Sosial şəbəkələr vasitəsilə məlumatlar daha sürətlə yayılır”

 

Müasir jurnalistika texnologiyalardan geniş şəkildə istifadə edir, medianın inkişafı üçün hərtərəfli imkanlar mövcuddur

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişafı, xüsusən, internetin yaranması jurnalistika sahəsində yeni mərhələ hesab olunur. Ayrıca, sosial medianın meydana gəlməsi də ənənəvi jurnalistikanın işində reformaların edilməsini zəruri edib. Artıq əksər peşə nümayəndələri kimi, jurnalistlər də öz işini İKT-nin tələbələrinə uyğun qurub. İKT bu sahəyə elə yeniliklər gətirib ki, artıq əvəzləmələr belə, baş verir.

Bir sözlə, informasiya cəmiyyətinin qurulması prosesində aktiv olan jurnalistika, özünün də inkişafında yeni modellərdən istifadə edir. Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolumövzusunda “dəyirmi masada bu mövzuda fikir mübadiləsi aparıldı. Tədbirdə dünyanın 50-dək ölkəsindən 80-dən çox nümayəndə iştirak edirdi. Onların böyük əksəriyyəti xarici informasiya agentliklərinin, radio, televiziyaların rəhbərləri və təmsilçiləri idi. Üç paneldən ibarət olan “dəyirmi masada informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olundu.

Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov bildirdi ki, dünyada münaqişələrin artdığı indiki dövrdə multikulturalizmi dövlət siyasətinin prioriteti elan edən bir ölkədə keçirilən bu beynəlxalq Forumu humanitar əməkdaşlığın “Azərbaycan modeli” adlandırmaq olar. “Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşmaqda olan dünya düzəni nəzərə alınmaqla XXI əsrdə qarşımızda duran problemlərin müzakirəsini zərurətə çevirib. Bu çoxvektorlu dəyişikliklər sistemində mediajurnalistika heç də digər mexanizmlərdən az rol oynamır. Təsadüfi deyil ki, Forumumuzun proqramında bu mövzuya ayrıca “dəyirmi masa” həsr edilib”.

“Dəyirmi masa”nın “İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması” mövzusunda birinci panelinin moderatoru, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Forumun təşkilinə görə Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə, həmçinin Heydər Əliyev Fonduna minnətdarlığını bildirdi.

M.Qusman qeyd etdi ki, müasir jurnalistika texnologiyalardan geniş şəkildə istifadə edir, medianın inkişafı üçün hərtərəfli imkanlar mövcuddur. O, medianın inkişaf meyillərindən asılı olmayaraq jurnalistikanın daim peşəkarlığı, obyektivlik prinsiplərini qorumalı olduğunu vurğuladı.

 

İnternetin inkişafı ilə sosial media da inkişaf edib

 

UNESCO baş direktorunun birinci müavini Enqida Qetaçyu internetin inkişafı ilə sosial medianın da inkişaf etdiyinə diqqət çəkdi: “İnternet inqilabı ümumilikdə mediaya bütövlükdə cəmiyyətə təsir göstərdi, fikir azadlığı mühiti yaratdı. Eyni zamanda, gənclərin lazımi bilik əldə etməsinə imkan yaranıb. Transformasiya mühitində keyfiyyətli jurnalistika önəmlidir. Jurnalistika böhran müharibə dövrlərində cəmiyyətə obyektiv informasiya çatdırmalıdır”.

ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva Azərbaycanda medianın, mədəniyyətin, ədəbiyyatın, musiqinin inkişafından, Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətindən söz açdı.

İranın İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xodadi isə bu gün insanların internet vətəndaşına çevrildiyini, yeni medianın yeni xidmətlər təklif etdiyini söylədi: “Əgər 1970-1980-ci illərdə “Reuters”, “Associated-Press” kimi agentliklər əsas informasiya qaynaqları idisə, bu gün sosial media əsas informasiya qaynağıdır. Müasir dövrdə informasiya daha geniş auditoriyanı əhatə edir. Jurnalistikanın artıq yeni reallıqlara adaptasiyası lazımdır”.

