“Həmrəyliyin reallıqdan tam virtuallığa keçid
dövründəyik”
Günel Abdullayeva:
“Bu
gün təkcə Macarıstanda deyil, dünyanın hər yerində mobil texnologiyalara olan maraq artmaqdadır”
Gənclərin təbliğatda İKT-dən
lazımi səviyyədə yararlana bilməsi
vacib amildir. Xüsusən, xaricdəki gənclərin bu baxımdan üzərinə böyük
məsuliyyət düşür. Özəlliklə
gənclərin sosial şəbəkələrdə
lazımı qədər virtual həmrəylik
yaratması təbliğat işinə böyük
təsir edə bilər. Macarıstanda təhsil alan Günel Abdullayeva qəzetimizə müsahibəsində
bu və digər məsələlərlə
bağlı fikirlərini bildirib. Qeyd edək ki, Günel
Abdullayeva 1987-ci ildə
Bakıda anadan olub. Binəqədi rayonu, 182 saylı
orta məktəbi bitirib. Qərb Universitetində Politologiya
ixtisası üzrə
təhsil alıb.
Hal-hazırda Budapeştdə
Corvinus Universitetinin İctimai idarəetmə və menecment ixtisası üzrə
master təhsili alır.
Təhsili Macarıstan və
Azərbaycan hökümətlərarası
əməkdaşlıq çərçivəsində
uyğulanan Təqaüd
Proqramı hesabınadır.
O, eyni zamanda
2006-2010-cu illərdə gənclər
sektorunda aktiv olub və dəfələrlə
bununla bağlı Bakı şəhəri və Səbail rayonu Gənclər İdman idarələri,
YAP Gənclər Birliyi
tərəfindən Fəxri
fərman və təşəkkürnamələr ilə təltif olunub. Nəzərə çatdıraq ki,
Gunel xanım Bakı şəhəri, Binəqədi Qəsəbə
Bələdiyyəsinə 2014-cü ilin dekabr ayında
keçirilən bələdiyyə
seçkilərində üzvlük
haqqı qazanıb.
-Siz Azərbaycanda ictimai fəal gənclərdən
olubsuz. Macarıstanda sizin həmyaşıdlarınızın
ictimai fəallığı
hansı səviyyədədir?
-Budapeştdə yeni olduğum üçün
hələ də dolğun məlumata sahib deyiləm bu barədə. Lakin bu müddət
ərzində müşahidə
etdiklərim ətrafımdakı
tələbə yoldaşlarımdır
ki, onların da günü əksərən akademik fəaliyyətdən ibarətdir.
Avropada gənclər üçün
bu gün minlərlə proqramlar mövcuddur. Lakin ən
əsası bu gün avropalı gənc yeniliklərə açıqdır, təhsilə
maraqlıdır və
siyasətlə birbaşa
məşğul olmasa
da, mühüm məsələlərdə həmin
ölkənin vətəndaşı
kimi mövqeyini sərgiləməkdədir. Yeri gəlmişkən bir misal çəkim, oktyabr ayında Macarıstanda Avropa Birliyinin mühacir siyasəti ilə bağlı referendum keçirildi.
Tanıdığım yerli gənclərin,
demək olar, əksəriyyəti həmin
gün referenduma yollanmışdı. Mənim üçün
bu artıq bir göstərici idi.
-Ümumiyyətlə,
bu baxımdan azərbaycanlı gənclər
nə dərəcədə
onlardan fərqlənir?
-Azərbaycanı təhlil
etsək görürük
ki, bizim gənclər lap tələbəlik
illərindən icitmai-siyasi
aktivliyə can atırlar.
Bu fəallıqda təkcə gənclərimiz
deyil, həmçinin
dövlətimiz də
maraqlıdır ki, bu da nəticədə
onları daha da cəsarətləndirir.
Bu, bir tərəfdən
tələbəlik illərini
maraqlı edir, cəmiyyətə yararlı
vətəndaş hazırlayır.
