Prezident təqaüdçüsü:
“Məhz BANM gələcək planlarımı gerçəkləşdirə
bilər”
BANM Prezident təqaüdçüləri ilə bağlı yeni bir layihəyə başlayır. Bu layihə “BANM-in Prezident təqaüdçülərinə 10 sual” adlanır. Beləliklə, sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Reyhanə Kərimli cavablandırır.
-Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.
-Mənim adım Reyhanə Kərimlidir. 1998-ci il dekabr ayının 19-da Sabirabad rayonunda anadan olmuşam. 2005-ci ildə Belarus Respublikasının Qrodno şəhərində təhsilə başlamışam. Daha sonra, 2007-ci ildən Bakı şəhəri Nizami rayonu 272 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm və 2016-cı ildə elə həmin məktəbin məzunu olmuşam.
-İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
-İmtahan dövrü ilə bağlı unudulmaz təəssüratlarım var. Həmin dövrdə bir qədər həyəcan və narahatçılıq keçirməyimə baxmayaraq, imtahanda göstərdiyim nəticənin sayəsində bütün yorğunluq və sıxıntı bir anda xoş bir xatirəyə çevrildi.
-Nə qədər
bal topladınız?
-Məqsədimin 700 bal olmasına baxmayaraq, qəbul imtahanında 690 bal toplayaraq Prezident təqaüdçülərinin sırasına daxil oldum.
-Niyə məhz BANM-i seçdiniz?
-BANM-in
ilk açıldığı ildən yüksək bal toplayan tələbələrin
buraya üz tutmasını görüb,
“əgər nə vaxtsa yüksək bal toplasam, mən də buranı seçəcəyəm” - deyə
düşünürdüm. 10-cu sinifdə oxuyanda
BANM haqqında bir qədər də məlumat topladım və əmin oldum ki, məhz
BANM mənim gələcək
planlarımı gerçəkləşdirə
bilər.
-Ailənizin oxumağınızdakı
rolu haqqında nə demək istərdiniz?
-Ailədə mənim kiçik yaşlarımdan
oxumaq həvəsimin şahidi olmuşdular və həmişə mənim təhsilimi davam etdirməyimi dəstəkləyiblər.
-Ən böyük
arzunuz nədir?
-Hər bir tələbə
kimi mənim də arzularım, daha doğrusu, məqsədim var. Hazırda
ən böyük məqsədim BANM-də yaradılmış şəraitdən
istifadə edərək
peşəkar mühəndis
olmaqdır.
-İxtisasınız
haqqında nə demək istərdiniz?
-Mənim fikrimcə, hələlik hazırlıq
kursunda oxuduğumdan ixtisasım haqqında tam məlumatım yoxdur, amma bu ixtisası
seçməzdən əvvəl
BANM-in rəsmi səhifəsindən
və digər mənbələrdən maraqlanaraq
Proseslərin avtomatlaşdırılması
mühəndısliyi ixtisasının
məhz mənim arzuladığım sahə
olduğuna əmin oldum.
-Hobbiniz nədir?
-Boş vaxtımda əsasən, musiqiyə qulaq asıram, amma maraqlı kitaba rast gələndə
oxuyuram, xoşuma gələn eskizlər görəndə onların
rəsmini çəkirəm.
-Başqa hansı maraqlarınız var?
-Uşaqlıqdan rəqsə,
gimnastikanın müxtəlif
növlərinə, skripka
və fortepiano musiqi alətlərinə marağım
var. Həmçinin, ingilis
dilindən başqa, gələcəkdə alman
dilini də öyrənmək istəyirəm.
-Hansı janrda kitabları oxuyursunuz?
-Janrından asılı olmayaraq klassik əsərləri oxuyuram,
amma oxuduğum kitabların içində
daha çox povestlər üstünlük
təşkil edir.
Nigar
Palitra.-2016.-24 noyabr.-s.13.