ADPU ilə Kazan
Federal Universitetinin Yelabuj
İnstitutu arasında
müqavilə imzalanıb
Noyabr ayının
29-da Azərbaycan Dövlət
Pedaqoji Universitetinin
(ADPU) rektoru, professor Cəfər
Cəfərov Rusiya Federasiyasının Tatarıstan
Respublikasının Kazan Federal Universitetinin Yelabuj İnstitutunun direktoru xanım Merzon Yelena Yefimovna ilə görüşüb. Görüşdə
ADPU-nun Tərbiyə işləri
üzrə prorektoru,
professor Fikrət Rzayev,
Tədrisin İdarə
Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr üzrə
prorektoru Nigar Abbaszadə iştirak ediblər. Qeyd edək ki, bir müddət öncə-oktyabr ayının
13-də ADPU ilə Kazan Federal Universitetinin Yelabuj İnstitutu arasında qarşılıqlı əməkdaşlıq
əlaqələrinin yaradılması
üçün universitetdə
görüş keçirilib.
Həmin görüşdə
müəllim hazırlığı
və hər iki ali təhsil müəssisəsi
arasında əməkdaşlıq
məsələləri müzakirə
edilib, bu istiqamətdə səmərəli
fikir mübadiləsi aparılıb. Noyabr ayının 29-da keçirilən görüş
zamanı isə ADPU ilə Kazan Federal Universitetinin
Yelabuj İnstitutu arasında elmi əməkdaşlıq haqqında
müqavilə imzalanıb.
Müqavilədə universitetlərin
fəaliyyət istiqamətlərinin
perspektivlərinə uyğun
olaraq birgə elmi-tədqiqat işlərinin
aparılması, layihə
və proqramların icra edilməsi üçün alim və mütəxəssislərin
mübadiləsi, müştərək
elmi-texniki konfranslar, simpozium, sərgi və seminarların keçirilməsi, elmi-texniki
informasiyanın, sənədlərin,
dövri elmi nəşrlərin, reklam-informasiya
materiallarının qarşılıqlı
mübadiləsi, birgə
nəşriyyat fəaliyyəti,
elmi işlərin, almanaxların, illik icmalların və s. nəşri nəzərdə
tutulub.
ADPU-nun rektoru, professor Cəfər
Cəfərov və
Kazan Federal Universitetinin Yelabuj
İnstitutunun direktoru
xanım Merzon Yelena Yefimovna iki ali təhsil müəssisəsi arasında
elmi müqavilənin bağlanılmasından məmnun
qaldıqlarını bildirərək,
bu əməkdaşlığın
hər iki tərəf üçün
faydalı olacağına
inamlarını ifadə
ediblər.
Nigar
Palitra.-2016.-30 noyabr.-S.7.