Dərsin təşkilində daim yeniliklər edilməlidir
Azərbaycan
Dövlət Pedaqoji Universitetində (ADPU)
ABŞ-ın Nyu-York Texniki
Universitetinin Fulbrayt
proqramı ilə universitetdə çalışan Ph. Doktoru Melda Yıldız
multilinqual, multikultural
və multimedia təhsilə
həsr olunmuş konfrans keçirib. Tədbirdə ADPU-nun rektoru,
professor Cəfər Cəfərov,
Filologiya fakültəsinin
dekanı, professor Buludxan
Xəlilov, İngilis dili və onun
tədrisi metodikası
və İngilis dili kafedralarının
professor və müəllimləri,
Filologiya fakültəsinin
“İngilis dili” ixtisası üzrə təhsil alan tələbələri iştirak
ediblər.
Melda Yıldız
konfransda multilinqual, multikultural və multimedia təhsil haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir
dövrümüzdə yeni
metodlar və onların tətbiqi, tələbələrin ingilis
dilinə mükəmməl
yiyələnmələri, bu dili səlis,
yüksək səviyyədə
öyrənmələri xarici
dil müəllimlərinin
qarşısında duran
önəmli vəzifələrdəndir.
Multilinqual, multikultural və
multimedia təhsildə tədris
tədris planı və proqramların, dərsliklərin dəyişdirilməsi
istiqamətində aparılır.
Təhsil proqramına uyğun
olaraq müasir fəal-interaktiv təlim metodlarına üstünlük
verilir. XXI əsrin təhsil sistemində müəllimlərin
fəal-interaktiv üsulların
tətbiqinə yönəlmiş
təlimi diqqət mərkəzindədir.
Hər bir ölkənin inkişafı,
əhalisinin həyat səviyyəsi onun elmi və intellektual
potensialı ilə ölçülür. Son zamanlar təhsil sahəsində həyata keçirilən islahatlar,
baş verən keyfiyyət dəyişikləri
təhsilin məzmununa
və strukturuna ciddi şəkildə təsir edib. Yüksək
elmi potensiala və elmi-tutumlu texnologiyalara malik ölkə kimi Azərbaycan təhsili də inkişaf edir. Təhsilin informasiyalaşdırılması
sahəsində əhəmiyyətli
nailiyyətlər əldə
edilir. Həyata keçirilən böyük
dəyişikliklərdə xüsusi əhəmiyyət
kəsb edən məqamlardan biri ali təhsilin
qabaqcıl Avropa və dünya təhsil məkanına inteqrasiya etməsidir. Təhsil ictimai proses olaraq cəmiyyətdə
insanların maraqlarının
təmin edilməsinə
xidmət edir. Təhsil sahəsində aparılan
islahatların məqsədi
təlim-tərbiyə prosesinin
səmərəliliyini artırmaqdır.
Konfransda bu məqsədə nail olmaq
üçün təlimin
struktur və formalarının, mərhələ
və metodlarının
yeniləşdirilməsi, pedaqoji
innovasiyalardan istifadə
və tətbiq, xarici dilin tədrisinin
milli-mənəvi dəyərlərimizin
nəzərə alınmaqla
reallaşmasına nail olmaq
ən vacib amillər kimi nəzərə çatdırılıb.
Qeyd edilib ki, gənclərin
təhsilə marağının
artırılması üçün
təhsildə fundamental dəyişikliklər
aparılmalı, metodika
sahəsində isə
müasir dünyamızın
önəm verdiyi təlim üsullarından
istifadə edilməlidir.
Xarici dil dərslərində qrup şəkilli işlərin təşkili,
proyektorlardan istifadə,
slaydlarla təqdimat, diskussiyalar, İKT-dən istifadə, rollu oyunlar, debatlar sübut edir ki, daim dərsin
təşkilində edilən
yeniliklər və texnologiyaların inkişafı
xarici dilin öyrənilməsinə marağı
artırır.
Konfransda ADPU-da təhsilin inkişaf perspektivləri,
ölkəmizdə mövcud
olan müəllim hazırlığı ənənələrini
qoruyub-saxlamaqla qabaqcıl
beynəlxalq təcrübənin
ümumiləşdirilib tətbiq
edilməsi, yeni strategiya və konsepsiyalar və mədəniyyətlərarası dialoqla bağlı səmərəli fikir mübadiləsi aparılıb. Qeyd edək
ki, belə konfranslar mədəniyyətlərarası
dialoqun genişləndirilməsinə
səmərəli təsir
göstərir.
Nigar
Palitra.-2016.-25 noyabr.-S.6.