Cəfər Cəfərov: “Bizim hədəfimiz böyük rəqabət dünyasında layiqli yer tutmaqdır”

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “SABAH II Tələbə Debat Forumu”nun final oyunu və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, Təhsil Nazirliyinin (TN) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Muxtar Məmmədov, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debatİctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev, SABAH qruplarının ADPU üzrə koordinator-rəhbəri Lalə Mürsəlbəyova iştirak ediblər. Qeyd edək ki, “SABAH II Tələbə Debat Forumunun final oyunu və mükafatlandırma mərasimində Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Dillər Universitetinin (ADU), Bakı Slavyan Universitetinin (BSU) və Azərbaycan Texniki Universitetinin (ATU) SABAH qruplarında təhsil alan ümumilikdə 200 nəfərə yaxın tələbəsi iştirak edib. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, SABAH qrupları və “SABAH I Tələbə Debat Forumu” haqqında videoçarx nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, “SABAH II Tələbə Debat Forumunda iştirak edən 15 komanda final mərhələsinədək 3 qrup oyunu keçiriblər. Final mərhələsinə ADİU-nin (UNEC) “Creativ buddies” və “Enigma” komandaları çıxıblar. Bu komandalar final mərhələsində “İnkişaf etməkdə olan ölkələr üçün proteksionizm siyasətinin tətbiqi sahibkarlığın inkişafında özünü doğruldurmövzusunda biliklərini sınayıblar. Finalda daha yaxşı bilik nümayiş etdirən “Creativ buddies” komandası qalib gəlib.

Rektor Cəfər Cəfərov forumda çıxış edərək qonaqları və tələbələri salamlayıb, forum iştirakçılarını təbrik edib. Bildirib ki, bu gün əlamətdar və sevincli bir gündür. Gənclər cəmiyyətin fəal və aparıcı qüvvəsidir. Azərbaycan gəncləri arasında savadlı, bilikli, bacarıqlı gənclər kifayət qədərdir və bu, bizi çox sevindirir. Belə debatlar gənclərə fikir mübadiləsi aparmaq bacarığı, polemika mədəniyyəti aşılayır. Ölkəmizin gələcəyi gənclərdən asılıdır. Biz gənclərlə çox işləməli, tədris prosesini təkmilləşdirməli, onlara keyfiyyətli təhsil verməliyik. Bizim hədəfimiz böyük rəqabət dünyasında layiqli yer tutmaq və dünyanın müasir inkişaf sürətinə uyğunlaşmaq üçün gənclərin bilik və bacarıqlara daha dərindən yiyələnmələrini təmin etməkdir. Rektor tələbələrə fəaliyyətlərini daha da genişləndirməyi, daim təşəbbüskar, yenilikçi olmağı tövsiyə edib.

Forumda TN-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Muxtar Məmmədov, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debatİctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev çıxış edərək debatların insanın şəxsi inkişafında, natiqlik mədəniyyətinin formalaşmasında, qarşı tərəfin fikrinə hörmətlə yanaşmasında mühüm rol oynadığını bildirərək tələbə-gənclərə uğurlar arzulayıblar.

Sonda mükafatlandırma mərasimi keçirilib, qaliblərə medal, kuboksertifikatlar təqdim edilib.

 

Nigar

Palitra.-2016.-17 noyabr.-S.6.