Oqtay Əsədov Rusiya
Dövlət Dumasının sədri ilə görüşüb
MDB
PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi
komissiyalarının iclaslarına qatılmaq məqsədilə
Sankt-Peterburqa səfər edən Milli Məclisin sədri Oqtay
Əsədovun başçılıq etdiyi nümayəndə
heyəti Dövlət Dumasının sədri Vyaçeslav
Volodinlə görüşüb.
Milli Məclisin mətbuat
xidmətindən bildirilib ki,
iki ölkənin parlamentləri
arasında münasibətlərə toxunan
Vyaçeslav Volodin Rusiya və Azərbaycan qanunvericilik
hakimiyyətlərinin nümayəndələrinin intensiv dialoqu olduğunu vurğulayıb. Oqtay Əsədov Azərbaycan
ilə Rusiya arasında münasibətlərin
çox yüksək səviyyədə olduğunu deyib. Ölkələr
arasında 200-dən çox ikitərəfli
sənədin imzalandığını xatırladan sədri bildirib ki, iqtisadi
münasibətlər sürətlə inkişaf
edir: “Azərbaycanda Rusiya
kapitalı ilə 600-dən çox
şirkət fəaliyyət göstərir. Rusiya
Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə
yatırıb. Azərbaycanın Rusiyadakı investisiyaları
1 milyard dollardan
artıqdır”. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa
Mirzəyev, MDBParlamentlərarası Assambleya
Şurasının baş katibinin
müavini Aydın Cəfərov, Dövlət
Dumasının beynəlxalq məsələlər komitəsinin
sədri Leonid Slutski,
Dövlət Dumasının MDB, Avrasiya
inteqrasiyası və həmvətənlərin işləri
üzrə komitəsinin sədri Leonid Kalaşnikov və başqaları iştirak ediblər.
Palitra.-2016.-25 noyabr.-S.4.