ADPU-da Beynəlxalq Tolerantlıq Günü qeyd edilib
Səbail Rayon İcra Hakimiyyətinin (RİH) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə universitetin Heydər Əliyev məktəbinin lektoriyasında 16 noyabr-Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon ziyalıları, təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, dini icmaların və rayon ictimaiyyətinin nümayəndələri, ADPU-nun müəllim və tələbələri iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Tolerantlıq Gününün yaranma tarixi barədə danışıb. Bildirib ki, İkinci Dünya müharibəsindən sonra Avropada tolerantlıq və multikulturalizm istiqamətində müəyyən addımlar atılıb, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyası imzalanıb. BMT-nin ali mədəniyyət qurumu olan UNESKO-nun 1995-ci il noyabr ayının 16-da keçirilən 28-ci sessiyasında isə 185 dövlətin iştirakı ilə tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul etdiyi qərara əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimaiyyət arasında müvafiq tədbirlər keçirmək tövsiyə olunub. Azərbaycanda bu gün 1999-cu ildən qeyd olunur.
Səbail RİH-in başçısının müavini Eldar Ağayev tədbirin əhəmiyyəti bu gün üçün aktual xarakter daşıdığını qeyd edib. Bildirib ki, ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili bu uğurlu siyasətin bariz nümunəsidir.
Tədbirlə Yeni Azərbaycan
Partiyasının Siyasi
Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə
mövzu ilə bağlı geniş məruzə ilə
çıxış edib. Qeyd edib ki, Azərbaycan
tarixən tolerant və
multikulturalist bir ölkə kimi tanınıb. Bu, bütün
Türk dünyasının
möhtəşəm abidəsi
sayılan “Kitabi-Dədə
Qorqud” dastanında da öz əksini
tapıb. İslam dini
də tolerantlıq və multikultural dəyərlərə böyük
önəm verir.
Tolerantlıq və multikulturalizm
bir-biri ilə sıx bağlı olan anlayışlardır.
Tolerantlıq dini dözümlülük,
multikulturalizm isə çoxmədəniyyətlilik deməkdir. Tolerantlıq digər inanc
və əqidələrə
dözümlü yanaşmadır.
Tolerantlıq insan hüquqları
və vicdanı ilə bağlıdır.
Tolerantlıq insan azadlıqları
və hüqüqlarının
təsdiqi, plüralizm
və demokratiya əsasında formalaşır.
Tolerantlıq irqçiliyi, dini
dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə
qətiyyətlə rədd
edir. Tolerant yanaşmanın
zəif olması bu mənfi təzahürlərin
güclənməsinə təkan
verir. Buna görə də tolerantlıq və multikulturalizm hər bir cəmiyyət üçün çox vacib dəyərlərdir.
Müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, ulu öndərimiz
Heydər Əliyev tolerantlılığı və
multikulturalizmi dövlət
siyasətinin əsas istiqamətlərindən biri
elan edib, ölkəmizdə olan bütün xalqların, milli azlıqların bərabər hüquqlar əsasında yaşamaları
üçün səmərəli
əməli fəaliyyət
göstərib. Prezident
İlham Əliyevin müvafiq sərəncamı
ilə bu il ölkəmizdə
“Multikulturalizm ili” elan edilib. Prezident İlham
Əliyevin siyasi iradəsi və mütərəqqi siyasəti
sayəsində bu gün Azərbaycanda tolerantlıq və multikulturalizm üçün
əlverişli mühit
mövcuddur. Azərbaycanda hər bir insan
dini etiqadında azaddır. Azərbaycanda bütün xalqlar
və milli azlıqlar dini mənsubiyyətlərindən asılı
olmayaraq, azad və müstəqil yaşayırlar. Onların dini
etiqad azadlığı
yüksək səviyyədə
təmin edilmişdir.
Ölkəmizdə xristian kilsələri,
sineqoqlar bərpa edilib, müxtəlif dinlərin təmsilçilərinin
dövlət büdcəsi
hesabına cəmiyyətləri
və mətbu orqanları fəaliyyət
göstərir. Respublikamızda tolerantlıq və multikulturalizm mövzularında
ardıcıl olaraq mötəbər beynəlxalq
tədbirlər keçirilir.
Bu sahədə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESKO-nun və
İSESKO-nun xosməramlı səfiri Mehriban Əliyevanın həm ölkə daxilində, həm də xaricdə çoxşaxəli
fəaliyyət göstərdiyini
xüsusi qeyd etmək lazımdır. Bir sözlə, bu gün Azərbaycanda tolerantlığın və
multikulturalizmin inkişafı
üçün hər
cür şərait yaradılıb, ölkəmiz
tolerantlıq və multikulturalizm baxımından
bütün dünya üçün layiqli bir örnəkdir.
Tədbirdə çıxış edən “İçərişəhər”
Cümə Məscidi
dini icmasının sədri, axund Hacı Surxay Məmmədli, ADPU-nun Azərbaycan
tarixi kafedrasının
müdiri, dosent Naibə Əhmədova, “Sodrujestvo” Cəmiyyəti İdarə Heyətinin üzvü Vadim İlyasov, ADPU-nin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru
Mübariz Əmirov və başqaları bildiriblər ki, tolerantlıq və multikulturalizm Azərbaycanda
həyat tərzi və dövlət siyasətidir. Bu siyasətin
bünövrəsi ulu
öndər Heydər
Əliyev tərəfindən
qoyulub. Hazırda bu siyasət
ölkə Prezident tərəfindən uğurla
davam etdirilir. Ölkəmizdə dövlət-din münasibətləri
yüksək səviyyədə
qurulub, respublikamızda
yaşayan bütün
millətlərin, milli
azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər
səviyyədə hörmət
və ehtiramla yanaşılır. Min illər boyu xalqımız tərəfindən
yaşadılaraq bu günümüzə gəlib
çıxmış və
dövlət siyasətinin
prioritet istiqamətlərdən
birinə çevrilmiş
Azərbaycandakı tolerantlıq
və multikulturalizm dünya ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanır və
yüksək qiymətləndirilir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirə yekun vuraraq tələbə-gənclərə Azərbaycanın multikultural və tolerantlıq dəyərlərini dərindən öyrənməyi, qorumağı və təbliğ etməyi tövsiyə edib.
Nigar
Palitra.-2016.-11 noyabr.-S.12.