MalayziyanınQlobalistjurnalının təsisçisi Yusof Haşim, Efiopiyanın Fana Teleyayım Korporasiyasının baş icraçı direktoru Voldu Baraki, “World Investors” internet televiziyasının prodüseri Kazuyasu İşida paneldə çıxış etdilər.

Qeyd olundu ki, internetin geniş yayılması ilə hər bir insan kontent yaratmaq onu bütün dünyaya yaymaq imkanı əldə edib. Peşəkar jurnalistika, xəbər yayımı üsulları dəyişir, bloqçuluq, sosial media, texnologiyalar inkişaf edir.

Paneldə media qurumlarının informasiya bazarında yeri onların obyektivliyi ilə auditoriya qazanmaq prinsiplərinə toxunuldu.

Mədəniyyətlərarası, dinlərarası sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolumövzusunda keçirilən ikinci panel iclası ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin moderatorluğu ilə keçirildi.

 

Jurnalistika innovasiyalı

texnologiyalar dövründə

öz yerini tapmalıdır

Paneldə Argentinanın Telam xəbər agentliyinin prezidenti Rodolfo Pousanın, AZƏRTAC -ın Baş direktoru Aslan Aslanovun, slovakiyalı jurnalist, “International Habitat for Humanity” təşkilatının əməkdaşı Yekaterina Bezqaçinanın, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçin, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun internetşünaslıq sektorunun müdiri Rasim Mahmudovun məruzələri dinlənildi.

Rodolfo Pousa qeyd etdi ki, XXI əsrdə texnoloji transformasiya qloballaşmanı daha da sürətləndirib bu da sivilizasiyalar arasında yaranan problemləri ən tez bir zamanda həll etmək tapşırığını qarşıya qoyur. Sivilizasiyalar arasında dialoqu gücləndirmək üçün müasir jurnalistika heç vaxt tolerantlıq prinsipini unutmamalıdır.

Ənənəvi jurnalistika, həqiqətən dramatik transformasiyaya məruz qalır”, - deyən AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov bildirdi ki, bunun hərəkətverici qüvvəsinin əsasını texnologiyalar, yeni qurğular təşkil edir. Baş direktor vurğuladı ki, yeni vasitələr praktikalar arasında şəbəkə jurnalistikasını xüsusi qeyd etmək lazımdır: “Müasir jurnalist informasiyanın toplanması, işlənməsi yayılması üçün istifadə edilən şəbəkənin bir qovşağıdır. Müəyyən mənada deyə bilərik ki, professional identifikasiyanın yeni tipi - “şəbəkələşdirilmiş jurnalist” tipi formalaşır o, öz növbəsində şəbəkə jurnalistikasının subyektidir”.

A.Aslanov qeyd etdi ki, bu məsələlər təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edən problemlərdir: “Necə deyərlər, dünya jurnalistikasının trendlərini müəyyənləşdirən məsələlərdir. Jurnalistika innovasiyalı texnologiyalar dövründə öz yerini tapmalıdır”.

 

Yoxlanılmış informasiyalara

üstünlük verilməlidir

Diqqətə çatdırıldı ki, hazırda videomateriallar insanlarda vizual informasiya mənbəyi kimi daha çox maraq oyadır mətn şəklində xəbərləri getdikcə üstələyir. “Bu trendlərə məhəl qoymamaq, biganə qalmaq olmaz, onlara yeni reallıqlar kimi yanaşmaq qəbul etmək lazımdır”, - deyən Baş direktor qeyd etdi ki, şəbəkə jurnalistikasına mətbuatın müstəqillik keyfiyyət cəhətləri üçün təhlükə mənbəyi deyil, əksinə, sərt korporativ nəzarətdən xilas olmaq imkanı kimi baxılmalıdır.

Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç ənənəvi jurnalistikanın dəyişikliklərə uğradığını bildirdi, vətəndaş jurnalistikasının informasiya məkanında rolunu qeyd etdi. O dedi ki, hazırdaTvittervasitəsilə yayılan məlumatlar daha sürətlə yayılır bir an içərisində bütün dünyanı əhatə edə bilir. Belə şəraitdə peşəkar jurnalist daha çevik olmalı yoxlanılmış informasiyalara üstünlük verməlidir.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-1 oktyabr.-S.11.