“Uşaqların tez-tez soyuqlamasının günahkarı valideyntibb işçiləridir”

 

Nəsib Quliyev: “Uşaqların geyiminə, sağlamlığına, qidalanmasına nəzarət edilməlidir. İsti havalarda uşaqları dənizə aparmaq lazımdır. Günəş vannası, qum vannası qəbul edilməlidir”

 

“Azərbaycanda son 20 ildə körpə ölümü göstəricisinin 3 dəfəyədək azalmasına nail olunub”. Səhiyyə Nazirliyinin baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib ki, ölkədə uşaq ölümü göstəricisi 1992-1993-cü ildən azalmağa başlayıb:

“Həmin illərdə hər 1000 nəfər diri doğulan uşağın 29,5 nəfəri 1 yaşına çatanadək ölürdü. Zaman keçdikcə bu azalma davam edib və hazırda 3 dəfəyədək azalıb". N. Quliyev vurğulayıb ki, 2015-ci il yanvarın 1-dən ölkədə diridoğulmanın yeni meyarlarının tətbiqinə keçirilib. Bu meyarlar qüvvəyə minənədək diridoğulma hamiləliyin 28-ci həftəsindən doğulanlara, bədən kütləsi 1 kq -dan çox olanlara aid edilirdi: "28-ci həftədən əvvəl doğulanlar gecikmiş düşük hesab olunurduuşaq kimi qeydiyyata alınmırdı. 2015-ci il yanvarın 1-dən diridoğulmanın yeni meyarlarının tətbiqi ilə əlaqədar hamiləliyin 22-28 həftəsində baş verən ölüm hadisələrini də uşaq ölümlərinə əlavə edirik. Buna görə də uşaq ölümü göstəricisi 2 promillidən 12 promilliyə qədər artıb". Nəsib Quliyev qeyd edib ki, Azərbaycanda süni mayalanma ilə doğulan uşaqların sağlamlıq problemləri və onlarda olan risk faktorları digər uşaqlara nisbətən daha yüksək olur. N. Quliyev deyib ki, həm hamiləlik dövründə, həm də doğuşdan sonra belə uşaqların sağlamlığı ilə bağlı bir sıra risk faktorları yaranır. Azərbaycanda son illər süni mayalanmanın sayında artımın olduğunu deyən N.Quliyev vurğulayıb ki, bu məsələdə həkim pediatrmamaginekoloqlar arasında narazılıq var: "Müəyyən problem mövcuddur. Əslində, süni mayalanma ilə uşaqlar doğularkən mayalanmanı həyata keçirən mütəxəssis mütləq şəkildə nəzərə almalıdır ki, uşaqların sayı birya ikidən çox olmasın. Lakin həmin şəxs özünü sığortalamaq, gələcəkdə ona verilən pulu geri qaytarmamaq üçün bir neçə mayalanmış yumurtanı anaya implantasiya edir ki, hamiləliyin baş tutması reallığı yüksək olsun. Elə analar da olur ki, bu yumurtaların hamısı tutur və nəticədə çoxdöllü hamiləlik yaranır". Baş pediatr əlavə edib ki, yumurtaların sayı 2-dən çox olduqda mütəxəssislər müəyyən metodlar vasitəsilə mayalanmış yumurtanın bir qismini reduksiya edə, yəni götürə bilər. Baş pediatr qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu ilsoyuq havaların başlaması nəticəsində uşaqlar arasında soyuqdəymə xəstəlikləri çoxalmağa doğru gedir. Bunun da günahkarı valideyntibb işçiləridir.O bildirib ki, uşaqların geyiminə, sağlamlıqlarına nə qədər çox nəzarət edilsə, mövsümi xəstəliklərin sayının azalmasına nail olmaq olar: “Qışın hazırlığını yazdayayda görmək lazımdır. İsti havalarda uşaqları dənizə aparmaq lazımdır. Günəş vannası, qum vannası qəbul edilməlidir. Uşaqların xəstələnməməsi üçün qidalanma da vacib faktorlardan biridir. Uşaqlar keyfiyyətli qidalandırılmadıqda, çoxsaylı problemlər ortaya çıxır”. Baş pediatr qeyd edib ki, ümumilikdə bu il mövsümi xəstəliklərlə bağlı ciddi bir təhlükə yoxdur. Onun sözlərinə görə, Azərbaycanda uşaqlar arasında konkret virus xəstəliklərinin, bakterial xəstəliklərin epidemiyası mövcud deyil. N. Quliyev Səhiyyə Nazirliyinin Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi üzrə komissiyanın sədri kimi bu sahə ilə bağlı bəzi narazılıqlara da aydınlıq gətirib. O hesab edir ki, Azərbaycanda xəstələrin ölkədən kənara göndərilməsinə heç bir obyektiv tibbi göstəriş yoxdur: “Ürək köçürülməsi əməliyyatından başqa, bütün müayinə və müalicələr Azərbaycanda aparılır. Son iki ildə xaricə göndərilən xəstələr qrup şəkildə kurs müalicəsi almaq üçün olan xəstələrdir. Uşaqlar arasında mərkəzi sinir sisteminin zədələnmələri, xüsusilə uşaq serebral iflici olanlardır. Bunlar 3-4 qrup şəklində Türkiyədə uşaq reabilitasiya mərkəzinə göndərilir. Eyni zamanda, böyüklər arasında spinal, yəni onurğa beyni zədələnmiş xəstələr Ukraynanın Krım Muxtar Respublikasına yola salınırdı. Lakin bu torpaqlar Rusiyanın tabeçiliyinə keçdiyindən və onlarla hələ müqavilə olmadığından, böyüklər də Türkiyəyə göndərilir”.

 

Nigar

Palitra.-2016.-30 noyabr.-S.15.