“İKT Həftəsi” başlayır

 

Elmir Vəlizadə:

“Artıq elektron ticarətlə bağlı layihənin ilk sınağına da başlamışıq. Bu layihənin iqtisadi cəhətdən üstünlükləri var. Biz bu layihəni Çindən Azərbaycana daşıyaraq emal edib digər ölkələrə çatdırılmasını təmin edəcəyik”

 

İnsanlar İnformasiya kommunikasiya texnologiyaları, bu sahədə baş verən yeniliklərlə ilə tanış olmaq müxtəlif vasitələrdən istifadə edirlər. Adətən, İKT ilə bağlı yeni məlumatları internetdən əldə edilsə də, bu sektorda sərgilərin də böyük rolu var. Ölkəmizdə də İKT-nin inkişafına davamlı olaraq diqqət yetirilir. Bu istiqamətdə reallaşan tədbirlərdən biri də məhz İKT ilə bağlı sərgilərin keçirilməsidir. Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Telekommunikasiyaİnformasiya Texnologiyaları” - “Bakutel 2016” Sərgi-Konfransı başlayır. Regionun ən böyük sahəvi tədbirlərindən biri olanBakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya sahəsinin aparıcı iştirakçılarını bir araya toplayır.

 

Builki sərgi dünyanın 18 ölkəsini təmsil edən 200-ə yaxın şirkəti bir araya toplayır

İnformasiya texnologiyaları üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğuyeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Son bir neçə il ərzində Prezident İlham Əliyevin, habelə beynəlxalq təşkilatları təmsil edən digər rəsmi nümayəndələrin sərgini açılış günündə ziyarət etmələri onun yüksək statusunu təsdiq edir. “Bakutel” sərgisi RYTN-in dəstəyi ilə keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzundan xəbər verir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər.

BuilkiBakutel” sərgisi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illik yubileyi ilə üst-üstə düşür. Elə bu səbəbdən də sərginin keçirildiyi müddət “İKT Həftəsi” kimi xarakterizə olunur. Qeyd edək ki, 135 il bundan əvvəl Bakıda “Nobel Qardaşları Cəmiyyəti” tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda telefon rabitəsinin əsası qoyulur. Bu gün Azərbaycanın informasiya və yüksək texnologiyalar sektoru öz inkişaf templərinə görə qeyri-neft sektorunun aparıcı sahəsidir və builki sərgi sözügedən inkişaf prosesini əyani şəkildə əks etdirəcək.

Builki sərgi dünyanın 18 ölkəsini təmsil edən 200-ə yaxın şirkəti bir araya toplayır. Tədbir iştirakçılarının 40 faiziniBakutel” sərgisinin daimi eksponentləri təşkil edir. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır. “Bakutel” sərgisinin builki qeydiyyat sponsoru qismində “Azerfon” şirkəti çıxış edir. Tədbirin texnologiyalar üzrə sponsoru isə sərginin keçirildiyi günlər ərzində bütün sərgi ərazisini ödənişsiz simsiz internet (“Wi-Fi”) ilə təmin edəcək “Eurodesign” şirkətidir.

Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər. Bakıda keçirilən sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında Fransanın “Vivaction”, Rusiyanın “Balt-Energo” şirkətləri, BelarusunBeltelecomkimi dövlət strukturları, Xorvatiyanın “Banksoft”, “Secom”, “Span”, Amerikanın “DELL EMC”, Ukraynanın “MUK”, Çinin “FEC” və “BBT Telecom” şirkətləri, eləcə də “CBC sport TV”, “GSS” və digər yerli şirkətlər var.

 

“Danışan kitabxana” layihəsi təqdim ediləcək

RYTN-in dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunması “Bakutel” sərgisinin ənənəsinə çevrilib. Bu il dünyanın 9 ölkəsi - Niderland Krallığı, Avstriya, Belarus, İran, İtaliya, Sloveniya, Türkiyə, XorvatiyaFransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər. Qeyd edək ki, Niderland Krallığı milli pavilyonla sərgidə ilk dəfə təmsil olunur.

İlk dəfə olaraq sərgi çərçivəsində RYTN-in tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imzainfrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər nümayiş olunacaq.

Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana”, dünyadaGoogle Art Projectkimi “Muzeylərin rəqəmsallaşdırılması” layihələri də təqdim ediləcək. Burada gənc mütəxəssislərə, habelə startapçılara potensial investorlarla əməkdaşlıq, eləcə də, öz ideya, məhsul və xidmətləri barədə məlumat vermək imkanı yaradılacaq.

Dörd gün davam edən sərgi rabitə, telekommunikasiya, peyk rabitəsi texnologiyaları, informasiyaofis texnologiyaları, 4G-5G mobil şəbəkə və “bulud” texnologiyaları sahəsində xidmətlər, “Elektron hökumət”, informasiya təhlükəsizliyi, kosmik texnologiyalar seqmentlərini əhatə edəcək.

Dünyanın tanınmış İT şirkətlərindən “Huawei” şirkəti sərgidə “My Beautiful Azerbaijan” (“Mənim gözəl Azərbaycanım”) layihəsini təqdim edəcək, “ZTE” şirkəti isə sərginin qonaqlarını “Smart Cities” konsepsiyası ilə tanış edəcək.

