İKT-nin inkişafında 2014-2020-ci illər üzrə Milli Strategiyanın rolu

 

Dövlət informasiya cəmiyyətinin inkişafı üzrə əsas tədbirlərin işlənib hazırlanmasını təmin edir

 

Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişafı daima dövlət səviyyəsində diqqətdə saxlanılır. Bununla bağlı bir sıra sərəncam proqramlar qəbul olunub. Bu baxımdan yada salaq ki, 2014-cü il 2 aprel tarixində Prezident İlham Əliyevin müvafiq sərəncamı iləAzərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyatəsdiq edilib. Sərəncamda qeyd edilir ki, bu gün İKT respublikanın davamlı dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir.

Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların cəmiyyətin mövcud imkanlardan, məhsul xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması onların İKT biliklərinin, bacarıqlarının hazırlığının yüksəldilməsi, “elektron hökumət”in inkişaf etdirilməsi dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT infrastrukturunun İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, yüksəkixtisaslı mütəxəssislərin elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası vacibdir.

İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaq. Məhz internet iqtisadiyyatı yeni istifadə iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır.

Sənəddə bildirilir ki, ölkədəelektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir: “Ölkədəelektron hökumət”in zəruri infrastrukturları yaradılıb. “Elektron hökumətportalı artıq fəaliyyət göstərir, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsi aparılır, elektron imzanın istifadəsi üçün infrastruktur sertifikat xidmətləri mərkəzləri yaradılıb. Nəticədə e-imzanın tətbiqi genişlənir, dövlət orqanları tərəfindən müxtəlif elektron xidmətlər göstərilir. HazırdaElektron hökumətportalına qoşulmuş dövlət qurumlarının elektron xidmətləribir pəncərəprinsipi əsasında əhaliyə təqdim edilir”.

 

Cəmiyyətin İKT-nin məhsul xidmətlərinə artan tələbatı təmin olunmalıdır

 

Milli Strategiyada mövcud vəziyyət təhlil edilərək ölkənin davamlı inkişafının təmin edilməsi üçün İKT-nin prioritet sahə kimi inkişafının vacibliyi qeyd olunur.

Həmçinin bildirilir ki, cəmiyyətin İKT-nin məhsul xidmətlərinə artan tələbatı təmin olunmalıdır: “İqtisadiyyatın real sektorlarında bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndirilməlidir; İKT sahəsində rəqabətqabiliyyətli, ixracyönlü innovativ iqtisadi potensial gücləndirilməlidir; İKT sahəsinin normativ hüquqi bazası dövlət tənzimlənməsi təkmilləşdirilməlidir; “Elektron hökumət”in nüfuz dairəsi genişləndirilməli, göstərilən elektron xidmətlərin keyfiyyəti, əhatə dairəsi artırılmalı onların tam avtomatlaşdırılmış interaktiv xidmətlər şəklində həyata keçirilməsi təmin edilməlidir; Dövlət idarəçiliyinin bütün səviyyələrində yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi genişləndirilməlidir; Əhalinin müxtəlif qrupları, şəhər kənd yaşayış məntəqələri, iqtisadiyyatın müxtəlif sahələri arasında İKT-dən istifadədə mövcud fərqlilik aradan qaldırılmalıdır; Sahənin yüksəkixtisaslı İKT mütəxəssislərinə olan ehtiyacı ödənilməlidir; Milli-mədəni irsin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə geniş istifadə üçün təyin edilmiş elektron resurslar inkişaf etdirilməlidir;

İnformasiya təhlükəsizliyi üzrə ümummilli hazırlığın maarifləndirmənin səviyyəsi artırılmalıdır; Ümumi daxili məhsulda İKT-nin payı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmalıdır; Əhalinin, dövlət qulluqçularının dövlət müəssisələrində çalışan işçilərin İKT üzrə ümumi bilik səviyyəsi artırılmalıdır;

Görülən işlərə ictimai təşkilatların geniş cəlb edilməsi üçün tədbirlər görülməlidir”.

