“Almaniyada diasporumuzun bütün
qurumları ilə birgə fəaliyyət göstəririk”
İsmayıl
Əmikişiyev:
“Məqsədimiz
Almaniyada Azərbaycan diasporunun
formalaşmasına və daha sıx
inteqrasiyasına töhfə verməkdir”
Almaniya milli diasporun aktiv olduğu ölkələrdəndir. Bu ölkədəki diaspor nümayəndələrimiz Azərbaycanın
təbliği üçün
saysız layihələr
həyata keçirirlər.
Azərbaycan Alman Həmrəylik
Cəmiyyəti (ADS) də
bu istiqamətdə gördüyü işlərlə
diaspor təşkilatı
kimi özünü təsdiqləyib. Cəmiyyətin sədri İsmayıl Əmikişiyev öz müsahibəsində gördükləri
işlərin bir qismi haqqında danışıb. Qeyd
edək ki, İsmayıl Əmikişiyev1962-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Sofulu kəndində anadan
olub.1982 - 1987-ci illərdə Azərbaycan İnsaat Mühəndisləri İnstitutunun
Mülki tikinti və sənaye fakültəsində təhsil
alıb. 1987 - 1993- cü
illərdə Bakı
Baş tikinti İdarəsində mühəndis
vəzifəsində
çalışıb.1993 -1994-cü illərdə
Ukraynanın Sumy şəhərində
çalışıb.1994- cü ildən Almaniya Federativ Respublikasının
Berlin şəhərində yaşayır və müstəqil iş fəaliyyətinə başlayıb.
- ADS-in əsas fəaliyyət istiqaməti
nədən ibarətdir?
-Rəhbəri olduğum Azərbaycan Alman Həmrəylik Cəmiyyətinin
(ADS) 2008-ci ilin yanvar ayında təsis iclası keçirilib.
2008-ci ilin may ayında
Cəmiyyətimiz Berlin şəhər
məhkəməsində rəsmi
qeydiyyatdan keçib. Qeyd edim ki, ADS Azərbaycan
Respublikasından olan həmvətənlərimizin bir
araya gələrək
Berlində təsis etdikləri ilk milli diaspor təşkilatıdır.
Təbii
ki, bizə qədər də çoxsaylı təşkilatlar
yaranıb və fəaliyyət göstərib.
Cəmiyyətə üzv olmaq,
ora gəlmək və tədbirlərə
qatılmaq üçün
şərt olmayıb.
Cəmiyyətin məqsədi Almaniya və Azərbaycan arasında münasibətlərin
inkişafına, Almaniyada
Azərbaycan diasporunun
formalaşmasına və
daha sıx inteqrasiyasına nizamnaməmiz
çərçivəsində töhfə verməkdir. Eyni əhəmiyyətli
digər bir vəzifəmiz vətənimiz
Azərbaycan Respublikasında
hüquqi dövlətçiliyin
inkişafına qeyri-hökumət
təşkilatı kimi
dəstək verməkdir.
-Almaniyadakı digər diaspor təşkilatları ilə
əlaqələriniz varmı?
-Təşkilatımız, əsasən,
Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzi
ilə əməkdaşlıq
edir. Ümumiyyətlə, Almaniyada Azərbaycan
səfirliyinin səyi
ilə diasporumuzun bütün qurumları ilə birgə fəaliyətimiz hər zaman mövcuddur. Xüsusilə xalqımızın tarixində daxil olmuş bayram və faciəvi günlərlə bağlı
müxtəlif tədbirlərin
həmtəşkilatçısı olaraq çıxış
etmişik. Xocalı faciəsi
ilə bağlı Berlində keçirilən
etiraz mitinqinin davamlı iştirakçısı
olmuşuq. Bu mitinq əvvəllər Ermənistanın Almaniyadakı
səfirliyi qarşısında
təşkil edilirdi.
Amma səfirlik Berlinin mərkəzindən
uzaq və adi yaşayış məhəlləsində yerləşməsi
səbəbindən mitinqin
şəhərin mərkəzi
meydanlarında təşkil
edilməsinə qərar
verdi.
-Almaniyada
Azərbaycanla bağlı
hansı ilklərə
imza atıbsız?
-Cəmiyyətimiz ənənəvi
olaraq çoxlu sayda tədbirlərin təşkilatçısı olub.
Cəmiyyətimizdə Almaniyada rəsmi
səfərdə olan
Azərbaycan dövlət
nümayəndələri ilə
görüşlər keçirilib.
Almanyadakı Azərbaycan səfirliyi
ilə birlikdə çoxsayılı tədbirlər
təşkil edirik.
Cəmiyyətimizin Azərbaycan dillində
kitabxanası mövcuddur.
Milli bayram və rəsmi tədbirlər keçirilir. Yeni nəsil
- uşaqlar üçün
həftədə bir gün ana dillində
dərslər keçirilir.
-Cəmiyyətinizin
kitabxanasının soydaşlarımzın
maariflənməsində nə
kimi rolu var?
-Burada 3 mindən çox kitab var. Elə əsas məqsəd də Almaniyadakı həmyerlilərimizin
bu kitabxana vasitəsilə maariflənməsidir.
Burada Azərbaycan haqqında, eləcə də dünyəvi kitablar var. Kitabxanadan baqşa ökələrdə yaşayan
həmyerlilərimiz də
lazım olanda yararlanırlar. Eyni zamanda
kitabxanadan istədikləri
vaxt yerli əhali də istifadə edə bilər. Biz burada Azərbaycanla bağlı tədbirlər
də keçiririk.
-Rəsmi dövlət qurumları ilə əlaqələriniz
hansı səviyyədədir?
-Azərbaycanın Almaniyadakı
səfirliyi ilə sıx əməkdaşlıq
edirik. Səfirliyin konsulluq məsələlərinə
məsul diplomatı ilə müntəzəm olaraq diaspor üzvlərimizin görüşü
keçirilir və hüquqi yardıma ehtiyacı olan şəxslərə lazımi
dəstək verilir, Almaniya və Azərbaycan qanunları çərçivəsində malik olduqları hüquq və öhdəliklər izah edilir.
Fuad Hüseynzadə
Palitra.-2016.-1 oktyabr.-S.7.