BANM İzmir
Universiteti ilə
memorandum imzalayıb
Bakı Ali Neft Məktəbində
(BANM) Ali Məktəb ilə
Türkiyənin İzmir
Çələbi Universiteti
arasında əməkdaşlıq
haqqında anlaşma memorandumu imzalanıb. Tədbirdə
çıxış edən
BANM-in rektoru Elmar Qasımov hər iki ali təhsil müəssisəsi
arasında çoxlu oxşar cəhətlərin
olduğunu bildirib. Elmar Qasımov Azərbaycan-Türkiyə
münasibətlərinin dostluq
və qardaşlıq
münasibətləri olduğunu
deyib. O, qarşılıqlı
maraq doğuran məsələlərdən danışaraq
imzalanacaq əməkdaşlıq
müqaviləsinin həm
tələbə və
professor-müəllim heyəti,
həm də bütövlükdə, iki
ali təhsil
müəssisəsi arasında
əməkdaşlığa rəvac verəcəyini vurğulayıb.
Bakı ilə İzmirin qardaş şəhərlər
olduğunu vurğulayan
Türkiyənin İzmir
Cələbi Universitetinin
rektoru Galip Akhan Azərbaycanda və BANM-də olmaqdan məmnun olduğunu bildirib. Rektor Galip
Akhan müqavilədə
hər iki tərəf üçün
vacib olan, qarşılıqlı maraq
doğuran ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində, eləcə
də qısa müddətli sənaye yönümlü kurslarda mütəxəssis hazırlığında
əməkdaşlığın nəzərdə tutulduğunu
deyib.
Sonra Bakı
Ali Neft Məktəbi ilə Türkiyənin İzmir Çələbi
Universiteti arasında anlaşma memorandumu imzalandı. Müqaviləyə
əsasən, həmçinin
müvafiq sahələrdə
tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili
və bu tədbirlərdə, eləcə
də hər iki tərəfin korporativ tədbirlərində
tələbə və
əməkdaşlarının qarşılıqlı iştirakının
təmin edilməsi, birgə elmi-tədqiqat layihələrinin işlənib
hazırlanması, o cümlədən
Ömürboyu təhsil
konsepsiyası çərçivəsində
biliklərin yayılması
istiqamətində birgə
tədbirlərin həyata
keçirilməsi nəzərdə
tutulur.
Sonda rektor Elmar Qasımov İzmir Cələbi Universitetinin rektoru Galip Akhana BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.
Nigar
Palitra.-2016.-22
noyabr.-S.15.