 

Əsas məqsəd ölkədə informasiya cəmiyyətinin bərqərar olmasıdır

Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir. Bu məqsədə çatmaq üçün aşağıdakı məsələlərin həlli vacib görülür: “İnformasiya telekommunikasiya infrastrukturunun artan tələbatı təmin edəcək səviyyədə müasirləşdirilməsi, keyfiyyətli xidmətlərin təqdim olunması, əhalinin, biznes qurumlarının ümumilikdə cəmiyyətin informasiya texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi lazımdır. Əhaliyə təhsil, səhiyyə, sosial müdafiə digər sosial sahələr üzrə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilməlidir. İnformasiya cəmiyyəti şəraitində effektiv tənzimləmənin həyata keçirilməsi, insan hüquqlarının, xüsusən hər bir fərdin informasiya əldə etmək ünsiyyət qurmaq hüquqları hərtərəfli sərbəst təmin edilməlidir. Rəqabətədavamlı ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, ənənəvi iqtisadiyyatdan yeni tipli iqtisadiyyata - biliklər iqtisadiyyatına keçidi təmin olunmalıdır.Elektron hökumət”in genişləndirilməsi İKT-nin tətbiqi ilə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, demokratik prinsiplərin inkişaf etdirilməsi, elektron xidmətlərin yüksək keyfiyyətinə nail olunmalıdır. İnformasiya cəmiyyəti mühitində xalqın tarixi, ədəbi mədəni irsinin qorunub saxlanılması geniş təbliği lazımdır. İnformasiya telekommunikasiya texnologiyaları sahəsində yüksək səviyyəli elmi ixtisaslı kadrlar hazırlanmalıdır. Hər bir vətəndaş üçün İKT üzrə təhsil təlim almaq imkanı yaratmaqla, informasiya İKT-dən təhlükəsiz istifadə mədəniyyəti yüksəldilməlidir. Dünya informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, cəmiyyətdə İKT-dən qanuni təhlükəsiz istifadə edilməsi, müasir texnologiyalara etimadın yüksəldilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsinə ehtiyac var. Regional beynəlxalq informasiya məkanına inteqrasiya genişləndirilməlidir”.

Milli Strategiyaya görə, informasiya cəmiyyətinin qurulması zamanı milli səviyyədə bir sıra prinsiplərə əməl olunmalıdır. Bunlar da liderlik, bərabərlilik, əməkdaşlıq, maarifləndirmə, sosialyönlülük, millilik, mərhələlilik, innovativlik, beynəlxalq əməkdaşlıqdan ibarətdir.

 

İKT-nin inkişafı onlardan istifadə ilə bağlı mövcud qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir

Milli Strategiyada informasiya cəmiyyətinin qurulmasında dövlətin aparıcı rol oynadığı vurğulanır. Qeyd olunur ki, dövlət informasiya cəmiyyətinin inkişafı üzrə əsas tədbirlərin işlənib hazırlanmasını, onların yerinə yetirilməsində biznes vətəndaş cəmiyyəti ilə tərəfdaşlığı təmin edir. Ölkənin davamlı hərtərəfli inkişafına təsir edən daha çox sosial-siyasi əhəmiyyəti olan fəaliyyətin reallaşdırılması üçün maliyyələşdirmənin təmin edilməsi dövlətin diqqətindədir.

Bununla yanaşı, Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafını xarakterizə edən göstəricilər müəyyənləşdirilir, İKT-nin inkişafı və onlardan istifadə ilə bağlı mövcud qanunvericiliyin inkişaf etdirilməsi mütəmadi olaraq təkmilləşdirilir, elm, təhsil və mədəniyyətin sürətli inkişafı, elmtutumlu informasiyatelekommunikasiya texnologiyaları məhsullarının yaradılmasını və istehsalı üçün əlverişli şərait formalaşdırılır. Dövlət, eyni zamandaelektron hökumət”in inkişafını, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasını, müəlliflik hüququnuintellektual mülkiyyətin qorunmasını, ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsini, qlobal informasiya məkanına inteqrasiya üçün digər dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin genişləndirilməsini təmin edir.

Milli Strategiyanın prioritet istiqamətləri Konsepsiyaya uyğundurbunlardan ibarətdir: “1. İKT infrastrukturu və xidmətləri. 2. Yüksək texnologiyalar sektorunun inkişafı. 3. Yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi. 4. “Elektron hökumət”in inkişafı. 5. İKT - cəmiyyətin inkişaf amili kimi. 6. Kadr hazırlığı. 7. İnformasiya təhlükəsizliyinin təmin edilməsi. 8. Milli kontentin inkişaf etdirilməsi”.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-26 noyabr.-S.11.