"Bakı Yay Neft Məktəbi" layihəsi başa çatıb
Bakı
Ali Neft Məktəbində
(BANM) təşkil olunan
"Bakı Yay Neft Məktəbi"ni uğurla başa çatdıran 8 iştirakçı, o cümlədən
Almaniyanın müxtəlif
nüfuzlu universitetlərindən
olan 6 mütəxəssis
sertifikatlarla mükafatlandırılıblar.
Milli.Az bildirir kİ, sertifikatları SOCAR-ın
Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə
vitse-prezidenti Xalik Məmmədov və
BANM-in rektoru Elmar Qasımov iştirakçılara
təqdim ediblər.
SOCAR-ın Kadr, Rejim və İnformasiya
texnologiyaları üzrə
vitse-prezident Xalik Məmmədov qonaqları
salamlayaraq onları layihəni uğurla başa vurmaları münasibətilə təbrik
edib. O, bu layihənin
ikinci dəfə BANM-də həyata keçirilməsini xüsusi
vurğulayıb. Xalik
Məmmədov alman tələbələrin bu
layihədə iştirakının
onların Azərbaycanın
nüfuzlu ali
təhsil müəssisəsi
olan BANM-lə, ümumiyyətlə Azərbaycan
ilə yaxından tanışlığına imkan
verdiyini bildirib. Xalik Məmmədov Azərbaycanın
qonaqpərvər bir ölkə kimi qonaqların yaddaşında
həmişəlik qalacağına
inamını ifadə
edib.
BANM-in rektoru Elmar
Qasımov BANM-də bu layihənin reallaşmasından, o cümlədən
Almaniyanın müxtəlif
nüfuzlu universitetlərindən
olan 6 mütəxəssisin
bu layihədə iştirakından məmnunluğunu
bildirib. Elmar Qasımov layihə
iştirakçılarına gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
Görüş zamanı yay məktəbinin iştirakçıları
SOCAR-in yeni binası ilə tanış
olublar.
Qeyd edək ki, Alman
Akademik Mübadilə
Xidmətinin (DAAD) "Şərqə
Doğru" Proqramının
çərçivəsində Bakı Ali Neft Məktəbi tərəfindən
təşkil edilən
"Bakı Yay Neft Məktəbi"ndə
Almaniyanın müxtəlif
nüfuzlu universitetlərində
təhsil alan 8 mütəxəssis iştirak
edib. Sentyabr ayının 14-dən 24-dək
BANM-də keçirilən
layihə çərçivəsində
tələbələrə BANM-in
professor-müəllim heyəti
tərəfindən müxtəlif
mövzularda dərslər
keçirilib. İştirakçılar Azərbaycanı yaxından
tanımaq üçün
əsrarəngiz təbiəti
olan Şəkiyə səyahət ediblər.
Qobustan milli tarixi incəsənət muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi
ilə tanış
olublar, Heydər Əliyev məscidini ziyarət ediblər. Proqram çərçivəsində tələbələr Azərbaycanın
neft tarixinə daha yaxından bələd olmaq üçün Sənqaçal
Neft Terminalı, palçıq vulkanları,
tarixi neft quyuları, neft muzeyinə səfər ediblər.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin yay məktəbi keçirmək üçün təklif etdiyi
layihə Alman Akademik
Mübadilə Xidmətinin "Şərqə Doğru" Proqramı çərçivəsində
maliyyələşdirilmək üçün
qəbul edilib. Layihə rəhbəri BANM-in Keyfiyyətin Təminatı Şöbəsinin
əməkdaşı Aytən Şadlinskayadır.
Palitra.-2016.-4 oktyabr.-S.12.