Xətaidə uşaq evi istifadəyə
verilib
Oktyabrın 4-də
Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Xətai rayonundakı 3
nömrəli uşaq evində əsaslı
təmir və bərpadan sonra yaradılan
şəraitlə tanış olub, uşaq evinin sakinləri
ilə görüşüb.
Bu gündən paytaxtdakı daha bir uşaq evinin sakinləri ən müasir tələblərə cavab verən binada yaşayacaqlar. Xətai rayonundakı 3 nömrəli uşaq evi əsaslı təmir və bərpadan sonra kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların istifadəsinə verilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müəssisənin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu uşaq evinin binası 1976-cı ildə 12 qrupluq körpələr evi – uşaq bağçası üçün inşa edilib. 1990-cı ildən 110 yerlik uşaq evi olaraq fəaliyyətini davam etdirib.
Azərbaycanın birinci xanımı uşaq müəssisəsində yaradılan şəraitlə tanış oldu. Müəssisədə kimsəsiz və valideyn himayəsindən məhrum olan 107 uşaq yaşayıb tərbiyə alır. Uşaq evinin 3 yaşdan 18 yaşadək sakinlərinin təlim-tərbiyəsi ilə 44 nəfər pedaqoji, texniki və tibb işçisi məşğul olur. Burada rəqs, vokal, evdarlıq, xalçaçılıq, rəsm dərnəkləri fəaliyyət göstərir.
Otaqları gəzən Mehriban Əliyeva uşaq evinin sakinləri ilə söhbət etdi, onların qayğıları və arzuları ilə maraqlandı.
Söhbət zamanı uşaq evinin sakini Sənan Məmmədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlarla görüşlərindən birini xatırladı. Bildirdi ki, həmin görüş zamanı Leyla Əliyeva uşaqların istək və arzuları ilə maraqlanıb. Sənan isə ciddi göz xəstəliyindən əziyyət çəkdiyini deyərək, ən böyük arzusunun səhhətindəki bu problemin həll edilməsi olduğunu söyləyib. Heydər Əliyev Fondunun vitse-prezidentinin dəstəyi ilə Sənan uğurla əməliyyat olunub və hazırda onun görmə qabiliyyəti ilə yaşanan çətinliklər həll edilib. Sənan Məmmədov ən böyük arzusuna çatdığına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirdi.
Müasir üslubda təmir və bərpa olunan uşaq evi zəruri mebel – inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, internet və yanğın xəbərverici sistemləri yaradılıb. Azərbaycan Prezidentinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası çərçivəsində, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə 2014-cü ilin iyul ayında başlanan əsaslı təmir-tikinti və bərpa işləri 2016-cı ildə başa çatıb.
Müəssisənin zəngin kitabxanası da var. Azərbaycanın birinci xanımı uşaqlar arasında kitab oxumağı təbliğ etməyin vacibliyini bildirdi.
Əsaslı təmir zamanı əlavə yeməkxana, gimnastika, idman və akt zalları,
valideynlərlə görüş
otağı inşa edilib. Təmirdən sonra uşaq
evinin binasının sahəsi 590 kvadratmetr artaraq 2126 kvadratmetr təşkil edir.
Həmişə olduğu kimi, bu dəfə də uşaq evinin sakinləri Mehriban Əliyevanın əhatəsinə toplaşdılar,
ən böyük
dost saydıqları Azərbaycanın
birinci xanımına bacarıqlarını nümayiş
etdirdilər, şeir söylədilər, birgə
foto çəkdirdilər.
Müəssisənin həyətində süni
yaşıl örtüklü
idman meydançası
yaradılıb, yaşıllıq
salınıb, ərazidə
və binanın fasadında müasir işıqlandırma sistemi,
uşaqların istirahəti
üçün dekorativ
oturacaqlar quraşdırılıb.
Heydər Əliyev Fondu ölkədəki bütün
uşaq evləri kimi, 3 saylı uşaq evinin sakinlərini də hər zaman diqqət və qayğısı ilə əhatə edir. Yay aylarında
bu uşaqlar Fondun dəstəyi ilə Buzovna qəsəbəsində inşa
edilən və müasir tələblərə
cavab verən dördmərtəbəli sağlamlıq-istirahət
mərkəzində dincəlirlər.
Uşaq
evinin məzunları da Fondun dəstəyini
hər zaman hiss edirlər. Belə ki, hərbi xidmətini başa vuran uşaq evinin keçmiş sakinləri neft emalı zavodunda iş və yataqxana ilə təmin olunurlar. Müəssisənin qız məzunları
isə Masazırda uşaq evlərinin məzunları üçün
inşa edilən binada yaşayırlar.
Uşaq evində yaradılan şəraitdən razı
qalan Mehriban Əliyeva müəssisənin
kollektivinə uğurlar
arzuladı.
Tural
Palitra.-2016.-5 oktyabr.-S.4.