Nyu-Yorkda “Əli və Nino” filminin premyerası keçirilib
Dünən ABŞ-ın Nyu-York
şəhərində Qurban
Səidin müəllifi
olduğu “Əli və Nino” əsəri əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi
ilə Azərbaycanda çəkilmiş eyni adlı filmin premyerası keçirilib.
Premyera Nyu-Yorkun məşhur kinoteatrlarından biri olan “Sunshine” kinoteatrında
təşkil olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən
APA-ya verilən məlumata görə, tədbirin açılışında
çıxış edən
filmin prodüseri Kris Tikiyer dözümlülük
və multikulturalizmin dövrümüzün və
günümüzün ən
aktual məsələlərindən
biri olduğunu vurğulayaraq “Əli və Nino” filminin bu mövzuda əhəmiyyətli mesaj göndərdiyini bildirib.
Filmdə Əli rolunu canlandıran Adam Bakri nümayişdən öncə
çıxış edərək
“Əli və Nino”nun fərqli yerlərdən olan fərqli insanları bir araya gətirən
güclü sevgi hekayəsi olduğunu söyləyib.
Premyerada Azərbaycanın ABŞ-dakı
səfiri Elin Süleymanov da çıxış edərək
Qurban Səidin müəllifi olduğu bu ədəbiyyat əsərinin həm Azərbaycanın, həm də bölgənin tarixinin və mədəniyyətinin olduqca
vacib hissəsini əks etdirdiyini vurğulayıb. O qeyd edib ki, film bölgədəki
milli kimliklərin və onlar arasında
qarşılıqlı münasibətlərin
başa düşülməsi
üçün maraqlı
təqdimat rolunu oynaya bilər. Məhz buna görə, Elin Süleymanov belə müstəsna əsər əsasında
filmin hazırlanmasında
xüsusi əməyi
və töhfəsi olan Leyla Əliyevaya
dərin minnətdarlığını
ifadə edib.
“Əli və
Nino” izləyicilər tərəfindən
maraq və alqışlarla qarşılanıb. Nümayişin sonunda çoxsaylı izləyicilər filmin onlarda dərin emosional iz buraxdığını
deyiblər.
“Əli və
Nino” filmi Nyu-Yorkda kinoteatrlarda nümayiş etdiriləcək.
Mahmud
Palitra.-2016.-17 noyabr.-S.15.