Lakin digər tərəfdən
bu kimi fəaliyyətlər
tələbənin bütün
zamanını almalıdır
anlamına da gəlməməlidir. Tələbə üçün ən öncül amil təhsildir. Bu gün Azərbaycanda tələbə daha çox vaxtını elmi fəaliyyətə sərf etməlidir. Bəli, hər kəs alim ola bilməz, lakin təhsilsiz birindən də cəmiyyətə xeyir gəlməz. Gənclərimiz bu gün daha çox beynəlxalq bilik olimpiadalarında iştirak
etməli, beynəlxalq
müsabiqələrə qatılmalı,
dəqiq elmlərlə
maraqlanmalı, elmi mütaliələr etməli
və bu istiqamətdə daha çox çalışmalıdır.
Mən razıyam ki bu birtərəfli
proses deyil, qarşılıqlı olmalıdır,
bunun üçün
şərait yaradılmalıdır,
lakin nəticədə
hər iki tərəf elm ilə cəmiyyətimizə fayda
verməkdə maraqlı
olmalıdır. Azərbaycan bu
gün alimlər, mütəfəkkirlər tarixini
yeniləməlidir və
o tarixdə bu günün gəncləri
yer almalıdır.
-Macarıstanda azərbaycanlı gənclərin
birliyi və ictimai fəallığı
hansı səviyyədədir?
-Səfirlik xətti ilə zaman-zaman tədbirlərdə gənclərimiz
bir araya gəlir. Bundan başqa, müəyyən
layihələr, proqramlar
çərçivəsində də bir-birimizə yardımçı olmağa
çalışırıq. Həmçinin bəzi gənclərimiz
şəxsi təşəbbüsləri
əsasında maraqlı
aktivitələr də
etməkdədir. Məsələn, bu yaxınlarda bir gəncimizin Macarıstandakı başqa
ölkələrdən olan
rəsmilər ilə
videomüsahibələrinə rast gəldim, çox bəyəndim.
Digər
sevindirici hal da Macarıstanda məzun olmuş azərbaycanlı gənclərin
burada nüfuzlu şirkətlərdə, qurumlarda
özlərinə karyera
qurmaları faktorudur.
Ümumilikdə mənzərə ürək açandır
deyə bilərəm.
-Macarıstandakı
gənclərin mobil texnologiyalara marağı necədir?
-Bu gün təkcə Macarıstanda deyil, dünyanın hər yerində mobil texnologiyalara olan maraq eyni səviyyədədir
və artmaqdadır. Mənə görə isə məsələnin vacib tərəfi bu kimi texnologiyalardan hansı məqsədlə
istifadədir.
- Sizcə, gənclər təbliğatda
İKT-dən lazımi
səviyyədə yararlana
bilirlərmi və xüsusən, sosial şəbəkələrdə lazımi qədər
virtual həmrəylik varmı?
-Bilirsiniz, İKT günü-gündən
inkişafdadır. Məsələn, bu gün üçün
artıq virtual təbliğat
deyəndə kimlərinsə
e-mail ünvanlarına göndərilən
məktublar səmərəsiz
görünə bilər.
Daha çox yeniliklərdən
faydalanmalıyıq. Dünya artıq
vizuallığa daha önəm verir, dinləməkdənsə, seyr
etməyi üstün
tutur.
Hazırda həmrəyliyin reallıqdan
tam virtuallığa keçid
dövründəyik. Bəli, bu
gün dünya
internet dövrünü yaşayır,
lakin insanlıq reallıqdadır və
tam olaraq insani dəyərlərin virtuallaşmasına
göz yummamalıyıq.
Çox
təəssüf ki, bu gün virtuallıqda
nümayiş olunan həmrəylik reallıqda
nümayiş olunmur.
Bəli,
bu gün bir çox məsələlərdə canfəşanlıqla
virtual həmrəylik nümayiş
etdirə bilirik.
Lakin bir də bunu reallıqda
edə bilsək...
-Macarıstanda sizə təhsil hansı metodlarla keçirilir?
