“Gənclər sosial şəbəkələrdə virtual həmrəylik yarada bilirlər”

 

Eldar Xəlilov: “Region gəncləri İKT-ni intellektual potensialın gücləndirilməsində, şəffaflığın və demokratiyanın inkişaf etdirilməsində əlverişli vasitə olaraq qəbul edirlər”

 

Azərbaycanda İKT nə qədər inkişaf etsə də, bunun təbliğatı hər zaman aparılmalıdır. Çünki yetişən yeni nəsil İKT-dən düzgün faydalanmalıdır ki, gələcəkdə sosial-psixoloji fəsadlar baş verməsin. Bu baxımdan istər paytaxtda, istərsə də regionlarda gənclər arasında müxtəlif səpkili tədbirlərin keçirilməsi zəruridir. Bu işin aparılmasında QHT-lərin də üzərinə məsuliyyət düşür. Zərdab rayonunda fəaliyyət göstərən “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov qəzetimizə müsahibəsində bu mövzuda fikirlərini bildirib.

-Gənclər arasında keçirilən tədbirlər onların ictimai-siyasi inkişafına nə kimi təsir edir?

-Son illər ölkəmizin bütün bölgələrindən olan gəncləri əhatə edən yay və qış məktəbləri layihələri, həmçinin sosial, iqtisadi, ekoloji, İKT və s. mövzularda gənclər üçün müşavirə, seminarlar və təlimlər keçirilir. Müntəzəm olaraq keçirilən bu cür tədbirlər gənclərin intellektual inkişafının, onların səmərəli istirahətinin təşkili baxımından yüksək əhəmiyyətə malikdir. Bu tədbirlərin məqsədi gənclərin həm idarəçilik potensialının, fərdi bacarıqlarının üzə çıxarılması, həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-birlərilə təmas və münasibət yaratmaları, karyera qurmaları, peşə seçmələri və s. üçündür. Məhz bu cür tədbirlər çərçivəsində ictimaiyyətin tanınmış ziyalıları, peşəkar mütəxəssisləri gənclərlə görüşlər keçirirlər. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlandıran suallara cavab verirlər. Təbii ki, bütün bunlar gənclərdə böyük maraq doğururonlar üçün yaddaqalan xatirələrə çevrilir.

-Region gənclərində İKT düşüncəsi hansı səviyyədədir?

-İllər ötdükcə ölkədə İKT infrastrukturu inkişaf etdirilir, əhali müasir elektron xidmətlərdən geniş istifadə etməyə başlayır. Kənd yaşayış məntəqələri də daxil olmaqla ölkənin, demək olar ki, bütün ərazisində internetə çıxış təmin edilib. Regionlarda İKT-nin tətbiqi genişləndirilir. Buna misal olaraq ünvanlı sosial yardımın, tibbi sosial ekspert komissiyasının qərarlarının və digər xidmətlərin elektronlaşmasını göstərmək olar. Region gəncləri İKT-ni respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsində, intellektual potensialın gücləndirilməsində, korrupsiya ilə mübarizə, yoxsulluqişsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsində əlverişli vasitə olaraq qəbul edirlər. Bütün bunlar region gənclərinin İKT düşüncəsinə öz müsbət təsirini etməkdədir.

-Gənclər bu biliklərini ictimai həyata transfer edə bilirlərmi?

-Hazırda region gənclərinin ictimai-siyasi həyatdakı fəaliyyəti göz önündədir. Onların İKT sahəsində fəaliyyəti xüsusi önəm kəsb edir. Ümumiyyətlə, bu iki məqam bir-biri ilə sıx bağlıdır. Gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək s. məsələlərlə bağlı aktivdirlər. Bu gün hər bir Azərbaycan gənci ictimai-siyasi həyatda aktivlik nümayiş etdirməli, həmçinin virtual aləmin, İKT-nin imkanlarından istifadə etməlidir.

Ölkəmizin bu inkişafı, əldə edilən uğurların nailiyyətlərin müsbət təsirini gənclər gündəlik həyatlarında hiss etməkdədirlər. Heç şübhəsiz gənclərimiz bu inkişafa adekvat olaraq öz üzərlərində işləməli, qüdrətli Azərbaycanın layiqli vətəndaşları olmaq üçün gecə-gündüz çalışmalıdırlar.

Bu baxımdan, QHT-lərin reallaşdırdığı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Çünki bu cür tədbirlər gənclərin nəzəri baxımından təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri paylaşmaqda onlara gözəl imkan yaradır. Bu zaman gənclər həm öz potensialını reallaşdırır, özünü sübut edir, malik olduğu natiqlik, fikir yürütmə qabiliyyətlərini üzə çıxarır, həm fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.

-Bu mövzuda gənclər arasında layihələrin keçirilməsinə dərəcədə ehtiyac var?

