AMEA-nın Mərkəzi Elmi
Kitabxanasında yeni kitabların təqdimatı
keçirilib
Ötən gün AMEA Mərkəzi
Elmi Kitabxanasında (MEK) noyabr ayı ərzində MEK-ə təqdim
olunan kitabların təqdimatı keçirilib.
Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova
təqdimatı giriş sözü
ilə açaraq, Mərkəzi Elmi Kitabxananın beynəlxalq kitab
mübadiləsi barədə tədbir
iştirakçılarını məlumatlandırıb. Təqdimatçı Fondların
Formalaşdırılması bölməsinin əməkdaşı
Sevil Əliyeva MEK-in
mübadilə apardığı ölkələr haqqında
məlumat verərək, qeyd edib ki, Mərkəzi Elmi Kitabxana cəmiyyətin
bir hissəsi kimi xarici ölkələrlə mədəni-elmi əməkdaşlığın
genişlənməsi istiqamətində
çalışır. Bakı Dövlət Universitetinin
müəllimi, filologiya elmləri doktoru Vaqif Sultanlı oxu mədəniyyətinin formalaşmasında
bu səpkidə təqdimatların
keçirilməsinin təqdirəlayiq olduğunu
ifadə edib. O, xarici
ölkələrin kitabxanalarında Azərbaycan bölməsinin
yaradılması təklifini irəli sürub.
Araşdırmaçı-jurnalist, "Diaspor"
jurnalistləri birliyinin sədri Fuad Hüseynzadə dünya
universitet kitabxanalarında Azərbaycan
guşəsinin yaradılması və bu
layihənin daha da perspektivli olması üçün
Mərkəzi Elmi Kİtabxananı birgə
əməkdaşlığa dəvət edib.
AMEA Fəlsəfə İnstitutunun elmi işçisi İlham Soltanov kitab və kitabxanaların mənəvi əxlaqımızın
formalaşmasında müstəsna rol
oynadığını vurğulayıb. BDU-nun
müəllimi, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Şahlar Əsgərov,
AMEA İqtisadiyyat İnstitutunun
əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Yaşar Məmmədov, AMEA Memarlıq və
İncəsənət İnstitutunun əməkdaşı,
sənətşünalıq üzrə fəlsəfə doktoru İmaş
Hacıyev, AMEA Molekulyar Biologiya
və Biotexnologiya İnstitutunun
əməkdaşı Ələmdar Məmmədov tədbirlə
bağlı fikirlərini bölüşərək mədəniyyətimizin,
tariximizin təbliğində bu cür tədbirlərin
keçirilməsinin əhəmiyyətindən bəhs etdilər.
Sonda tədbir iştirakçıları
sərgi ilə tanış olub xatirə
şəkli çəkdiriblər.
Fuad
Palitra.-2016.-25 noyabr.-S.4.