-İlk öncə
qeyd edim ki, təqaüd hesabına Macarıstanın
ən öncül universitetlərindən olan
Corvinus Universitetində
İctimai idarəetmə
və menecment ixtisası üzrə magistr tələbəsiyəm. Universitetin təhsilindən
razıyam və öz təhsil sistemimizlə müqayisə
etdikdə fərqlər
açıq-aydın nəzərə
çarpmaqdadır. Tədris müddətində
hər ay baş tutan imtahanlar bir növ keçirilən
dərslərin effektivliyinin,
tələbənin dərslərə
hazırlıq səviyyəsinin
və dərslərdən
mənimsənilən bilik
və bacarıqların
ölçü meyarıdır.
Bundan başqa, mütəmadi tapşırıqlar,
qrup işləri də nəzəri biliklərin praktikada tətbiqini, tələbənin
mövzuya yanaşma və düşüncə
tərzini, müstəqil
mövzunu işləyə
bilmə bacarığını
və s. inkişaf etdirir. Ümumilikdə təhsildə İKT-dən geniş şəkildə istifadə
edilir. Əminliklə deyə bilərəm
ki, burda təhsil əzbərçilikdən
uzaqdır. Məhz
akademik həyatımda
növbəti hədəflərimdən
biri də bu gün burada
öyrənmiş olduqlarımı
daha da inkişaf
etdirərək müəllim
kimi öz ölkəmin gəncləri
ilə ali
təhsil ocaqlarında
paylaşmaqdır. Düşünürəm
“ölkəyə beyin
axınını” ölkə
hüduqlarından kənarda
təhsil almış
biz gənclər həyata
keçirməli və
təhsilimizin inkişafında
hamılıqla çalışmalıyıq.
-Siz həm də Bələdiyyə üzvüsünüz.
Azərbaycanda bələdiyyələrdə gənclərin aktivliyi hansı səviyyədədir?
-Məlum məsələdir
ki, bələdiyyələrin
yerli özünüidarəetmədə
rolu olduqca mühümdür və demokratiyanı şərtləndirən
əsas amillərdəndir.
Sevindirici haldır ki,
bu gün Azərbaycanda bələdiyyə
sisteminin inkişafına
xüsusi diqqət və qayğı var. Bu gün yerli özünüidarəetmə qurumu
olan bələdiyyələr
ötən illərə
nisbətən daha fəaldır, sakinlərə
daha məsuliyyətlə
xidmət göstərirlər.
Bəli,
hər işdə olduğu kimi, burda da nöqsanlar
var və olacaq. Lakin əsas olan
məsələnin yaxşı
tərəflərini görüb,
mənfiləri üzərində
əzmlə çalışmaqdır.
Yaxşı tərəflərdən biri də bu
gün gənclərin
bələdiyyə idarəçiliyində
olan fəallığıdır.
Gəlin
statistikaya nəzər
yetirək. Son bələdiyyə
seçkiləri nəticəsinə,
əsasən, seçilmiş
14.963 bələdiyyə üzvündən
5.450 nəfəri gənclərdir
ki, bu da
ümumi sayın
36.42%`ni təşkil edir.
Üzvü olduğum
Binəqədi Qəsəbə
Bələdiyyəsinin də
ərazisinə daxil olduğu Binəqədi rayonunu misal çəkərək deyim
ki, ərazisində 5 bələdiyyənin fəaliyyət
göstərdiyi Binəqədi
rayonunda bələdiyyə
üzvlərinin ümumi
sayı 79 nəfərdir
və bu statistikanın 60%-ni gənclər təşkil
edir. Dövlət idarəçiliyində təkcə bələdiyyələrdə
deyil, eyni zamanda Milli Məclisdə
də gənclərimizin
sayı artmaqdadır.
Bütün bunlar onu göstərir ki, dövlətimiz gəclərin
iştirakında maraqlıdır
və bunun üçün imkanlar da yaradılır. Biz gənclərə qalan
isə işimizin öhtəsindən məsuliyyətlə
gəlməyimizdir.
Fuad Hüseynzadə
Palitra.-2016.-15 noyabr.-S.11.