Sosial şəbəkələrdən səmərəli istifadə edirik

 

Elşən Qənbərov:

“Yaşadığımız dövr artıq İKT-nin hər sahədə və ən məhsuldar şəkildə istifadə dövrüdür

Türkiyənin Erciyes Universitetinin magistrı Elşən Qəmbərovla müsahibəni təqdim edirik

-Öncə özünüz haqqında danışmağınızı istərdik.

-Mən, Elşən Qənbərov 1989-cu ildə Azərbaycanın Yardımlı rayonunda dünyaya göz açmışam. Orta təhsilimi Cəlilabad, Yardımlı və Lənkəran şəhərlərində almışam. Bakalavr dərəcəsinə isə Türkiyənin nüfuslu universitetlərindən olan Erciyes Universitetinin Yapon Dili və Ədəbiyyatı bölümündə başladım. Artıq 2-ci kursa başlayanda Kayseri şəhərindəki azərbaycanlıların təmsilçisi seçildim. Bu ərəfədə Azərbaycanın Ankara səfirliyi Təhsil müşavirliyinin tələbə təmsilçiliyi olaraq seçildim. 2-ci kursun ortalarında Kayseri şəhərində fəaliyyət göstərən Türk Dünyası və Akraba Toplulukları Təşkilatına 14 ölkə təmsilçisindən 11-nin səsini alaraq seçildim. Bu quruluşda rəhbər olduğum müddət ərzində sosial və mədəni olaraq bir çox ölkənin və həmçinin Azərbaycanın tanıtım proqramlarını həyata keçirdik. Bakalavr təhsilimin sonlarına doğru Kayseriyə təhsil almağa gələn xarici tələbələrin sayının artdığını gördükdə isə fəaliyyət apardığım Türk Dünyası və Akraba Toplulukları təşkilatının yetəri qədər xarici tələbəni bir araya toplama potensialının olmadığı üçün Kayseri Yabancı Uyruklu Öğrenciler Konseyini (KAYÖK -Kayseri Əcnəbi Mənşəli Tələbələr Şurası) qurdum. Şuraya bağlı olan ölkə sayı artıq 42-dir. Şuraya 700-dən çox tələbə üzv idi. Şuramız universitetə bağlı deyildi. Fəaliyyətimi bəyənən universitet təşkilatı rəsmiləşdirməyi təklif etdi. Qəbul edib Erciyes Universiteti Əcnəbi Mənşəli Tələbələr Koordinatorluğunu (ERYÖK) qurub şuranın fəaliyyətini dayandırdım. ERYÖK-ə artıq 89 ölkədən 1500 tələbə üzv idi. Bakalavrı bitirdikdən sonra, yapon dilini daha da inkişaf etdirmək məqsədi ilə Yaponiyada 3 aylıq proqrama yazıldım. Yaponiyadan geri gəldikdən sonra isə magistraturaya imtahan verib Erciyes Universitetinin Beynəlxalq iqtisadiyyat bölümünü qazandım. Hazırda elmi yazıram. Azərbaycan ilə əlaqəli fəaliyyətlərimi davam etdirirəm. 2014-cü ildə Talas Bələdiyyəsi və Kayseri Valiliği ilə bərabər yürütdüyüm bir proqram çərçivəsində Kayserinin ən özəl yerində Xocalı Parkının təməlini atdıq. Hazırda Parkın Anıt və Muzey planları üzərində çalışmalarımı davam etdirirəm. Eyni zamanda özəl bir firmadan gələn təklifini qəbul edib Beynəlxalq Ticarət və Marketinq sahəsində firmanın işlərini aparıram.

-Erciyes Universiteti hansı özəlliyi ilə seçilir?