 

Nazir müavini:

Poçt xidməti ilə bağlı “Şəbəkə” layihəsinin fəaliyyətə başlaması gözlənilir”

Sərgi ilə bağlı keçirilən mətbuat konfransında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə mətbuat konfransında çıxışı zamanı bildirib ki, sərgi çərçivəsində nazirliyin tabeli qurumları məhsul və xidmətlərini təqdim edəcəklər.Nazirliyin stendində telekommunikasiya, poçt, yüksək texnologiyalar, peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imzainfrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş nailiyyətlər nümayiş olunacaq. TİER-3 səviyyəli Data Mərkəz iki dəfə sertifakata layiq görülüb. Birinci sertifikatı özünəməxsus dizaynına görə, digər sertifikatı isə Avadanlıq sertifikatıdır ki, (Facility sertificate), Data Mərkəzdə yaradılan infrastruktura görə verilib. TASİM layihəsinin bir hissəsi olaraq həm də Data Mərkəzin mövcudluğu Azərbaycanı informasiyanın saxlanılması, yayılması mərkəzinə çevirəcək”, - deyə nazir müavini qeyd edib.

E.Vəlizadə TASİM layihəsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edib və vurğulayıb ki, “Bakutel” sərgisi çərçivəsində qeyri-formalar danışıqlar aparılacaq.

Nazir müavini elektron ticarətlə bağlı yeni layihəyə də başlayacaqlarını bildirib: “Artıq elektron ticarətlə bağlı layihənin ilk sınağına da başlamışıq. Bu layihənin iqtisadi cəhətdən üstünlükləri var. Biz bu layihəni Çindən Azərbaycana daşıyaraq emal edib digər ölkələrə çatdırılmasını təmin edəcəyik”.

E.Vəlizadə qeyd edib ki, poçt xidməti ilə bağlı “Şəbəkə” layihəsinin fəaliyyətə başlanılması gözlənilir. “Biz bu layihə ilə vətəndaşların bir mərkəzə müraciət edərək müxtəlif poçt və rabitə xidmətlərindən bir yerdə yararlanmalarını təmin edəcəyik”.

E.Vəlizadə televiziyaların rəqəmsal keçidlə bağlı istifadə olunmuş tezliklərin yenidən istifadəsi mümkünlüyünü qeyd edib. Nazir müavini vurğulayıb ki, bu tezliklərdən mobil operatorların istifadə etməsi mümkündür.

 

“İKT Həftəsi”nin işgüzar tədbirlərdən ibarət 4 günlük proqramı da olduqca zəngindir

 

Sərginin işgüzar proqramı çərçivəsində Regional Rabitə Birliyinin (RRB) İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli İşçi qrupunun 4-cü toplantısı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT sahəsi üzrə İşçi qrupunun 1-ci toplantısı və birinci Nazirlər Toplantısı keçiriləcək. Eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hulin Zaonun yerli startapçılarla görüşü təşkil olunacaq.

29-30 noyabr tarixində “Hilton” Hotelində keçiriləcək “Əşyaların interneti: Növbəti nəsil” konfransında yüksək aktuallıq daşıyan “əşyaların internetimövzusuna toxunulacaq. Konfrans RYTN tərəfindən “Caspian Event OrganisersHuaweişirkətləri ilə birlikdə təşkil olunur. Konfransda İKT sahəsində fəaliyyət göstərən aparıcı yerli xarici şirkətlər iştirak edəcəklər.

Dekabrın 2-də Bakı Ekspo Mərkəzinin 22 nömrəli otağında təşkil ediləcəkİnformatika təhsili - Bakı 2019 daha sonrakonfransında İKT sahəsi üzrə daha bir mühüm mövzu - təhsil sahəsində İKT, İKT sektorunun Azərbaycanda inkişafı yaxın gələcəkdə bizi gözləyən məsələlər müzakirə olunacaq. Konfransın təşkilatçısı “Azerbaijan ACM Chapter”, “Iteca Caspian” “Caspian Event Organisers” (“CEO”) şirkətləridir.

İlk dəfə olaraq, “Bakutel” sərgisi çərçivəsində iştirakçılar və peşəkar ziyarətçilər arasında “Pamukkale Technopark Turkey” şirkəti tərəfindən təşkil olunanİnformasiya texnologiyaları” “B2B” formatlı görüşlər keçiriləcək. Bu görüşlər 30 noyabr - 1 dekabr tarixlərində Bakı Ekspo Mərkəzinin 21 nömrəli otağında təşkil olunacaq. Sərgidə ən son texnologiyaları təcəssüm etdirən “Əyləncə zonası” bütün ziyarətçilər üçün açıq olacaq. “Əyləncə zonası”nda "Made in Azerbaijan" brendi altında İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapların yaratdıqları oyunların təqdim olunması nəzərdə tutulur. Bu oyunlar ölkəmizdə və xaricdə uğur qazanan, minlərlə dəfə yüklənilən yüksəkkeyfiyyətli qrafik oyunlardır.

Bu ilBakutel” sərgisi ilə bağlı yenilik isə tədbirin ilk üç gününün yalnız sənaye peşəkarları üçün “B2B” formatında keçirilməsi olacaq.

 

Nigar Abdullayeva

Palitra.-2016.-29 noyabr.-S.13.