Multikulturalizm dəyərləri şagirdlərə
aşılanır
Bu
gün Bakı şəhəri Yasamal rayon Həzi Aslanov
adına 175№li tam orta məktəbdə multikulturalizmə həsir
edilmiş ingilis və Azərbaycan dillərində şagirdlərin
səhnələşdirdiyi tədbir keçirilib. Məktəb
direktoru Qələndər Qələndərov
çıxış nitqində şagirdlərə respublikada olan dini azadlıq və bərabərlikdən
danışıb. Direktor multikulturalizm
dəyərlərinin şagirdlərə
aşılanmasını xüsusi vurğulayaraq, belə tədbirlərin
davamlı olacağını bildirib. Tədbirdə
məktəb direktorunun müavinləri Həmzəyev
Vidadi, Həsənova Tünzalə və
Məmmədova Həcər işdirak
ediblər. Tədbirin təşkilatçısı,
ingilis dili müəlliməsi
Şiriyeva Gülşən şagirdlərin
tədbirə yüksək səviyyədə
hazırlaşdığını deyərək, belə tədbirlərin
keçirilməsinin şagirdlərin maariflənməsi
istiqamətində müsbət rol
oynadığını vurğulayıb. Tədbir
şagirdlərin hazırladıqları səhnəciklərin
nümayişi ilə başa
çatıb.
Mahmud
Palitra.-2016.-12 noyabr.-S.6.