-Erciyes Universiteti Kayserinin gözəl bir yerində qurulub, burada müasir avadanlıqlarla qurulan istənilən fakültə var. Erciyezi XXI əsrə xitab edən bir universitet adlandıra bilərik. Hətta Türkiyədə hal-hazırda 5-10-cu sıradadır. Tibb, mühəndislik dil sahələrində, hətta bəzi dil bölümlərində birinci sıradadır. Məsələn, Yapon dili fakültəsi bu il birinci oldu. İqtisadiyyat fakültəsində mənim müəllimlərimin çoxu Amerika Avropada dərəcələrini alıblar. Universitetin fakültələrini xeyriyyəçi kayserililər tikib. Hətta rektorluq binasını da xeyriyyəçilər inşa edib. Universitet çox uzun planlı sistem ilə işləyir daha çox gənclərə xitab edir. Çünki universitetdə gənc beyinlər yetişdirilir onların rahat edilməsi üçün hər cür şərait yaradılıb. Universitetdə idman zalları, üzgüçülük hovuzları, tennis kortları, futbol, voleybol meydançaları, tələbələrin istirahət etməsi üçün parklar kafelər var. Türkiyədə iki-üç universitetdə tələbələrə xidmət edən tramvay xətti var. Məsələ ondadır ki, tələbələr yalnız yataqxanalarda qalmırlar, həm kirayə tutduqları özəl mənzillərdə yaşayırlar. Universitetə gəlib-gedəndə çətinlik olmasın deyə, avtobusla bərabər, tramvay da istifadəyə verilib. Universitetin müəllimləri üçünlojmanlar”-villalar ayrılıb, xarici azərbaycanlı müəllimlər orda qalırlar. Tələbələr yataqxanalarla bərabər, lojmanlarda qala bilirlər. Kayseri şəhərində təhsil alan xarici tələbələr üçün nəqliyyat vasitələrindən istifadə etmək ödənişsizdir.

-Erciyes Universitetində təhsildə İKT-dən dərəcədə istifadə edilir?

-Təhsildə müasir səviyyəni tutmanın ən əhəmiyyətli şərti, bəlkə , məzmundur. Məzmun qədər əhəmiyyətli olan bir digər şərt isə bu məzmunun təqdim edildiyi vasitə üsullardır. Bu vasitə üsulların ən əhəmiyyətlisi isə texnologiya sahəsidir. Texnologiya artıq təhsildə təlimçilər, məktəblər kitablar qədər imtina edilməz bir vasitə halını alıb. Artıq dünya oxuma-yazıçılıq mövzusunu deyil, kompüter savadlılıq mövzusunu müzakirə edir. İnformasiya texnologiyaları, bir cəmiyyətin inkişaf göstəricilərinin başında gəlir. Erciyes Universiteti , dediyim kimi, 21-ci əsrə xitab edir ayaqlaşmağa çalışır. Hardasa hər bölüm fakültənin kompüter laboratoriyaları elektron kitabxanaları var. İstəyən üçün hər cürə şərait var. Universitetin ödənişsiz wi-fi şəbəkəsi var. Təbii ki, informatika sahəsində hər zaman yeniliklər olur universitet çox böyük büdcəsini bu sahəyə ayırıb.

-Ümumiyyətlə, təhsildə İKT-nin imkanlarından yararlanmağın kimi perspektivi var?

-Yaşadığımız dövr artıq İKT-dən hər sahədə ən məhsuldar şəkildə istifadə dövrüdür. Xüsusilə təhsil, texnologiyanın ən çox istifadə edilməsi lazım olan sahələrdən biri olduğunu düşünürəm. Çünki təhsildə texnologiyanın istifadəsi anlamağı asanlaşdırır, bir çox mövzunu konkretləşdirir, məlumata ən sürətli şəkildə çatma imkanı təqdim edir, geniş kütlələrə çataraq rəqəmsal uçurumun azalmasını təmin edir. Türkiyədə ölkəmizdə işlər, müstəqil layihələr ictimai məsuliyyət işlərinin kənarına hələ keçə bilmədi. Bu səbəblə lazım olan infrastrukturun tamamlanması texnologiyadan istifadənin milli təhsil strategiyasının əhəmiyyətli bir parçası halına gəlməsi lazımdır. zaman ictimai bir problemlə qarşılaşsaq, bu problemin səbəbini düşünüb "təhsilin qədər əhəmiyyətli lazımlı olduğu nəticəsinə" çatırıq. Ancaq artan əhali, dəyişən dünya, maraq ehtiyacların hər keçən gün çeşidlənməsi, dünyasında artan rəqabət qarşısında ənənəvi təhsil anlayışımız qədər kafidir?

-Erciyes Universitetindəki gənclərimiz təşkilatlana biliblərmi? Bu istiqamətdə hansı addımlar atırsız?

-Universitetdəki gəncləri bir araya toplamaq bir arada saxlamaq üçün çeşidli təbdirlər həyata keçiririk. Hər ay bir araya gəlib toplantılar edirik. Tələbələrin etdikləri ilə maraqlanıb, hər birinin Azərbaycan üçün dərəcədə önəmli olduqlarını hiss etdirməyə çalışırıq. Ankaradakı səfirliyimiz ilə bərabər, Azərbaycan tarixinə iz buraxmış şəxsiyyətlərimizin anım günlərini, Azərbaycanın Müstəqillik Günü, Həmrəylik Günü, Xocalı faciəsi başqa proqramları Azərbaycandan dəvətimizlə proqramlarımıza qatılan millət vəkilləri, çeşidli QHT nümayəndələri, jurnalistlər, tarixçilərə bərabər həyata keçiririk. Sadəcə, Kayseridəki azərbaycanlı tələbələr ilə deyil, ətraf şəhərlərdəki azərbaycanlılar ilə daimi olaraq əlaqə halında qalırıq.

