“Azərbaycanda İKT-nin tərəqqisi istiqamətində mühüm nailiyyətlər əldə olunub

 

İnformasiya kommunikasiya texnologiyalarının tətbiqi” ilə bağlı beynəlxalq konfrans

 

Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir.

Ölkə başçısının 2003-cü il 17 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)"nınonun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilib, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilib. Evlərdə, yerlərində istifadə edilən kompüterlərin sayı artıb. Mobil sektor sürətlə inkişaf edib, 3G və 4G xidmətləri tətbiq olunub. İlk telekommunikasiya peyki "Azerspace-1" və yer səthinin müşahidə peyki "Azersky" orbitə çıxarılıb və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulub. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilib, "elektron hökumət" üzrə genişmiqyaslı layihələr həyata keçirilib və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilib. Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə ölkə başçısının 2014-cü il 2 aprel tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" təsdiq edilib. Nəhayət, bu istiqamətdə həyata keçirilən son tədbirlərdən biri kimi ölkə başçısı tərəfindən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı imzalanıb. Dövlət Proqramının məqsəd və vəzifələri kimi bir sıra amillər öz əksini tapıb. Onlardan biri İKT infrastrukturunun cari və gələcək tələbatı nəzərə alınmaqla inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi və onlara çıxış imkanlarının təmin olunmasıdır. Həmçinin burada cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni texnologiyalara inamın artırılması öz əksini tapıb. Gözlənilən nəticələrə gəldikdə isə burada göstərilir ki, ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatı təmin olunacaq. Eləcə də təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək, ümumi daxili məhsulda İKT-nin, poçtinformasiya sektorunun payı artırılacaq.

Ölkədə İKT-nin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi davamlı tədbirlər reallaşdırılır. Dünən Bakıda “İnformasiya kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X beynəlxalq konfrans işə başlayıb.

Konfransı açan Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov tədbirdə 22 ölkədən 80-dən çox nümayəndənin iştirak etdiyini söyləyib. O, tədbirin ölkəmizdə müvafiq sahənin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, konfrans Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti (BDU), Bakı Ali Neft Məktəbi (BANM), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti (AzTU), Malayziya Sabah Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutuİqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın ElektrotexnikaElektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar Mobile” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə təşkil olunub.

H.Məmmədov diqqətə çatdırıb ki, artıq onuncu dəfədir keçirilən konfransın təşkilinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan, ümumi maraq və problemlər ətrafında birləşən elm adamlarını və mühəndisləri eyni coğrafi məkana toplamaqdır. Tədbir informasiya kommunikasiya texnologiyalarının (İKT) təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarını bir araya gətirir, onlara elmi işlərini geniş auditoriyada təqdim etmək, aktual problemlərin optimal həllərini tapmaq imkanı yaradır. Rektor qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə İKT-nin inkişafı istiqamətində sərəncamlar imzalanılıb, dövlət proqramları qəbul edilib. Bu, Azərbaycanda müvafiq sahənin dövlət tərəfindən daim diqqətdə saxlanılmasının parlaq nümunəsidir. Qafqaz Universitetinin İKT sahəsindəki fəaliyyətindən söz açan H.Məmmədov vurğulayıb ki, bu ali təhsil ocağı tamamilə elektronlaşdırılıb və burada təhsil alan tələbələrin 60 faizdən çoxu müvafiq istiqamətdə mütəxəssis kimi hazırlanr.

Konfransda müzakirə olunacaq mövzuların aktuallığından danışan BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd edib ki, dünyanın bir sıra ölkələrini təmsil edən alimlər tədbirdə İKT-nin tətbiqi ilə bağlı fikirlərini bölüşəcəklər. Bu da təkcə ölkəmizdə deyil, bütün dünyada müvafiq sahənin inkişafına təkan verəcək. Azərbaycanda İKT-nin tərəqqisi istiqamətində görülən işlərdən bəhs edən rektor vurğulayıb ki, bu istiqamətdə artıq mühüm nailiyyətlər əldə olunub. Dövlətimizin başçısının müvafiq sahəyə olan diqqət və qayğısı nəticəsində alimlərimiz bu istiqamətdə səylə çalışırlar.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, konfransın Azərbaycanda keçirilməsi mühüm hadisədir. Çünki İKT dövrümüzün tələbidir və onun bütün sahələrdə çevik tətbiqi hər bir ölkənin inkişafı üçün vacibdir. Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, dövlətimizin başçısı İKT-ni prioritet sahə elan edib. Bu istiqamətdə ölkəmizdə strateji əhəmiyyətli sənədlər imzalanıb və qəbul olunub. Nazir müavini deyib ki, bu gün Azərbaycanda informasiya cəmiyyəti artıq bərqərar olubinkişaf etdirilir. Bu baxımdan İKT-nin rolu əvəzsizdir. Müasir qloballaşma şəraitində informasiya cəmiyyətinin təşəkkülü və inkişafı strateji əhəmiyyət daşıyır.

Konfransın qarşısında duran vəzifələrdən və bu istiqamətdə ortaya çıxan problemlərin həlli yollarından danışan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev diqqətə çatdırıb ki, Azərbaycanda son illər elmin inkişafı istiqamətində həyata keçirilən islahatların bir hissəsi İKT ilə bağlıdır. Belə ki, ölkəmizdə İKT-nin geniş tətbiqi alimlərimiz qarşısında böyük vəzifələr qoyur. Konfransa təqdim olunan məruzələrin aktuallığını qeyd edən akademik bildirib ki, bu tədbir elm və təhsilin inteqrasiyasının gözəl nümunəsidir.

BANM-in prorektoru Ramiz Hümbətov, AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov, “ECO” Elm Fondunun prezidenti, professor Manzoor Soomro və başqaları konfransda müzakirə olunan mövzuların aktuallığını qeyd edib, bu kimi tədbirlərin müvafiq sahənin mütəxəssisləri arasında fikir mübadiləsinin aparılması baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

Oktyabrın 14-dək davam edəcək konfransdaBöyük verilənlərin idarə edilməsi və tətbiqi”, “Verilənlərin emalı və verilənlər mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində müasir nailiyyətlər”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosialhumanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

 

Nigar Abdullayeva

Palitra.-2016.-13 oktyabr.-S.11.