Nəsimi rayonunda
Müəllim Günü qeyd
olunub
Hər il oktyabrın 5-i
bütün dünyada Müəllim Günü kimi qeyd olunur.
Bu gün müəllimlər
öz peşə bayramlarını
keçirirlər. Beynəlxalq müəllimlər günü, 5 oktyabr – bu tarixin qeyd
edilməsinə dair qərarı ilk dəfə 1966-cı il
oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin
statusunun artırılması ilə
bağlı tövsiyə xarakterli sənəd
qəbul edilib. İndi
dünyanın 100-dən çox ölkəsində
oktyabrın 5-də müəllimlər peşə
bayramını qeyd edir.
"Müəllim - geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən" insandır. Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən insandır, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır...Müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Səriştəli, peşəkar müəllim olmaq üçün müntəzəm axtarışda olmaq, oxumaq, öyrənmək lazımdır. Müqəddəs kitabımız “Qurani - Kərim”in buyurduğu kimi, "insan beşikdən qəbir evinə qədər öyrənməlidir".
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.
Nəsimi rayonunda 9 ali, 1 Təhsil Problemləri İnstitutu, 1 kollec, 26 orta, 1 peşə məktəbi, 2 musiqi məktəbi, 2 xüsusi məktəb, 33 məktəbəqədər tərbiyə müəssisəsi, 7 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir.
Bu tədris ilindən
Neft və Sənaye Universitetində Azərbaycan- Fransa Universiteti fəaliyyətə
başlayıb.
Rayonun orta məktəblərində 2356 nəfər
müəllim fəaliyyət
göstərir. Məktəblərdə
7 nəfər müəllim
“Tərəqqi” medalı
ilə təltif edilib, 19 nəfər Əməkdar müəllim
adına layiq görülüblər.
Son vaxtlar Nəsimi
rayonunda təhsil müəssisələrinin müasir
tələblərə cavab
verən təhsil ocaqları səviyyəsinə
çatdırılması prosesi uğurla həyata keçirilir.
Məktəblərimizdə təhsilin səviyyəsi,
burada şagirdlərin
biliklərə yiyələnməsi
üçün yaradılan
şərait hər zaman rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub və onların yaxşılandırılması istiqamətində mütəmadi
olaraq işlər görülür. Görülən
işlərin nəticəsidir
ki, rayon təhsil müəssisələrinin uğurları
artır, məzunlarımızın
ali məktəblərə
daxil olma göstəriciləri ilbəil
çoxalır.
Sentyabr ayının 6-da Nəsimi
Rayon İcra Hakimiyyətinin
rəhbərliyi, təhsil
işçiləri, ictimaiyyətin
və gənclərin
nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda
keçən tədris
ilinə yekun vurulub, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bu tədris ilində
1 nəfər məzun
qızıl medal qazanıb,
3 nəfər məzun
isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq
görülüb.
Qeyd etmək
lazımdır ki, ölkə başçısının
imzaladığı sərəncam
və Dövlət Proqramlarına əsasən
rayondakı orta və məktəbəqədər
təhsil müəssisələrinin
böyük əksəriyyəti
əsaslı təmir
olunub. Dövlət Proqramına uyğun olaraq rayonumuzda 247 saylı tam orta məktəb əsaslı
təmir olunub.
2016-cı il sentyabrın 7-də Prezident
İlham Əliyev 247 saylı məktəbdə
olub və burada aparılan təmir işləri ilə yaxından tanış olub.
Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim Günü münasibəti ilə
rayon rəhbərliyi və
ictimaiyyəti, təhsil
işçilərinin iştirakı
ilə bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif
Əsgərov ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb,
Prezident İlham Əliyevin səyləri nəticəsində son illər
ərzində respublikamızda
tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil
işçilərinin sosial
müdafiəsinin möhkəmləndirilməsi
istiqamətində atılan
addımlar, Azərbaycan
təhsilinin inkişafında
böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın gördüyü
işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin
uğurları barədə
məlumat verib. Asif Əsgərov bildirib ki, ümummilli liderimiz Heydər Əliyev həmişə
müəllim əməyini
yüksək qiymətləndirib,
müəllim haqqında
xoş sözlər söyləyib. O, öz
müəllimlərini minnətdarlıqla
xatırlayar, onların
xidmətləri haqqında
ürəkdolusu danışardı.
Heydər Əliyev ölkəmizə
rəhbərlik etdiyi bütün dövrlərdə
həmişə müəllimə
hörmət və ehtiramla yanaşmış,
onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması
qayğısına qalıb.
Ulu öndərimiz öz çıxışlarında hər
zaman qeyd edib ki, «Təhsil
millətin gələcəyidir»,
« Hər bir xalqın səviyyəsini
onun bilik səviyyəsi müəyyən
edir». Onun siyasətini uğurla
dava etdirən Prezident İlham Əliyev tərəfindən
ölkəmizdə təhsilə
olan diqqət və qayğı göz qabağındadır.
Hər il
xeyli təhsil işçisinə Əməkdar
müəllim adı,
Prezident təqaüdü
və bir sıra dövlət təltiflərinin verilməsi
buna əyani sübutdur. Son illərdə
ölkədə yeni məktəb binalarının
tikintisi və köhnələrinin əsaslı
təmiri böyük
vüsət alıb.
Heydər Əliyev Fondu
və onun prezidenti, millət vəkili Mehriban Əliyevanın səyləri
nəticəsində nəinki
respublikamızda, eləcə
də onun sərhədlərindən kənarda
yeni məktəblərin
tikintisi və köhnələrinin təmiri
istiqamətində böyük
işlər görülüb.
Tədbirdə çıxış edənlər
təhsilə və təhsil işçilərinə
göstərilən diqqət
və qayğıya görə, Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını və
ehtiramlarını bildiriblər.
Tədbirdə iştirak edən təhsil işçisinə
rayon İcra Hakimiyyəti
tərəfindən hədiyyələr
və gül dəstələri təqdim
olunub.
Nigar
Palitra.-2016.-5 oktyabr.-S.12.