Muzeydə “Qadın geyim
bəzəkləri” sərgisi açılıb
Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeydə aparılan elmi-tədqiqatlardan, qazanılan uğurlardan danışıb.
Sonra sərgi
barədə məlumat
verilib. Bildirilib ki, sərgiyə
muzeyin etnoqrafiya, arxeologiya və xüsusi fondlarının
materialları cəlb
edilib. Burada arxeologiya fondundan
41, etnoqrafiya fondundan
142, xüsusi fonddan
60-dan çox müxtəlif
növ materiallar təqdim olunur.
Sərgidə baş bəzəkləri,
düymə və əlcəklər, sancaqlar,
həmçinin kəmərlər,
tikmələr, toxuma bəzəkləri və
s. eksponatlar nümayiş
etdirilir.
Sonra tədbir iştirakçıları
qadın geyim bəzəkləri ilə
tanış olublar.
Sərgi
2017-ci il fevralın 1-də başa
çatacaq.
Mahmud
Palitra.-2016.-11 noyabr.-S.16.