibir Federal Universitetinin bir çox filialları Krasnoyarskın hüdudlarından kənarda yerləşir. Universitetin korpuslarının bir-birindən aralı olması bizim gəncləri bir yerə yığmağa çətinlik yaradır. Ancaq biz bu istiqamətdə aparırıq. Bunun üçün 2015-ci ilin mart ayında SFU bazasında Azərbaycan mədəniyyəti günləri keçirdik. Bu tədbir həmvətənlərimizin diqqətini bizim fəaliyyətimizə yönəltdi. Az sonra SFU-da Azərbaycan Gəncləri Klubu açıldı ki, bu klub öz ətrafında bu gün azərbaycanlı tələbələri birləşdirir.

-Krasnoyarskda gənclərimiz yaşlı diaspordan estafeti almağa hazırdırmı?

-Bu gün bizim gənclər Azərbaycan diasporunun təşkil etdiyi çox böyük tədbirlərin hazırlanmasında yaşlı nəslə fəal köməklik göstərir. Xalqların birliyi günü, Azərbaycan mədəniyyəti günləri bu tədbirlərdəndir. Bununla bizim fəallar Azərbaycan diasporu liderlərinin qiymətsiz təcrübələrini qəbul edirlər. Bu işlərdə Ələkbər Səadət Qarayevlər bizə həmişə dəstək örnək olublar. Ümidvaram ki, bu təcrübə bizim gənclərin enerjisi Azərbaycan diasporunun gələcəkdə dinamik inkişafına təkan verəcək.

-SFU-nun Tarix fakültəsində Azərbaycan tarixi ilə bağlı hansısa məqamlara toxunulurmu?

-Azərbaycan Rusiya tarixləri çox sıx bağlıdır. Biz Şərqin Rusiyanın XVIII-XIX əsrlər tarixini öyrənərkən bu mövzuya tez-tez toxunuruq. SSSR tarixini öyrənərkən Azərbaycan tarixini müzakirə edirik. Çox tez-tez mən Azərbaycan tarixinə toxunan konfrans seminarlarda çıxışlar edirəm. Bunun üçün hər zaman tarixi kitabları, məqalələri, sənədləri oxumaq lazımdır ki, Azərbaycan haqqında məlumatları həmkarlarımıza düzgün çatdıraq.

-”Artefaktteatrına digər xalqların tələbələrinin marağı necədir?

-Bizim teatr, həqiqətən, çoxmillətlidir. Keçən il mən öz qrup yoldaşımla teatr açanda, heç təsəvvür edə bilməzdik ki, bizimlə bu qədər maraqlanacaqlar. Bu gün bizim truppamızda azərbaycanlılar, ruslar, polyaklar, xakaslar, buryatlar başqaları var. 2016-cı ilin iyun ayında biz Böyük Vətən müharibəsi haqqında tamaşa qoyduq. Mənə bu tamaşada Azərbaycan əsgəri Aslan rolunu oynamaq şərəfi nəsib oldu. Hal-hazırda bizim RAGT "Artefakt" teatrı ilə birlikdə layihə hazırlayır ki, bunun əsasında biz teatr formasında təkcə azərbaycanlılar haqqında deyil, həm başqa xalqlar haqqında danışacağıq

-Elmi işinizin məğzi nədir? Hazırda hansı mərhələdəsiz?

-Mənim elmi işim Azərbaycan diasporunun Sibirdə yaranması formalaşması tarixinə həsr olunub. Bunun üçün mən əhalinin siyahıya alınmasının arxiv sənədlərindən istifadə edərək Sibirin iri şəhərlərində yaşayan Azərbaycan diasporu liderlərindən müsahibələr alıram. Hal-hazırda mən Krasnoyarsk vilayəti üzrə Azərbaycan diasporu haqqında işi bitirmişəm universitetin rəhbərliyi işimi çox yüksək qiymətləndirib. 2017-ci ilin iyul ayına qədər bu işi yekunlaşdırıb başqa regionlarda yaşayan azərbaycanlıların həyatını öyrənməyə başlamaq istəyirəm.

- Təmsil olunduğunuz Gənclər parlamentində Azərbaycan həqiqətlərindən danışmaq imkanı olurmu?

-Krasnoyarsk vilayətinin Gənclər parlamentində biz gənclərin həyatını yaxşılaşdırmaq üçün calışırıq. Mənim məqsədim millətlərarası münasibətləri yaxşılaşdırmaqdır. Bunun üçün biz çox layihələr həyata keçiririk. Əlbəttə, mən daim müxtəlif tədbirlərdə Azərbaycan haqqında, ölkəmizin tarixi haqqında danışıram. Mən bu işlərə fəal Azərbaycan gənclərini cəlb etməyə çalışıram.

-Perspektivdə hansı işləri görməyi nəzərdə tutubsuz?

-Biz çox şeyə nail olmuşuq. Ancaq bununla kifayətlənmək olmaz. 26 fevral 2017-ci ildə Xocalı faciəsinin 25 ili tamam olur. Təşkilatımızla birlikdə cəmiyyətin nəzərini bu faciəyə və Azərbaycan torpaqlarının işğal məsələlərinə cəlb etmək üçün böyük bir kampaniya hazırlamağı planlaşdırmışıq. Gənclərimizin bizim tariximizi unutmaması və başqa xalqların nümayəndələrinin Azərbaycana yaxınlaşması üçün biz böyük işlər görməliyik ki, burada bizim mədəniyyətimizi və tariximizi geniş miqyasda göstərə bilək. Mən Azərbaycanı çox sevirəm və gücüm çatan qədər çalışacağam ki, bütün Rusiyanın sakinləri də bizim vətənimizi sevsinlər, ona hörmətlə yanaşsınlar.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-11 noyabr.-S.7.