-Bu mövzuda layihələrin keçirilməsi, daim maarifləndirmə işinin aparılması lazımdır, çünki İKT infrastrukturu daim inkişaf edir. Ölkənin innovativ potensialının region gəncləri arasında təbliğ olunmasına ehtiyac vardır. Bu cür tədbirlərin təşkil olunmasının region gənclərinin ictimai-siyasi fəallığının, həmçinin onların İKT sahəsində təcrübələrinin artırılmasına, sosial şəbəkələrdə işləmək imkanlarının genişləndirilməsinə kömək edir. Bilirsiniz ki, müasir dövrümüz İKT əsridir bu texnologiyaları mənimsəmədən inkişaf etmək mümkün deyil. Ona görə , bu layihələr xüsusi əhəmiyyətə malikdir. Gənclər internet resurslarından istifadə etməklə öz əlaqələrini gücləndirmək, eləcə Azərbaycan dövlətinin uğurlarını təbliğ etməlidirlər. Gənclər İKT sahəsində təcrübələrini artırmaqla müasir texnologiyaların, sosial şəbəkələrin imkanlarından istifadə edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən inkişaf siyasətini onun uğurlarını geniş şəkildə təbliği işini daha da gücləndirməlidirlər. Bu layihələr Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, həmçinin ölkəmizin inkişafını istəməyən qüvvələrə layiqli cavab verilməsi baxımından da çox önəmlidir. Bu cür layihələr gənclərdə müsbət təəssürat yaradır. Eyni zamanda, gənclərin informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadəsinə, sosial şəbəkələrdə fəal iştirakına sövq edir.

-Vətəndaş cəmiyyətində İKT-nin kimi rolu var?

-Demək olar ki, artıq İKT vətəndaş cəmiyyətinin ayrılmaz fəaliyyət sahəsinə çevrilib. Vətəndaş cəmiyyəti İKT-dən daha çox istifadə edən təbəqədir. Maarifləndirmə işi, cəmiyyətlə əlaqə, görülən işlərin cəmiyyətə çatdırılması, maliyyə mənbələrinin axtarışı, hesabatların verilməsi s. bütün bunları İKT-siz təsəvvür belə, etmək olmur. Ölkədə QHT-lərin müraciət etdiyi əsas ən böyük donor təşkilatları olan AGF QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqələrə sənədləri hesabatları elektron qaydada qəbul edir.

-Sosial şəbəkələrdə gənclərin virtual həmrəyliyi varmı?

-Düşünürəm ki, gənclər sosial şəbəkələrdə virtual həmrəylik yarada bilirlər. Bunu biz əlamətdar günlərdə (Petisiyalarda) görə bilirik. Müəyyən məsələlərdə bu həmrəylikdən istifadə edə bilərik.

-Ümumiyyətlə, gənclər sosial şəbəkələrdən faydalı şəkildə istifadə edirlərmi?

-Bəli, faydalı istifadə edə bilirlər. Hazırda dövlət gənclər siyasətinin bəhrəsi olan, bilik bacarıqları ilə özünə etimad qazanmış gənc gənclərimiz var. Bu proses göstərir ki, özünə inananların sayı yetərincədir. Azərbaycan həqiqətləri ilə bağlı dünyada ədalətsiz məqamlara rast gələndə istər internet forumlardakı aksiyalarda, istər beynəlxalq tədbirlərə qatılmaq nöqteyi-nəzərdən bütün proseslərdə gənclər çoxluq təşkil edir. Bu da cəmiyyətdə gənclərin fəallığından irəli gəlir. Elə dövlət qeyri-hökumət strukturu yoxdur ki, orada gənclər təmsil olunmasın. AGF artıq bir neçə ildir sosial şəbəkələrdə çağırış etməkləXocalıya ədalətkampaniyasında fəal iştirak edir.

-Sosial şəbəkələrdən asılılıq gənclərə hansı mənfi təsir göstərə bilər?

- Öncə qeyd edim ki, bu gün real həyatda müşahidə olunmayan müxtəlif qərəzli məlumatlar çox asanlıqla virtual aləmdə öz əksini tapır. Hazırda bu şəbəkələrin kiçik informasiyanın geniş auditoriyaya çatdırılması, siyasi məqsədlər və müəyyən ideologiyanın yayılması, hətta qazanc əldə etmək, yarışların təşkili və xeyriyyə aksiyalarının keçirilməsi baxımından imkanları olduqca genişdir: Bizim bölgə gəncləri ilə keçirilən görüşlərimizdə də əsas məqsəd onların ictimai-siyasi fəallığının artırılmasına yardım etmək, həmçinin gənclərə sosial şəbəkələrdə baş verənlər, sosial şəbəkələrdə əldə olunanlar, məsuliyyətimiz, sosial şəbəkələrdə nə əldə edə bilərik və nə etməliyik mövzusu ətrafında maarifləndirici bilgilər verməkdir.

Sosial şəbəkələrdən asılılıq gəncləri fəal aktiv həyatdan ayırır ki, bu da onların həm fiziki sağlamlıqlarına, həm də mənəvi düşüncələrinə pis təsir edir. Əlbəttə ki, tövsiyəmiz budur ki, gənclər sosial şəbəkələrdən lazımi qədər istifadə etsinlər, asılı qalmasınlar. Zaman çox dəyərlidir, ömür qısadır. Çalışsınlar ki, ömürlərini mənalı keçirsinlər.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-8 oktyabr.-S.11.