İKT-nin sürətli inkişafı nəticəsində
KİV sürətli transformasiyaya məruz
qalıb
“Bu
gün xəbər çox
qısa və vizualdır. İkinci, bu gün rəqəmsallaşma
davam edir, mobil cihazlarla xəbərlər
verilir. Xəbərlərdə məzmun dəqiq
olmalıdır. Bu gün
yaxşı xəbər vermək üçün
8 saniyə kifayət edir”
İnformasiya kommunikasiya texnologiyaları bu gün həyatın bir çox sahələrini əhatə edir. Dünyada informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsi mühüm faktora çevrilib. Bu gün insanlar xəbər əldə etmək üçün məhz İKT-nin imkanlarından istifadə edirlər. Belə ki, sosial şəbəkələr, mobil telefonlar bu sahədə mühüm rol oynayır.
Beləliklə, müxtəlif İKT vasitələrindən istifadə, dünyada daha tez xəbərin əldə edilməsində önəmli rol oynayır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə tədbirlər həyata keçirilir. Ölkəmizdə təşkil olunan Dünya Xəbər Agentliklərinin V Konqresi də bu istiqamətə yönəlib. Nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları qatılıblar.
Yonas Erikson:
“Bu gün dünya əhalisi yeni rəqəmsal vasitələrlə xəbərlər əldə edir”
Tədbirdə iştirak edən nümayəndələr bu gün informasiyanın əldə olunmasında İKT-nin mühüm rolu olduğunu bildiriblər. Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn bildirib ki, Dünya Xəbər Agentlikləri Konqresində çox əhəmiyyətli mövzular müzakirə ediləcək.
OANA-nın prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov qonaqpərvərliyinə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edib: “Bu Konqresin məhz Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq xəbər arenasında oynadığı rolla bağlıdır”. S. Mixaylov TASS agentliyinin OANA ilə sıx işlədiyini nəzərə çatdırıb.
Azərbaycana inkişaf yolunda uğurlar arzulayan Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və İsveçin TT agentliyinin prezidenti Yonas Erikson bu gün dünyada müharibə, miqrasiya proseslərinin baş verdiyini xatırladıb: “Buna görə də etibarlı xəbərlər platforması çox vacibdir. Bu gün dünya əhalisi yeni rəqəmsal vasitələrlə xəbərlər əldə edir. İnanıram ki, iki gün ərzində çox səmərəli müzakirələrimiz olacaq, bir çox məsələlər həllini tapacaq”.
Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti, Küveyt Xəbər Agentliyinin (KUNA) baş direktoru Şeyx Mübarək İbrahim Əl-Sabah Prezidentin tədbirin açılışında iştirakının tədbirin əhəmiyyətini daha da artırdığını vurğulayıb: “Bu konfransın məqsədi tərəfsiz, obyektiv xəbərlərin yayılmasını artırmaq, insanlara dünyada baş verən mühüm hadisələrin mahiyyətini anlamağa kömək etməkdir. Konqres xalqları sülhə çağırır. Dözümlülüyün, tolerantlığın yayılması sahəsində bizim də böyük məsuliyyətimiz var”.
Aslan Aslanov:
“Texnoloji tərəqqi dünya axarının nizamını dəyişir və medianı da öz arxasınca aparır”
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov qeyd edib ki, dünyanın informasiya siyasətinin istiqamətini müəyyənləşdirən agentliklərin rəhbərləri Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə ölkəyə gəliblər: “Azərbaycanı yüksək aktor səviyyəsinə yüksəltdiyinə, bu tədbirə xüsusi diqqət yetirdiyi üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Tədbirə dəstəklə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm". A. Aslanov nəzərə çatdırıb ki, Azərbaycan Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edir: “21 əsr keyfiyyətcə yeni bir dövrdür. İKT-nin sürətli inkişafı nəticəsində KİV sürətli transformasiyaya məruz qalıb. Texnoloji tərəqqi dünya axarının nizamını dəyişir və medianı da öz arxasınca aparır. Yeniliyə qarşı müqavimət göstərmək yox, onunla ayaqlaşmaq lazımdır. Xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir”.
Klayv Marşal :
“Bu gün mobil vasitələrlə xəbərlərin yayılması, reklam bazarının "Google" və "Facebook"un nəzarətində olması reallığı var”
Dünya Xəbər Agentlikləri Konqresi
Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın “Press
Association” agentliyinin baş icraçı direktoru
Klayv Marşal deyib ki, bu
gün mobil vasitələrlə
xəbərlərin yayılması, reklam
bazarının "Google" və "Facebook"un nəzarətində
olması reallığı var: “Son 12 ildə peşəkar vəzifələrini
yerinə yetirən 800-dən çox jurnalist öldürülüb.
Eyni zamanda, çoxlu sayda jurnalist həbs edilir. Jurnalistlərin azadlıqda olması
vacibdir”.
Avstraliyanın PwC əyləncə və media şirkətinin
redaktoru Meqan Brounlou bu gün
xəbər agentliklərinin
ən canlı orqanizm olduğunu və dünyada baş verən dəyişiklikləri ən
tez hiss etdiyini vurğulayıb: “Bu gün
xəbər çox qısa və vizualdır. İkinci, bu gün rəqəmsallaşma davam
edir, mobil cihazlarla xəbərlər
verilir. Xəbərlərdə məzmun dəqiq
olmalıdır. Bu gün yaxşı xəbər vermək üçün 8 saniyə
kifayət edir”.
Abdelhamid
Kaşa:
“İnformasiya kommunikasiya texnologiyalarının inkişafı
xəbər agentliklərinə
ciddi təsir göstərir”
“Bakı Konqresi medianın
fərqli problemlərini, müasir dövrün
çağırışlarını, informasiya
məkanında baş verən dəyişiklikləri
nəzərdən keçirmək üçün
yaxşı imkandır”. Bu sözləri
Bakıda keçirilən Dünya Xəbər
Agentliklərinin V Konqresində iştirak
etmək üçün Azərbaycana gələn
Əlcəzairin “APS” agentliyinin baş direktoru Abdelhamid Kaşa deyib. Dünya Xəbər Agentliklərinin V Konqresinin
gündəliyi barədə fikirlərini bildirən baş direktor qeyd edib ki,
bu gün informasiya kommunikasiya
texnologiyalarının inkişafı xəbər agentliklərinə
ciddi təsir göstərir. İndi xəbər əldə etmək üçün müxtəlif imkanlar mövcuddur: məsələn,
sosial şəbəkələr, telefonlar və sair. Bütün bunlar bizim qarşımıza yeni
tələblər qoymaqla yanaşı, həm
də yeni informasiya
istiqamətləri yaradır”. Abdelhamid Kaşa vurğulayıb ki,
Konqres zamanı yüzdən çox iştirakçının media dünyasında mövcud
çağırışlara cavab vermək
üçün hansı addımların
atılacağı barədə fikirlərini dinləmək çox maraqlı olacaq. Oxucunun xəbər izləmək vərdişləri
dəyişir və informasiya agentlikləri
öz mövqelərini qoruyub
saxlamaq üçün
müxtəlif vasitələrdən istifadə etməlidirlər.
Bakı Konqresi bu sahədə
təcrübə mübadiləsi aparmaq
baxımından çox əhəmiyyətli
platforma olacaq.
Nigar Abdullayeva
Palitra.-2016.-17 noyabr.-S.11.