-Gənclərimiz sosial şəbəkələrdə istənilən səviyyədə həmrəylik nümayiş etdirirlərmi?

-Gənclərimiz çox istedadlı vətənpərvərdirlər. Artıq insanların 80%-i sosial şəbəkələr vasitəsilə xəbərləşir yenilikləri buradan izləyirlər. Təbii ki, bizlər əlimizdə olan fürsətləri maksimum dərəcədə dəyərləndirib, sosial şəbəkələrdən səmərəli şəkildə istifadə edirik. Son illərdə təşkilatlanmağımızda ən önəmli rolu məhz sosial şəbəkələr təşkil edir.

-Ölkəmizin təbliğini yetərincə apara bilirsizmi?

-Əlimizdən gəldiyi qədər təbliğat aparırıq. Türkiyədə həmrəy olmaq mənə görə asandır. Çünki türk xalqı bizi özündən ayırmır. Hakimiyyət həyata keçirdiyimiz proqramlara yetəri qədər dəstək verir. Lobbimizi təkcə Türkiyədə deyil, Avropa Amerikada gücləndirməliyik. Erməni lobbisi olmamış soyqırımı dünyaya qəbul etdirir. Bizlər isə 21-ci əsrdə dünyanın gözü qabağında törədilmiş Xocalı faciəsini hələ dünyaya tam şəkildə çatdıra bilmirik. Çox təəssüf edirəm ki, biz gənclər yetəri qədər aktiv deyilik. Bizim hədəfimiz artıq Türkiyə olmamalıdır. Biz dünyadakı həmyerlilərimizlə olan bağlantılarımızı gücləndirməliyik. Bu nöqtədə bir öncəki sualınızda qeyd etdiyiniz sosial şəbəkələrdən istifadə etməliyik. Hər şeyi səfirliklərdən ya başqa dövlət qurumlarından gözləmək olmaz.

-Universitetdəki digər xalqların tələbələri ilə münasibətləriniz necədir? Yəni onlara ölkəmizlə bağlı məlumatları verə bilirsiz?

-Həyata keçirdiyimiz hər bir proqrama məhz əcnəbi tələbələrin qatılmağı üçün əlimdən gələni edirəm. Çünki bu tələbələr universiteti bitirdiktən sonra öz ölkələrinə qayıdacaq müəyyən vəzifələrdə çalışacaqlar. Biz bu tələbələr sayəsində öz diaspor fəaliyyətimizi daha real həyata keçirə bilərik.

-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?

-Ölkəmizin xaricdə təhsilə daha çox sərmayə ayırmalı olduğunun tərəfdarıyam. Xaricdə təhsil tələbələrə çox şey verir. Tələbələr təhsil aldıqları ölkənin dilini, mədəniyyətini, yaşam tərzini, insanların düşünmə qabiliyyətini və ən önəmlisi ölkələrin idarəetmə formalarını öyrənirlər. Mən təhsili bitirdikdən sonra Azərbaycana geri dönməyin tərəfdarıyam. Azərbaycan gənc ölkədir. Amerika, Avropa və Asiyanın inkişaf etmiş ölkələrinin təcrübələri ölkəmizə çox şey qatacağına inanıram.

-Ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində hansı töhfələr vermək istərdiniz?

-Ölkəmizin ilk öncə təhsilinin inkişafı istiqamətində addımlar atardım. Yaxşı təhsil insana tərbiyə də verir. Təhsilin keçirdiyi tarixi proses cəmiyyətdən-cəmiyyətə fərqliliklər göstərir. Bütün cəmiyyətlərin keçirdiyi müddəti bir yazı çərçivəsində, təbii ki, ələ almaq mümkün olmaz. Ancaq ümumi mənada baxıldıqda ölkəmizə birbaşaya dolayı şəkildə təsir edən ictimai tarixi prosesi bu şəkildə yekunlaşdırmaq mümkün olar. Təhsilin sahib olduğu gücün fərqinə varan ictimai qruplar arasında təhsil bir mübarizə sahəsi halına gəlib.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-25 noyabr.-S.11.