İKT-nin inkişafı virtual
aləmdə ölkəmizin maraqlarının
qorunmasını vacib edir
Rasim Əliquliyev: “Virtual
Azərbaycan”ın yaradılması üçün
viki-vətəndaşların yetişdirilməsi zəruridir”
Azərbaycan Respublikasında İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. İKT sahəsinin inkişafı, internetdə, virtual aləmdə ölkəmizin maraqlarının qorunmasını vacib edir. Nəzərə almaq lazımdır, ölkəmizi istəməyən qüvvələr bu məkandan tsifadə edərək müxtəolif kampaniyalar həyata keçirirlər. Onlara qarşı mübarizə aparmaq, ölkəmiz haqqında doğru informasiya yaymaq üçün İKT-nin təqdim etdiyi yeniliklərdən maksimum şəkildə yararlanmalıyıq. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqamlara toxunacağıq. Qeyd edək ki, həmin sahələrdən biri də “Vikipediya”dır.
“Vikipediya
virtual
ensiklopediyasının
nəzəri və praktiki əsasları”
adlı
dərs kitabı
hazırlanıb
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında Viki Mərkəzin fəaliyyəti müzakirə edilib. “İKT.az” bildirir ki, tədbirdə çıxış edən Mərkəzin rəhbəri, sektor müdiri İradə Ələkbərova Viki Mərkəzdə aparılan elmi araşdırmalar barədə ətraflı məlumat verib. Viki-mühitdə gizli sosial şəbəkələrin, informasiya təsirinin və böyük verilənlərlə bağlı problemlərin analizi, viki texnologiyaların elektron kitabxanalara tətbiqi perspektivlərinin analizi, viki layihələrin bulud texnologiyaları ilə müqayisəli analizi kimi elmi tədqiqat işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu elmi araşdırmaların nəticələri nüfuzlu elmi jurnallarda dərc olunub. İ.Ələkbərovanın sözlərinə görə, AMEA-nın institut və təşkilatları, digər dövlət qurumları əməkdaşlarına “Vikipediya”da işləmək bacarığının aşılanması üçün mühazirə və seminarlar təşkil edilib, “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursları təşkil olunub. 2016-cı ilin iyun-iyul aylarında kurslarda AMEA-nın 10 elmi müəssisə və təşkilatından viki-qrupları təmsil edən 38 alim və mütəxəssis iştirak edib, “Vikipediya virtual ensiklopediyasının nəzəri və praktiki əsasları” adlı dərs kitabı hazırlanıb. Məruzəçi qeyd edib ki, Mərkəzdə “Vikipediya”nın Azərbaycan dili seqmentində ölkənin maraqlarına zidd olan kontentin, AMEA-nın institut və təşkilatları, alimlərimiz haqqında ensiklopedik məqalələrin, “Vikikitab” layihəsində ölkə ilə bağlı elektron kitab və jurnalların, “Vikipediya”nın “Commons” layihəsində isə Azərbaycanla bağlı multimedia fayllarının müntəzəm olaraq monitorinqi aparılır. Viki-mühitin kontent təminatı ilə əlaqədar görülən işləri nəzərə çatdıran məruzəçi bildirib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında məlumatları özündə əks etdirən kontentlər “Vikipediya” ensiklopediyasına daxil edilib, virtual məkanda Azərbaycan xalqının milli-mənəvi dəyərləri və həqiqətləri haqqında kontentlərin artırılmasına alim və mütəxəssislər cəlb olunub. Azərbaycan dilində viki-kontentin tərcümə edilərək digər dillərdə mövcud olan viki-layihələrə daxil edilməsi işlərinin davam etdirildiyini söyləyən İ.Ələkbərova “Vikikitab” layihəsində alimlər haqqında biblioqrafik məqalələrin yaradılması, Azərbaycanla bağlı elektron kitab və jurnalların materiallarının yüklənməsinin təşkili barədə məlumat verib. Qeyd edib ki, “Commons” layihəsində də Azərbaycanla bağlı multimedia fayllarının yerləşdirilməsi prosesi davam etdirilir. O, “Vikipediya”da Azərbaycan alimləri haqqında ensiklopedik məqalə və kitabların sayı ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb, ensiklopediyanın populyarlaşdırılması və təbliğatı, o cümlədən Viki Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.
Naxçıvanın elmi tədqiqat və ali təhsil müəssisələrində viki-treninqlərin keçirilməsi nəzərdə tutulur
AMEA-nın akademik-katibi,
institutun direktoru, akademik Rasim Əliquliyev
AMEA rəhbərliyi tərəfindən Viki
Mərkəzin fəaliyyətinin yüksək qiymətləndirildiyini
bildirərək qeyd edib
ki, Mərkəz “Vikipediya”da Azərbaycan Respublikasının milli maraqlarının qorunması üçün zəruri tədbirlərin
görülməsi, ölkəmizə qarşı real və potensial təhlükə
mənbələrinin vaxtında aşkar
edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 15
yanvar 2014-cü il tarixli qərarı ilə yaradılıb. “Virtual Azərbaycan”ın
yaradılması üçün viki-vətəndaşların
yetişdirilməsinin zəruriliyini qeyd edən
alim mərkəzdə təşkil olunmuş kursların bu məqsədə
xidmət etdiyini və AMEA əməkdaşlarının
“Vikipediyanın virtual əsgəri”nə
çevrilməsində xüsusi rol oynadığını vurğulayıb.
Alim “Vikipediya”
ensiklopediyasında baş verən prosesləri
izləmək üçün mərkəz
tərəfindən mütəmadi olaraq vikimetrik tədqiqatlar və monitorinqlərin
aparıldığını bildirərək mərkəzdə
viki-tədris işlərinin genişləndirildiyini söyləyib.
Həmçinin Naxçıvanın elmi
tədqiqat və ali təhsil müəssisələrində
viki-treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə
çatdırıb. Məruzə ətrafında
gedən müzakirələrdə institutun
texnologiyalar üzrə direktor
müavini, texnika
üzrə fəlsəfə doktoru Rəşid
Ələkbərov, layihə baş
mühəndisi, texnika üzrə fəlsəfə
doktoru Şəfəqət Mahmudova və digərləri
çıxış edərək rəy və təkliflərini
səsləndiriblər. Qeyd edək k i,
Viki Mərkəzin yaradılması
haqqında Azərbaycan Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin qərarında bildirilir ki, “Vikipediya” virtual
ensiklopediyasında Azərbaycan xalqının milli-mədəni
dəyərləri, tarixi həqiqətləri,
görkəmli şəxsiyyətləri haqqında düzgün məlumatların
yetərincə olmaması alimlərimizin, mütəxəssislərimizin
bu layihəyə cəlb olunmasına, Azərbaycan
haqqında obyektiv, operativ,
dolğun informasiyanın, audio-video
materialların “Vikipediaya”ya
daxil edilməsinə ehtiyac
yaranıb. Prezidentin 2007-ci ildə
imzaladığı milli təhlükəsizlik
konsepsiyasında informasiya təhlükəsizliyi
əsas istiqamətlərdən biri kimi təsbit olunub. “Vikipediya”da Azərbaycanın
milli maraqlarının qorunması da informasiyta təhlükəsizliyi
siyasətinin tərkib hissəsidir. Bu
siyasətinin həyata keçirilməsi AMEA-nın üzərinə
də mühüm vəzifələr qoyur. Həmçinin AMEA-nın
70 illik yubileyinə həsr olunmuş ümumi
yığıncaqda çıxış edən Prezident İlham Əliyev xüsusi qeyd edib ki, “Əsrlər boyu Azərbaycan xalqını bir
xalq kimi qoruyan bizim mədəniyyətimiz,
incəsənətimiz, musiqimiz,
xalçaçılıq sənətimiz və digər ənənələrimiz
olubdur... Azərbaycanın çox
zəngin tarixi vardır. Azərbaycan alimləri,
Azərbaycan ictimaiyyəti də bunu
yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya
miqyasında daha da dolğun təqdim etməliyik”. Məqsədə
çatmaq üçün
AMEA-nın elmi müəssisə və təşkilatlarının
əməkdaşlarının internetin
müxtəlif qlobal layihələrində,
sosial media vasitələrində
və xüsusilə də “Vikipediya” virtual ensiklopediyasında fəal olmaları üçün şəbəkə
texnologiyaları üzrə zəruri biliklərin tədrisi və
praktiki bacarıqların aşılanmasını
Viki Mərkəz öz
üzərinə götürüb. Viki Mərkəzin
vəzifəsi “Vikipediya” virtual
ensiklopediyasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, ölkəmizə
qarşı real və potensial
təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi həqiqətlərini, müasir
reallıqlarını, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin
“Vikipediya”da yerləşdirilməsi,
ayrı-ayrı sahələrin mütəxəssisləri üçün “Vikipediya”ya aid nəzəri və praktiki dərslərin tədrisi, vətəndaşlar
arasında “Vikpediya”nın populyarlaşdırılması və
onların “Vikipediya”da
Azərbaycanın maraqlarına uyğun
fəaliyyətə cəlb edilməsi üçün
təbliğat-təşviqat işlərinin
aparılmasıdır. Bu baxımdam AMEA institut və təşkilatları,
digər dövlət qurumları əməkdaşlarına «Vikipediya»da işləmək
bacarığını aşılamaq üçün,
orta və ali təhsil
müəssisələrində tələbələrə,
müxtəlif sahə mütəxəssislərinə “Vikipediya” layihələri ilə əlaqədar
mühazirə, seminar və treyninqlərin
təşkili və Viki-qrupların təşkilatlanması və
koordinasiyası üzrə işlərin təşkili mühüm əhəmiyyət kəsb edir.
A.Miriyev
Palitra.-2016.-6 sentyabr.-S.11.